(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Cavid İmamverdiyev: “Klub prezidenti dedi ki, bu hesabı sizə yaraşdırmadım”

Cavid İmamverdiyev: “Klub prezidenti dedi ki, bu hesabı sizə yaraşdırmadım”

Topaz Premyer Liqasının 11-ci turunda "Sabah" evdə "Səbail"ə 0:4 hesabı ilə uduzub.

Futbolinfo.az xəbər verir ki, oyundan sonra “Sabah”ın yarımmüdafiəçisi Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib. O, öncə böyük hesablı yenilgini şərh edib:

- Vallah, heç özümüz də bilmədik, nə baş verdi. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Bizim də qol epizodlarımız oldu. Oyunda ilk təhlükəli vəziyyəti biz yaratdıq, ancaq topu qapıdan keçirə bilmədik. Ardınca onların hücumu qolla nəticələndi. Bu, futboldur. Gərək vaxtında şanslardan istifadə edəsən. Bu matçı yaddan çıxarıb, qarşıdakı oyunlara köklənmək lazımdır.

- Rəqibin bu gün sizi tam olaraq analiz etdiyi fikri ilə razısanmı? Çünki sizi öz silahınız - əks-hücumlarla vurdular.
- Xeyr, mən belə deməzdim. “Səbail”in qələbəsinə kölgə salmaq istəmirəm, haqlı qələbəq qazandılar. Biz də şanslardan istifadə etsəydik, bəlkə də, oyun başqa cür olardı. Uduzmaq olar, ancaq bu hesabla məğlub olmağı bizim kimi komandaya yaraşdırmıram.

- Oyundan sonra baş məşqçi və ya rəhbərlik sizi danlamadı?
- Bizdə elə bir şey yoxdur ki, klub prezidentimiz bizi danlasın. Sadəcə, bizə dedi ki, bu hesabı sizə yaraşdırmadım. Biz də bu hesabı özümüzə yaraşdırmadıq.

- Hər dəfə “Sabah” qol vurmayanda, uduzanda Marko Deviç yada düşür. Qol vura bilməməyinizdə onun yoxluğunun rolu var?
- Əlbəttə, rolu var. Bugünkü gündə hücumçusuz meydana çıxırıq. Tural Qürbətov var təkcə, o da gənc uşaqdır. Onun da üstünə çox getmək lazım deyil. Hücumçusuz çətin olur. Amma biz bir futbolçudan asılı deyilik. Sadəcə, rəqib qol epizodlarından istifadə etdi və qələbə qazandı. Bu qədər.

- Cavid, belə məğlubiyyətdən sonra fasilənin olması yerinə düşürmü?
- Əlbəttə. Bu müddətdə özümüzə gəlməliyik. Qarşıdakı oyunlara köklənməliyik. Bugünkü məğlubiyyət bizə dərs olsun. Sadəcə, hər kəs baş məşqçimiz Elşad müəllimin tapşırıqların tam olaraq yerinə yetirsə, belə olmaz.

- Hiss olunurdu ki, bəzi legioner futbolçularınız meydanda güclərini tam olaraq ortaya qoymurdular. Sən nə düşünürsən?
- Buna baş məşqçimiz qərar verəcək. Bu, onun işidir, mən qarışmıram. Ancaq tam güclərini ortaya qoymurlar deməzdim. Sadəcə, bir az məsuliyyətsiz yanaşırıq. Bu məsələni də Elşad müəllim yoluna qoyacaq.

- Komanda sanki bir az yorğun görünürdü…
- Xeyr, yorğun deyildik. Sadəcə, qapımızda qol görəndə istər-istəməz psixoloji cəhətdən mənfiyə doğru enirik. Ən pis cəhətimiz budur. Bir qol buraxan kimi elə bilirik ki, oyunu əldən verdik. Yəni, ruhdan düşürük. Futbol 90 dəqiqədir. Hesabı bərabərləşdirə də bilərdik. Hər şey ola bilərdi. Sadəcə, əlini, qolunu sallamaq lazım deyil. Sona qədər oynamaq lazımdır.

- Qol buraxdıqdan sonra geridönüş etməkdə çətinlik çəkirsiniz. Öncəki matçlarda daha çox ilk qolu vurub, hesabı qorumağa çalışırdınız. Bu, elə bil sizdə vərdiş halına çevrilib.
- Baxır, hansı komandaya qarşı necə bir futbol oynayırsan. Bu, sırf bizim oyunmuzdan asılıdr. Yaxşı oynasaq, bir qol vurduqdan sonra daha birin də vura bilirik. Yaxşı oynamayıb, bir qol vuranda isə məcbur müdafiədə dayanıb, hesabı qorumağa çalışırıq.

- Bu məğlubiyyət ən çox sənə pis təsir etməlidir. Çünki millidən dəvət alsan, dilxor halda gedəcəksən.
- Əlbəttə, çox təsir etdi. Belə olmamalı idi. Kapitan olduğum üçün də daha çox təsir edir. Sadəcə, məsuliyyətli olmaq lazımdır. Elşad müəllimin tapşırıqlarını yerinə yetirmək üçün çalışmaq lazımdır.

- Milli komandanın Millətlər Liqasındakı oyunlarına qədər psixoloji cəhətdən düzələcəyini düşünürsən?
- Bu gün məğlub olmuşam, amma Qurban müəllim inşallah, məsləhət bilib, məni çağırar. Ora getsən, hər şey yaddan çıxmalıdır. Çünki bu, millidir. Öz klubunda istəyirsən, 0:10 hesabı ilə məğlub ol, ancaq milli komandanın oyunlarında tamam başqa cür olmalısan.

- Millətlər Liqasında Farer adaları və Kosovo ilə iki ağır oyun olacaq. Hansı nəticəni gözləyirsən?
- Qələbə qazanıb, Azərbaycan xalqını sevindirmək lazımdır. (Sportal)


 
tarix: 11-11-2018 09:00


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az