(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurbanov: “Sübut etdik ki, Hacıyev məşqçi, biz isə futbolçuyuq”

Qurbanov: “Sübut etdik ki, Hacıyev məşqçi, biz isə futbolçuyuq”

“Səbail”in hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 11-ci turunun “Sabah”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, o, əvvəlcə 4:0 hesablı səfər qələbəsini şərh edib:

- Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki qarşıda milli komandanın matçları ilə bağlı fasilə olacaq. Turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdırmaq istəyirdik. Çoxları düşünürdü ki, texniki qələbələr sayəsində 3-cü pillədə qərarlaşmışıq. Bu gün həmin mövqedə təsadüfən olmadığımızı sübut etmək istəyirdik. Hamımız qələbə qazandığımız oyundan razı qaldıq. Düzdür, hesabın 4:0 olacağını gözləmirdik. “Sabah” yaxşı komandadır. Əsas odur ki, qalib gəldik.

- 1 qol vurub, 2 məhsuldar ötürmə verdin. Özünü oyunun qəhrəmanı hesab edirsən?
- Yox, komanda yoldaşlarım kömək etməsəydi, bunların heç biri olmazdı. Mən “Səbail” üçün, onun yaxşı nəticə qazanması üçün oynayıram. Onu da deyim ki, saytlardan biri yazmışdı ki, Aftandil Hacıyev məşqçi deyil, çünki Ruslan Qurbanovu sakitləşdirə bilmir. Sübut etdik ki, o, məşqçi, biz isə futbolçuyuq. Həmin yazı məni daha çox motivasiya etdi.

- Prinsipiallıq sırf həmin yazıya görə idi?
- Bəli, mənə də oyundan əvvəl dedilər ki, belə bir şey yazıblar. Bu cür motivasiya verdikləri üçün onlara təşəkkür edirəm.

- Bu gün oyunu izləyənlər arasında milli komandamızın baş məşqçisi Qurban Qurbanov da var idi. Onun burada olması oyununa təsir etdimi?
- Açığı, Qurban Qurbanovun burada olmasına fikir vermədim. Şadam ki, oyunumuza gəldi. Mən də özümü yaxşı tərəfdən göstərə bildim. Milliyə dəvət etsə, təşəkkürümü bildirəcəm. Çağırmasa da, hamı kimi yenidən dəvət almaq üçün əlimdən gələni edəcəyəm.

- Az öncə qeyd etdin ki, tənqidi yazıya görə meydana xüsusi motivasiya ilə çıxmışdın. Ancaq bu gün təkcə sən yox, bütün komanda yaxşı oynadı. Bunu necə izah edərdin?
- “Zirə” ilə oyundan sonra öz səhvlərimizi ətraflı təhlil etdik. Baş məşqçimiz bizə hər şeyi başa saldı. Bu gün meydanda onun tapşırıqlarını tam yerinə yetirdiyimiz üçün belə yaxşı nəticə qazandıq.

- Adətən millinin toplanışından öncəki oyunlarda özünü yaxşı tərəfdən göstərirsən. Sanki yığmaya dəvət almaq üçün həmin ərəfədə daha motivasiyalı oynayırsan...
- Xeyr, mən hər zaman motivasiyalı oluram. Sadəcə, belə alınır ki, yaxşı oyunlarım millinin toplanışı ərəfəsinə təsadüf edir. Komanda yoldaşlarım da mənə kömək edirlər. Hər birinə təşəkkür edirəm. Ümumiyyətlə, hər oyunda qol vurmaq istəyirəm. Amma hər dəfə alınmır.

- Çoxları düşünür ki, “Səbail” haqq etdiyi yerdə deyil. Çünki komanda 5 xalı texniki qələbələrdən qazanıb. Bu haqda fikirlərin maraqlıdır...
- Düzdür, həmin qələbələr olmasaydı, “Sabah” hazırda turnir cədvəlində bizdən öndə olacaqdı. Ancaq nəzərə alaq ki, “Səbail” də gənc komandadır. Heç bir kluba texniki məğlubiyyət arzulamıram. Heç kim belə bir səhv buraxmaq istəməz. Sadəcə, belə alındı. Bu gün isə sübut etdik ki, biz futbol oynaya bilirik.

- Son olaraq milli komanda ilə bağlı soruşmaq istəyirik. Qarşıda 2 həlledici oyun var. Həmin matçlardan nə gözləmək olar?
- İlk növbədə demək istəyirəm ki, həm Farer adaları, həm də Kosovo güclü komandalardır. Bizə çox çətin olacaq. Özünüz də gördünüz ki, evdə Maltaya qələbə topunu vura bilmədik. Doğma meydanda Farer adalarını uda bilərik. Belədə hər şey Kosovo ilə səfər matçında həll olunacaq. Hər iki oyuna 100 faizlik motivasiya ilə çıxmalıyıq. Çünki xalq bizdən nəticə, qələbə gözləyir. Qrupda birinci yeri tutub, onları sevindirməliyik. (qol.az)


 
tarix: 11-11-2018 10:20


 
Xəbər lenti
23.04.2019

14:26   Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52   AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31   Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17   25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08   “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53   AFFA Divizion klublarını cəzalandırdı

12:37   Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33   Tərlan Əhmədovun cəzası açıqlandı

12:27   Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16   Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58   “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24   Birinci Divizion: 24-cü turun bütün təyinatları

11:06   Premyer Liqada 26-cı turun hakim təyinatları

10:30   Vaqif Cavadovun sabiq klubu yenidən elitaya qayıtdı

10:00   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az