(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Əlincə”də əyləncə

“Əlincə”də əyləncə

1:4, 0:4 – “Sabah”da belə tutulmalar olur. Debütantdı, bəlkə də normaldı. Zədəli bolluğunu da nəzərə alsaq, lider komandalardan birinə yenilmək faciə sayılmamalıdı.
 
Lakin pis olan hesabın darmadağın həddinə çatmasıdı. “Sumqayıt”a yenilgini qəza saymaq olardı, evdə növbəti dəfə 4 qol buraxmaq, bu qədər asan təslim olmaq yüksək hədəfləri olan komandaya yaraşmır. Deməli, haradasa səhv buraxılıb ki, komandanın hətta müqavimət göstərməyə, nəyisə dəyişməyə də gücü yoxdu.
 
Aylardı, günlərdi “Sabah”ın komplektləşməsində qüsurlar olduğunu vurğulayırıq. Marko Deviçdən asılılq üzündəndi ki, belə məğlubiyyətlər yaşanır. Komandanın işinin yarısını bir nəfər görürsə, onun yoxluğunda darmadağın qaçılmazdı. Deviç həm özü qol vurur, həm də komandanı oynadırdı. Onun yoxluğunda isə faktiki, “Sabah”ın lideri, oyunu dəyişəcək, fərq yaradacaq kimsəsi yoxdu.
 
Cavid İmamverdiyev? Qətiyyən! Hətta kapitan sarğısı da ona ağırlıq edir. Əhval-ruhiyyə oyunçusu olan yarımmüdafiəçi yoldaşlarını arxasınca aparmaq gücündə deyil. Onun qüsurları məhz belə oyunlarda üzə çıxır. Qamçısız qaçmağı yoxdu, qamşılamaq da Elşad Əhmədovun stili deyil.
 
Ümumiyyətlə, heyət çox qocadı. Erik Ramos orta sahənin ağırlığını daşıya bilmir, işlər yaxşı gedəndə ansamblda mühüm rol oynayır, kritik anlarda isə o da ümumi axarı dəyişməyi bacarmır. Miloş Bosançiçin dünən etdiyi ötürmə səhvləri, top itkiləri də mətbuatın haqlı olduğunu sübut etdi – bu futbolçu vazkeçilməz biri deyil, onu “Keşlə”dən bəh-bəhlə gətirmək tələskənlik idi.
 
Bəxtiyar Soltanov, Novruz Məmmədov, Məqsəd İsayev böyük hədəflər üçün yararlı oyunçular sayıla bilməz. Səhvləri ilə diqqət çəkən Eltun Turabov və ya Elşən Abdullayevi də qınamaq olar, lakin bu gənclərin hələ özünü sübut etmək üçün şansı olacaq. Elə Elşad Əhmədovun da.
 
Məşqçi kimi öz stili, baxışı olan Əhmədovu bəyənənlərdənəm. Lakin o da ayılmalıdı. Gözlənilməz qələbələr və şok darmadağınlar qeyri-sabitliyin göstəriciləridi. Böyümək üçün daha sabit oyuna, nəticələrə ehtiyac var.
 
“Səbail”in də haqqını vermək lazımdı. Komanda bəlkə də mövsümdə ən yaxşı oyununu sərgilədi. Aftandil Hacıyev nə düşünmüşdüsə, hamısı reallaşdı. Yetirmələri bütün qol epizodlarını dəyərləndirdi, intizamlı oynadı və “Sabah”ın hədiyyələrini məmnuniyyətlə qəbul etdi.
 
Növbəti turlar artıq 2-ci pilləyə kimi irəliləyən “Səbail”in gücünü daha bariz şəkildə göstərəcək. “Sabah”ın səhvlərindən məharətlə yararlanan, erkən qolun gətirdiyi üstünlük nəticəsində oyununu əks-hücumda quran Bayıl təmsilçisinin fərqli situasiyalarda özünü necə aparacağı çox önəmlidi.
 
“Əlincə Arena”dakı əyləncə fikir yayındıran mənzərə ola bilər. 4:0 bu komandalar arasındakı qüvvələr nisbətinin əksi deyil. Sadəcə, bir komanda imkanlarından qat-qat aşağı səviyyədə oynadı, digərində isə hər şey alındı. Növbəti turlarda kimin nə nəticə çıxardığı bilinəcək.
 
AĞA

 
tarix: 11-11-2018 09:14


 
Xəbər lenti
22.02.2019

09:51   Klublar Komitəsi sədr seçir

09:37   “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

09:21   “Qalatasaray” səfərdən əliboş qayıtdı - VİDEO

09:12   “Arsenal” darmadağınla 1/8 finalda - VİDEO

09:00   “Keşlə”nin əvəzinə “Kəpəz”?

01:55   “Qalatasaray”la “Fənərbaxça”nı 1/8 finala buraxmadılar

00:17   “Zenit” “Fənərbaxça”nı 1/8 finala buraxmadı - VİDEO

21.02.2019

22:08  Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35  Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40  Nihat Kahveci də Bakıya gəlir

18:01  Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48  PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25  PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03  MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50  “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36  Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25  Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12  Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01  “Qarabağ”dan “Yuventus”a atmaca

15:54  Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33  Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15  Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58  Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26  Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56  Dünya futbol ulduzları Bakıya gəlir

13:14  Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07  Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57  Milli komandada yeni baş məşqçi

12:31  “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00  17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48  Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30  ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:22  “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00  “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41  “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20  “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00  Klublar Komitəsinin sədri kim olsun?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az