(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Erat üçün 73 dəqiqə və 1 xal

Erat üçün 73 dəqiqə və 1 xal

Futbol üzrə Almaniya Reginal Liqasının qərb zonasında 17-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Tuğrul Eratın formasını geyindiyi “Ştralen” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Vattenşayd 09” ilə qarşılaşıb. Eratın komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.

Erat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

“Ştralen” geridə qalan turlarda 22 xal toplayıb və 18 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.


 
tarix: 11-11-2018 16:16


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az