(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Qurban Qurbanov: “Buraxılan qol bəlkə də bizim üçün xeyirli oldu”

Qurban Qurbanov: “Buraxılan qol bəlkə də bizim üçün xeyirli oldu”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Çox ağır oyuna çıxmışdıq. Əsas yorğunluğa görə yox, Avropa Liqasındakı qələbədən sonra oyunçuların diqqətinin necə olacağı mənim üçün önəmli idi. Bu gün çox əziyyət çəkdilər. Azarkeşlərimizi də təbrik edirəm. Qəbələlilər bizi gözəl qarşıladılar. Hər birinə minnətdaram. Qarşıda istirahət olacaq. Amma milli üzvlərinə istirahət olmayacaq.

- Sanki ilk hissədə komandada yorğunluq var idi. Amma ikinci hissədə tam fərqli oyun oldu...
- Səfər oyunlarında istər-istəməz ağırlıq hiss olunur. Amma futbolçuların ilk hissədə yorğun olduğunu deməzdim. Qola kimi də topa nəzarət edirdik, qol vəziyyətləri yaradırdıq. Amma ikinci hissəyə özlərini daha diqqətli hazırladılar. Buraxılan qol bəlkə də bizim üçün xeyirli oldu. Futolçular daha aktiv oldular. Yorğunluq var, amma konsentrasiya və xarakter bunu sığortalayır.

- Vaqner üçün əsas heyət şansının bitdiyini demək olar?
- Xeyr. Qarşıdakı oyunlarda o da oynamaq imkanı qazanacaq. Hər üç qapıçıya eyni gözlə baxıram. Elə oyunlar var Şahruddinə, eləsində də Vaqnerə ehtiyac olur. Hər üçünü əsas qapıçı sayıram. Fərqli fikirlər ola bilər. Sadəcə, Hannes şansından yaxşı istifadə etdi. Bizdə bir səhv həlledici olmur. Hər bir futbolçudan istifadə etməyə çalışırıq. Bizdə ən az şans qapıçılara verilir.

- Son illər Qəbələ səfərində belə asan oyun yadınıza gəlirmi?
- Rahat deməzdim, çətinlik oldu. Sadəcə, 3 qol vurduğumuz üçün rahat görünür.

- Ancaq təzyiqi artıran kimi, ardıcıl qollar vurdunuz...
- İlk hissədə nə qədər əziyyət çəkdiyimizi gördünüz. Bunlar elə də rahat deyil. Kənardan fərqli görünə bilər. Bəzən 5-6 qol vəziyyəti yaradıb, fərqlənə bilmədiyin hallar olur.

- Abdullah Zubirin dəyişdirilməsi nə ilə bağlıdı? Onun çıxışı sizi qane etmir?
- Belə deməzdim. Oyunun gedişinə görə dəyişiklik edirəm. Ukraynada yorulmamışdı, oyunun gedişi bunu tələb edirdi. Amma bu gün yorulmuşdu. Orta sahəni gücləndirmək üçün bu addıma əl atdıq.

- Yığma üzvlərini son turda izləmisinizmi?
- Hamısını izləyirik. Razı qaldığım nüanslar çoxdu. Son iki oyundan sonra ayrılıqda danışığımız oldu. Hər birinə güvəndiyimi və qarşıdakı matçlarda daha yaxşı çıxış gözlədiyimi dedim. Bir aylıq performanslarından razı qaldım. Sabahdan yığışıb bir yerdə olacağıq. O zaman daha yaxından görəcəm. Qarşıda vacib oyunlarımız olacaq. Bunun üçün böyük məsuliyyət lazımdı. Düşünürəm ki, futbolçular buna hazır olacaq. (matc.az)


 
tarix: 11-11-2018 19:48


 
Xəbər lenti
21.07.2019

22:35   “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23   Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30   Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20   “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43   Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32   Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00   “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30   “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00   “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27   “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18   Emil Balayev baş məşqçisiz qaldı

13:39   “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35   Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00   Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45   “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az