(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Sənan Qurbanov: “Oyunumuzdan həddən artıq narazıyam”

Sənan Qurbanov: “Oyunumuzdan həddən artıq narazıyam”

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı 1:3 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:

- Nə planlaşdırmışdıqsa, heç biri alınmadı. Bunu da rəqibin hər komponentdə bizdən güclü olması ilə əlaqələndirirəm. “Qarabağ”, xüsusən də, ikinci hissəni yaxşı keçirdi. Belə olan halda 90 dəqiqə müdafiədə oturduq. Bu da futbolçuların fiziki gücünün tükənməsi ilə nəticələndi. Qısaca, “Qarabağ” bizdən güclüdü.

- Rəqib 48 saat əvvəl Bakıya gəlib və yorğundu. Bunun fonunda ikinci hissədə 3 qol vurmaqlarına izah verməyinizi istərdim...
- “Qarabağ” təcrübəli komandadı, belə qrafikdə oynamağın öhdəsindən gələ bilir. Birinci hissədə əzmkarlıq var idi. Amma bu, 45 dəqiqə bəs etmir.

- Cavid Hüseynov yenə meydanda ayaqlarını sürüyürdü. Onu əvəzləməməyinizin səbəbi nədi?
- Cavid bəzi məqamlarda səhv etsə də, uduzmuşuqsa, deməli, hamı pis oynadı. Oyunumuzdan həddən artıq narazıyam. Rəqibi meydanın özünə aid hissəsində qarşılamaq istədik. Amma alınmadı.

- Cəmi bir əvəzləmə etdiniz. Başqa ehtiyat qüvvəniz yoxdu. Eyni zamanda düşünmürsüz ki, əvəzləməni gec etdiniz? Eyni zamanda Rauf Əliyevi niyə meydana buraxmadınız?
- Oyunun axarı elə idi ki, dəyişiklik etmək istəyirdim. Amma Rasimi standart vəziyyətlərə görə meydana buraxdım. Rauf inandığımız futbolçudu. Amma bu dəfə fərqli qərar verdim.

- Qış fasiləsini intizarla gözlədiyinizi demək olar? Yoxsa heyətin güclənməsinə inamınız yoxdu?
- Əlbəttə, güclənməyimizi istərdim. Amma əlimizdə olan heyətdən maksimum yararlanmağa çalışacağıq. (matç.az)


 
tarix: 11-11-2018 20:01


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az