(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tərlan Əhmədov: “Rəqibə görə belə taktiki sxem seçmişdim”

Tərlan Əhmədov: “Rəqibə görə belə taktiki sxem seçmişdim”

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

- Bu 3 xal bizə çox lazım idi. Çünki 7-ci pillədə qərarlaşmışıq. Oyuna ciddi hazırlaşmışdıq. Komandanın kompakt oynamasına çalışdıq. Hücumda daha aqressiv idik. Dəyişiklər də oyuna müsbət təsirini göstərdi. Sevinirəm ki, 4 qol vurduq. Komandanı təbrik edirəm. Fasilədən səmərəli istifadə etməyə çalışacağıq.

- Vaqif Cavadovun yoxluğu nəylə bağlıdı?
- Onun 3-4 gündür hərarəti var, müalicə alır.

- Amil Yunanov niyə belə yaxşı oynadı?
- Onunla təkbəkək söhbətim oldu. Bilirəm ki, istəkli, aqressiv hücumçudu. Başa saldım ki, istəkli olmasan, yaddan çıxacaqsan. İstədiyimin 50-60 faizini ortaya qoya bildi.

- Ebrima Sohna göndəriləcək?
- Heç bir siyahım yoxdu. Rəhbərliklə söhbətim olmayıb. Qışadək bacardığımız qədər çox xal toplamağa çalışacağıq. Həmin mövqedə çıxış edən futbolçulardan razıyam. Ola bilər ki, qışadək 1 tur qalmış söhbətimiz oldu. Hər halda, komandada futbolçu sarıdan artım olacaq.

- "Neftçi”də bir yerdə işlədiyiniz Bahodir Nasimovun durumu necədi?
- O, təcrübəli futbolçudu. Azərbaycanda da oynayıb. İndiyədək "Keşlə”də az oynayıb. Dörd hücumçudan ən yaxşı kimdirsə, o da oynayacaq. Bu gün iki hücumçuyla oynadıq. Bahodirin durumu hələ ki, özündən asılıdı. 

- "Sumqayıt”la ilk dövrədəki oyunun xüsusi analizi olmuşdu?
- Bütün oyunları, komandanın funksional hazırlığını təhlil etmişdim. Bu, təkcə "Sumqayıt”la matç deyildi. Beş müdafiəçi ilə oynamağı sevmirəm. Ancaq rəqibə görə belə taktiki sxemi seçmişdim. 

- "Keşlə”dən gedən futbolçuların yeri görünürmü?
- Həmişə demişəm ki, əvəzolunmaz futbolçu yoxdu, təkrarolunmaz var. Gedənlərin heç birinin yeri görünmür. Onlara uğurlar arzulayıram. İndiki futbolçuların hamısından razıyam.

- Oyun gedə-gedə 4-cü hakimliklə dialoqunuz oldu. Əvvəldən tanışlığınız var?
- (gülür) Bütün futbol ictimaiyyəti hamı bir-birinə tanışdı. "Sumqayıt"da qırmızı vərəqədən sonra qapıçı meydana girəndə, vaxt çox dayandı. Hər məşqçinin etirazı olur. Udanda da, uduzanda. Bu, təbiidi. (Sportnet)


 
tarix: 11-11-2018 22:19


 
Xəbər lenti
24.04.2019

01:21   “Barselona”dan inamlı qələbə

00:53   “Tottenhem”ə 1 qol bəs etdi

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az