(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ehtimalımız doğruldu: Stuxliki utandıran səhv

Ehtimalımız doğruldu: Stuxliki utandıran səhv

Frits Stuxlikin hoqqası özünü utandırdı. Onun beynəlxalq oyunlar üçün hazırladığı hakimin heç Premyer Liqada da bir işə yaramadığı aydınlaşdı.
 
Neçə gündür “Sumqayıt” – “Keşlə” oyununa 4-cü hakim təyin olunan Akif Əmrəlinin bu rola yaramadığını, həmişə yan xətt hakimi olan birinin fərqli ampluada görünməsinin fəsadının olacağını yazırdıq. Xoşbəxtlikdən Əliyar Ağayevə bir şey olmadı və Akif baş hakimi meydanda əvəzləmədi. Lakin elə meydanın kənarında da onun bacarıqsızlığı üzə çıxdı.
 
Belə ki, “Sumqayıt”ın qapıçısı Orxan Sadıqlı rəqibin hücumçusu Amil Yunanova qarşı kobud oynadığı üçün qırmızı vərəqə ilə cəzalandırıldı. Belədə digər qolkiper Mehti Cənnətov meydana çıxmalı oldu. Lakin əvəzetmə zamanı meydan sahiblərinin məşqçilər korpusu səhvə yol verdi. Köməkçi-məşqçi Samir Ələkbərov əvəzetmə kağınıza oyundan qovulan Orxan Sadıqlının meydanı tərk edəcəyini qeyd etmişdi.
 
Bu səhv idi və Mehti meydan oyunçularından birinin yerinə oyuna daxil olmalıydı. Akif Əmirli məşqçilərin verdiyi əvəzləmə vərəqini yoxlamadan tabloda Sadıqlının meydanı tərk edəcəyini elan etdi. Onun təcrübəsi olsaydı, bunun mümkünsüzlüyünü dərhal anlar, məşqçinin səhvini tutardı. Lakin Əmrəli heç fərqinə də varmadan Sadıqlının əvəzinə digər qapıçını meydana buraxmaq istəyirdi. Bu səhvi futbolçular düzəltdi və Mehti Arif Daşdəmirovun əvəzinə meydana daxil oldu.
 
İndi Stuxlik bu hoqqasından “zövq almalıdı”. AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədrinin zorla 4-cü hakim etmək istədiyi Akif bu hərəkəti ilə göstərdi ki, ölkəmizi beynəlxalq arenada “əla təmsil edə bilər”. Və dünənki səhvə görə o yox, Stuxlik utanmalıdı. Görək utanacaqmı?
 
FƏRİD

 
tarix: 12-11-2018 10:14


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az