(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Nağıyev mövsümün son matçında oynamadı

Nağıyev mövsümün son matçında oynamadı

Futbol üzrə Litva çempionatında mövsümə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Stumbras” da mövsümdə sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 33-cü tur çərçivəsində səfərdə “Kauno Jalgiris”lə qarşılaşıb. Nağıyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 1:2.

Dmitri bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Stumbras” isə mövsümü 51 xalla 8 kollektiv arasında 4-cü pillədə başa vurub.


 
tarix: 12-11-2018 11:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az