(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Dəvət gözləyirdim” – Əfran İsmayılov

“Dəvət gözləyirdim” – Əfran İsmayılov

“Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov qısa fasilədən sonra yenidən milliyə dəvət alıb. Qurban Qurbanovun bu gün açıqladığı siyahıya düşən futbolçu futbolinfo.az saytına müsahibəsində dəvəti göxlədiyini bildirib:
 
- Açığı, bu dəvəti gözləyirdim. Bu da baş verdi və mən artıq milli komandadayam. Əlimdən gələni edəcəm.
 
- Bundan öncəki oyunlarda dəvət almamağını nə ilə əlaqələndirirsən?
- Bu, baş məşqçinin qərarıdır. Yəqin ki, belə məsləhət bilib. Həmişə demişəm ki, hər an millidə oynamağa, bütün gücümü qoymağa hazıram. Çağıracaqlar, canla-başla oynayacam, çağırmayacaqlar da burda heç bir problem görmürəm. İndiki halda dəvəti gözlədim və çağırıldım.
 
- Qarşıdakı Farer adaları və Kosovo ilə matçlardan nə gözləyirsən?
- Yaxşı hazırlaşıb, yaxşı analiz etmək lazımdır. Bu oyunlarda qalib olmalıyıq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməliyik. Ümid edirəm ki, qrupdan biz lider kimi çıxacağıq. Bunun üçün bütün gücümüzü ortaya qoymalıyıq.
 
- Kosovo matçı final matçı adlandırılır...
- Çox ağır oyun olacaq. Çətin rəqibə qarşı səfərdə çıxış edəcəyik. Hər şey mümkündür, futboldur.  Ümid edirəm ki, meydandan 3 xalla ayrılacağıq.
 
- Farer adaları üzərində səfərdə 3:0 hesablı qələbə qazandıq.  Lakin bundan sonrakı matçda onlar Kosovoya çox çətinlik yaratdılar...
- Farer adaları asan komanda deyil. Onlar həqiqətən yaxşı heyətə malikdirlər. Ümumiyyətlə, qrupda rahat çıxıb uda biləcəyimiz heç bir rəqib yoxdur. Farrer adaları millisi standart vəziyyətlərdə təhlükəlidir, üstəlik də, səfərdə çox yaxşı çıxış edirlər. Amma doğma meydanda yalnız qalib gəlməliyik. Çünki Kosovo ilə oyunöncəsi bu qələbə əhval-ruhiyyəmizə çox yaxşı təsir göstərəcək.
 
- Malta millisi qrupda bütün rəqiblərinə qol vuran yeganə komandadır. Səncə, onlar Kosovonu büdrədə bilərmi?
- Futboldur və hər şey mümkündür. Malta hazırda yaxşı formadadır. İstənilən rəqibdən xal ala bilərlər. Ümid edirəm ki, belə olacaq. Olmasa da, biz əvvəlcə öz oyunumuzu düşünməliyik. Qalib gəlməliyik və səfərə yüksək əhval-ruhiyyədə yollanmalıyıq ki, istədiyimiz oyunu ortaya qoyaq.
 
AĞA

 
tarix: 12-11-2018 11:22


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az