(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sumqayıt” bu gün Abbasovla anlaşacaq: Çixradze də namizəd imiş

“Sumqayıt” bu gün Abbasovla anlaşacaq: Çixradze də namizəd imiş

“Sumqayıt” bu gün yeni baş məşqçisini elan edəcək. Dünən Nazim Süleymanovla yollarını ayıran “kimyaçılar” onun xələfini müəyyənləşdirmək üzrədi.
 
Futbolinfo.az xəbər verir ki, dünən “Sumqayıt” rəhbərliyi gün ərzində təyinatla bağlı müzakirə aparıb. Süleymanovla yolların ayrılacağı daha öncədən ehtimal edildiyindən bəzi məşqçilərdən fikirləri də soruşulub, əksəriyyət yalnız post vakant olduğu halda danışa biləcəklərini deyib. Dünən isə əməli addımlar atılıb.
 
Bildiyimizə görə, “Sumqayıt”ın namizədlər siyahısında xeyli məşqçi olub, onlardan 4-ü üzərində dayanılıb. İşsiz olan əksər yerli məşqçilərin namizədliyinə baxılsa da, yalnız Ayxan Abbasovla Samir Əliyevlə təmasa keçmək lazım bilinib. Eyni zamanda 2 əcnəbi məşqçi barədə müəyyən söhbətlər olub, ancaq sponsorlar onların üzərindən xətt çəkib.
 
Birinin adını dəqiqləşdirə bilməsək də, iki əcnəbidən digəri Georgi Çixradze imiş. “İnter”də çalışan, “Simurq”da baş məşqçi olan gürcüylə bağlı müzakirə qısa zamanda bitib. Ölkəmizdə işləmiş digər əcnəbi də “like” almayıb.
 
Samir Əliyev təklifə isti yanaşmayıb və “Səbail”də idman direktoru kimi davam etməyə qərar verib. Belədə əsas namizəd Ayxan Abbasov olaraq qalıb. Bu gün onunla danışıqlar yekunlaşmalıdı. Qeyri-adi hadisə baş verməsə, o, günortaya kimi “Sumqayıt”ın yeni baş məşqçisi təyin olunacaq. Ancaq hər şey klub prezidenti Riad Rəfiyevlə bu səhərki söhbətdən, razılamanın detallarının dəqiqləşməsindən asılıdı.
 
Xatırladaq ki, Abbasov mövsümün əvvəlində “Zirə”dən ayrılıb. Onu əvəz edən Samir Abasovun isə son iş yeri məhz “Sumqayıt” olmuşdu.

 
tarix: 13-11-2018 09:00


 
Xəbər lenti
21.02.2019

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az