(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

“Zirə”yə texniki məğlubiyyət verildi - RƏSMİ

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 10-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Keşlə-2” – MOİK matçında hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunub. Oyunun 41-ci dəqiqəsində MOİK-in inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 80 manat cərimə olunub.

“Qaradağ Lökbatan” – “Səbail-2” matçı təyin olunduğu vaxtdan 7 dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunub.

“Kəpəz” – “Şüvəlan” matçının 80-cı dəqiqəsində “Şüvəlan”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

“Sabah-2” – “Sumqayıt-2” matçında “Sabah-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 82-ci dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Elvin Dəmirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.

“Turan Tovuz” – “Zirə-2” matçında “Zirə-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. “Zirə-2” klubunun heyətində 3 futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 800 manat cərimə olunub.

“Zaqatala” – “Ağsu” matçında “Ağsu”nun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.


 
tarix: 13-11-2018 15:42


 
Xəbər lenti
12.12.2018
11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:30  ÇL: Qrup mərhələsində son tur başlayır - YENİLƏNİR

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az