(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

Yuri Maksimov Bakıya səfərinin səbəbini açıqladı

“Keşlə” klubunun sabiq baş məşqçisi Yuri Maksimov bu yaxınlarda Azərbaycanda olub.

Futbolinfo.az xəbər verir ki, bu barədə "Report"a 50 yaşlı mütəxəssisin özü məlumat verib. O, bildirib ki, biznesmen dostları ilə birgə oktyabrın 31-də Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış "Keşlə" - "Qarabağ" matçını stadiondan izləyib. Lakin Maksimov 1:1 hesablı heç-heçəyə nail olan keçmiş komandasının oyunu barədə danışmaq istəməyib: "Mənim bu komandadakı dönəmim başa çatıb. Futbolçular barədə yalnız xoş sözlər söyləyə bilərəm. Bakıya gəlmək həmişə çox xoşdur. Dostlarımla məni yaxşı qarşıladılar. Lakin bizi qonaq edən şəxsin adını açıqlamaq istəmirəm". 

Ukraynalı mütəxəssis Bakıya səfərinin futbolla bağlı olmadığını və bunu biznes sahəsində çalışan dostları ilə birgə gerçəkləşdirdiyini vurğulayıb. O, "Sumqayıt" klubundan təklif aldığına dair iddiaları təkzib etsə də, Azərbaycandan istənilən klubun təklifini məmuniyyətlə qəbul etməyə hazır olduğunu vurğulayıb.

Ukraynalı məşqçi "Bakıda olan zaman "Keşlə”nin prezidenti Zaur Axundovla görüşdünüzmü” sualına belə cavab verib: "Bu mövzuda danışmaq belə istəmirəm. Mənim üçün əsas məsələ insani keyfiyyətlərdir. İnsan kubokun finalından üç gün əvvəl yeni anlaşmanın olacağını bildirərək, əlini uzadırsa, bu, mənim üçün müqavilə imzalamaqdan da yüksəkdir. Sonradan həmin şəxs "Gərək onu finaldan sonra qovardım" deyirsə, bu barədə danışmağa gərək yoxdur".

Qeyd edək ki, Yuri Maksimov 2017-ci ilin dekabrında baş məşqçi təyin olunduğu "Keşlə” ilə Azərbaycan Kubokunun qalibi olub. O, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Maltada "Baltsan"a 1:4 hesabı ilə məğlubiyyətdən bir neçə gün sonra – iyunun 16-da istefa verib.


 
tarix: 13-11-2018 21:55


 
Xəbər lenti
18.06.2019

17:15   13 ildi avrokubokda qələbəyə həsrət Albaniya çempionu

17:00   Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cütləri

16:42   “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24   “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00   UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31   PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08   “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

15:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

14:43   “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26   “Qarabağ” Avstriyaya yola düşdü

14:04   Platini həbs olundu

13:47   Messi Fransa klubunda

13:29   Milli komandada ciddi itki

13:08   Nesta İtaliya klubunda

12:42   Nazim Süleymanov bu dəfə Buzovnada

12:29   “Qarabağ”ın oyununda 6 qol

12:08   Uelbeklə danışıqlar dayandırıldı

11:57   Çili millisi darmadağına sevindi

11:42   Poqbaya yeni təklif

11:40   “Neftçi” və “Səbail” Avroliqadakı rəqibini gözləyir - YENİLƏNİR

11:21   "Səbail"dən Avstriya klubuna

11:11   Lemezis ölkəmizə gəlməməsinə sevinir

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az