(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azərbaycan millisindən revanş almaq istəyirik” - Rene Yonsen

“Azərbaycan millisindən revanş almaq istəyirik” - Rene Yonsen

UEFA Millətlər Liqasının 5-ci turunda Azərbaycan yığması ilə qarşılaşacaq Farer adaları millisinin yarımmüdafiəçisi Rene Yonsen futbolinfo.az saytına müsahibə verib. 

Vinger əvvəlcə oyunun çətinliyindən danışıb:

- Bizim üçün möhtəşəm oyun olacaq. Yüksək səviyyədə 3 xala köklənmişik. Bakıda qalib gəlmək istəyirik. Çünki bu bizim üçün önəmlidi. 

- Revanş istəyirsiz?
- Əlbəttə ki, revanş almaq istəyirik. Ona görə də ən yaxşı oyunumuzu ortaya qoyacağıq. Bunun üçün yaxşı hazırlıq keçmişik. Heyətdəki bütün futbolçular ən yaxşı çıxışlarını göstərəcklər. Görək necə olacaq. 

- Evdə rəqibinizə 0:3 hesabı ilə uduzmusunuz. Bu Azərbaycan yığması üçün avantaj ola bilər?
- Düşünmürəm ki, ciddi avantaj olsun. Çünki həmin oyunun statistikasına baxsaq, bizim 22 zərbəmizə rəqib cəmi 4 zərbə ilə cavab vermişdi. Bu da yaxşı oynadığımızın göstəricisidi. Yenidən buna cəhd etməyə, daha yaxşı oynamağa çalışacağıq. İndiki halda biz pozitivik və Bakıda yaxşı nəticəyə ümid edirik. 3 xalı qazanacağımıza çox inanıram. 

- Səncə, evdə niyə uduzdunuz?
- Mən buna şanssızlıq deyərdim. Yaxşı oynasaq da, qapıya zərbələr vursaq da, alınmadı. 

- Şansları faizlə dəyərləndirsək…
- Belə dəyərləndirmək çətindir. Futbolda meydana çıxan zaman hər iki komandanın şansı eyni olur. Düşünürəm ki, hər cür hesab qeydə alına bilər. 

- Azərbaycan yığması Kosovonu məğlub edə bilərmi?
- Azərbaycan yığması Kosovoya qarşı oynadığı ilk oyun kimi çıxış etsə, məncə, yaxşı nəticə qazana bilərlər. Səfər və ya ev olmasına baxmayaraq, Azərbaycan millisinin gücü var. 

- Bilirsiniz ki, Azərbaycan sizə uduzsa, qrupdan çıxmaq şansını itirir?
- Bunu bilirik və heç nə dəyişmir. Biz son 2 oyunda 6 xalı hədəfləmişik. Ona görə də meydana uduzmaq üçün yox, udmaq üçün çıxacağıq. 

- İlk oyundan hansı futbolçular xatirinizdə qalıb ki, onları daha çox zərərsizləşdirməyə çalışacaqsınız?
- Üzr istəyirəm kİ, Azərbaycan millisindən çox futbolçunu tanımıram. Yalnız braziliyalı oyunçu yadımda qalıb (Riçard Almeydanı nəzərdə tutur). O, həqiqətən meydanda ən yaxşılardandır və çox iş görür.

AĞA


 
tarix: 14-11-2018 16:05


 
Xəbər lenti
21.02.2019

22:08   Ağatahir Əzimov: “Sanki dogma meydanda oynayan biz deyildik”

21:35   Millimiz Türkiyəyə biabırçı hesabla uduzdu

18:40   Nihat Kahveci də Bakıya gəlir

18:01   Millimiz İspaniya və Çexiya ilə eyni qrupda

17:48   PSJ Diarra ilə yollarını rəsmən ayırdı

17:25   PSJ türk futbolçuyla müqavilə imzaladı

17:03   MOİK 3 xalı 4, “Sumqayıt” 5 qolla qazandı

16:50   “Keşlə” transferlərə niyə pul tapmayıb?

16:36   Volkovi: “Bunu yaxşı nəticə saymıram”

16:25   Elşad Əhmədov: “5-10 oyunluq hücumçu gətirmək istəmirik”

16:12   Süleymanzadənin həyat yoldaşı vəfat edib

16:01   “Qarabağ”dan “Yuventus”a atmaca

15:54   Şeydayevin baş məşqçisi: “Güclü qolçu tapmaq çətindi”

15:33   Con Kamara: “Azərbaycan çempionatında hakimlər çox vərəqə göstərir”

15:15   Millimizin futbolçusu Çexiyada klub dəyişdi - RƏSMİ

14:58   Məşhur futbolçunun mənzili növbəti dəfə qarət olundu

14:26   Simeone üzr istədi: “Bu, ürəkdən gələn jest idi” - VİDEO

13:56   Dünya futbol ulduzları Bakıya gəlir

13:14   Birinci Divizion: 17-ci turun bütün oyunları eyni saatda

13:07   Premyer Liqada 19-cu turun oyun cədvəli

12:57   Milli komandada yeni baş məşqçi

12:31   “Atletiko” 13 oyundu evdə uduzmur - ÇL-də

12:00   17-ci turun ən yaxşısı “Keşlə”li oldu

11:48   Premyer Liqada 17-ci turun rəmzi komandası

11:30   ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd

10:58   “Fənərbaxça” “Zenit”ə, “Qalatasaray” “Benfika”ya qarşı - YENİLƏNİR

10:22   “Qəbələ”nin “Keşlə” ilə 48-ci dueli

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az