(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Xüsusilə Tovuza görə təəssüflənirəm” - Georgi Nikolov

“Xüsusilə Tovuza görə təəssüflənirəm” - Georgi Nikolov

“İnter”in (hazırkı “Keşlə”) sabiq prezidenti Georgi Nikolov qol.az-a müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, Azərbaycanda çalışdığı dövrü xatırlayan bolqarıstanlı iş adamı maraqlı fikirlər səsləndirib:

- Azərbaycandan getdikdən sonra nə işlə məşğul olursunuz? Deyəsən, artıq futboldan kənardasınız…
- Bəli, artıq futbolun içində deyiləm. Öz biznesimlə məşğulam. Əsasən məsləhətçi kimi xidmət göstərirəm.

- Uzun illər bu sahədə çalışmısınız. İndi futbolsuz sizə çətin deyil?
- Artıq yox. Əvvəllər bir az darıxırdım. İndi isə görürəm ki, futbolsuz da yaşamaq olar.

- Azərbaycandakı son iliniz daha çox xoşagəlməz hadisələrlə yadda qaldı. Bəlkə buna görə futbol artıq sizə maraqlı gəlmir?
- “İnter” mənim sevimli klubum idi. Ancaq o, 2017-ci il oktyabrın 28-də “öldü”. Bax, bu, məni çox incitdi.

- Bəs “Keşlə”?
- “Keşlə”nin rəhbərliyinə hörmətlə yanaşıram. Amma bu, mənim klubum deyil. Mənə görə, “Keşlə” “İnter”in bütün tarixini və ləyaqətini mənimsədi. Ancaq “Keşlə” “İnter” deyil! Başa düşürsünüz, biz “İnter”i götürəndə o, “çirkin ördək balası” idi. Biz onu gözəl, zərif “qu quşu”na çevirdik. Sonda da həmin “qu quşu”nu bizdən oğurladılar və adını “Keşlə” qoydular. Bunu qəbul edə bilmirəm.

- “İnter”i sizdən kim oğurladı?
- AFFA hələ 2007-ci ildə “İnter”in adını dəyişib, “Keşlə” qoymaq istəyirdi. Amma həmin vaxt alınmadı. Bir il sonra yenidən cəhd etdilər. Yenə baş tutmadı. 2015-ci ildə yenə bu məsələ gündəmə gəldi. Nəhayət, 2017-ci ildə bacardılar. İndi federasiya “Keşlə”ni saxlamaq üçün ona pul ayırır. Ona görə də kluba istədiyi adı qoya bilər.

- İlk 3 cəhddə klubun adının dəyişidirilməsinə kim mane oldu: siz, yoxsa?...
- Mən şiddətlə buna qarşı çıxdım. Yəqin, Ramin Musayev onunla söhbətimizi xatırlayır. 2015-ci ildə AFFA-nın baş katibinə də dedim ki, nə qədər mən bu klubun prezidentiyəm, adı “İnter” olacaq. Heç bir “Keşlə”dən söhbət gedə bilməz. Düşünürəm ki, bu, Elxan Məmmədovun da yadındadı. Yeri gəlmişkən, “Keşlə” bizim dildə “anbar” deməkdir. Sizcə, bir klubun adını dəyişib “anbar” qoymaq necə ola bilər?

- Sizin dilinizdə yaxşı səslənməyə bilər...
- Səslənməyi bir tərəfə, klubun loqosu və rənglərini dəyişdilər. Sanki “İnter”lə bağlı hər şey silinməli, heç bir xatirə qalmamalı idi. Elə bil internetdə heç bu adda komanda mövcud olmayıb. Belə çıxır ki, “Keşlə” 2004-cü ildən fəaliyyət göstərir.

- Azərbaycanda, “İnter”də keçirdiyiniz illəri necə xatırlayırsınız?
- Azərbaycanda keçirdiyim illər həyatımın ən xoşbəxt anlarından biridi. İnanın, bunlar boş sözlər deyil. Sizin vətəninizi, xalqınızı sevirəm. Orada düşmənlərim yoxdur, hamısı mənim dostlarımdır. İnanıram ki, onlar da məni bu cür qəbul edirlər.

- Futbolumuz kənardan necə görünür?
- Bolqarıstanda insanlar Azərbaycan futbolu haqda az bilirlər. İndi “Qarabağ”da bolqar futbolçu var – Simeon Slavçev, hərdən sizin futbolunuz haqda yaxşı şeylər yazırlar. Ümumilikdə isə məlumat çox azdır.

- Azərbaycan futbolunu izləyirsiniz?
- “Qarabağ”ın Avroliqadakı, çempionatdakı çıxışını izləyirəm. Mənə elə gəlir ki, komandanın əvvəlki motivasiyası, canlılığı, aqressivliyi qalmayıb. Bilmirəm, bəlkə də yanılıram. Milli komandanız da gözlənilən oyunu göstərmir. Premyer Liqada cəmi 8 komanda qalıb. Bu, yaxşı hal deyil. Birinci liqa yalnız şou üçündür. Əvəzediciləri də divizion klublarına birləşdirdilər. Bu isə yaxşı heç nə vəd etmir. Çünki 2007/2008-ci illərdə də belə idi.

- Uzun illər Azərbaycanda işləmisiniz. Sizcə, futbolumuzun əsas problemi nədədir?
- Çox çətin sualdır. Bilmirəm, bəlkə də futbolunuzda klublara dəstək verə bilən kifayət qədər güclü maliyyə dayaqları yoxdur. SOCAR” “Neftçi” və “Sumqayıt”ı, “Azersun” “Qarabağ”ı, “Gilan” “Qəbələ”ni maliyyələşdirir. Bu qədər... Digərləri isə AFFA-nın hesabına ayaqda qalmağa çalışır. Mənə elə gəlir ki, əsas problem bundadır. Halbuki yaxşı material var. Tovuz, Gəncə, Sumqayıt ölkənin əsas futbol şəhərləridir.

- Ancaq sizin sadaladığınız Gəncə və Tovuz kimi şəhərlərdə bu gün futbol yox dərəcəsindədir...
- Hə, xüsusilə Tovuza görə təəssüflənirəm. Orada elə istedadlar yetişir ki... Amma onları həvəsləndirən heç nə yoxdur. Ən əsası isə klubları Premyer Liqada çıxış etmir.

- Bayaq qeyd etdiniz ki, başlıca problem maliyyə ilə bağlı ola bilər. Ancaq hazırda elə ölkələr var ki, futbola bizdən da az vəsait qoyurlar, qarşılığında isə ciddi uğurlar qazanırlar...
- Futbol zənginlər üçün oyuncaqdır. İspaniya, Fransa, İtaliya, Almaniya, İngiltərə kimi nəhənglərlə yerdə qalan ölkələrin futbolu arasında böyük uçurum var. Xorvatlar isə kiçik istisnadır. Amma ümumiyyətlə, hər şey buna doğru gedir: futbol oliqarxları futbol proletariyasına qarşı-qarşıyadır.

- Millətlər Liqasında şanslarımızı necə qiymətləndirirsiniz?
- Çox zəif. Qrupda yalnız bir – səfərdə Farer adalarına qarşı qələbəniz var. Düzdür?

- Bəli. Hazırda qrupda ikinci pillədəyik. Lider Kosovo ilə 2 xallıq fərq var.
- Və sizin yığmanız Kosovo, Maltanı uda bilmədi. O Kosovonu ki, çempionatları və milliləri cəmi bir neçə ildir formalaşıb. Özünüz nəticə çıxarın. Çempionu hər il Avroliqa və Çempionlar Liqasında oynayan Azərbaycanın yığma komandası hansısa Kosovonun qarşısında çətinlik çəkir. Əslində isə belə olmamalıdır.


 
tarix: 14-11-2018 16:33


 
Xəbər lenti
25.04.2019

23:06   “Qalatasaray” darmadağınla finalda

21:33   Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33   Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00   “Bavariya” rekordunu yenilədi

18:24   “Mançester Siti” və Qvardioladan rekord

17:50   AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25   Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58   “Zirə”nin beş futbolçusu üçün ilk

16:21   40 il sonra gələn antirekord

15:43   “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26   İlk heç-heçə: 5-ci quru oyun

15:08   İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42   Şimşək çaxdı, oyun təxirə salındı

14:07   “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30   Premyer Liqada mövsümün rəmzi komandası

13:07   HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39   Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18   İki ildən sonra: Yenə yarımfinalda

12:01   “Sumqayıt” “20”-yə çatdı

11:54   Qvardiola tələsmir və… qadağa qoyur

11:45   Sulşer rəqibi tərifləyir

11:29   AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01   İtaliyada Bordinə şans vermədilər

10:30   Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03   Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54   Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47   Quluzadənin komandası 4 qola üzüldü

09:21   Paşayev oynadı, komandası qalib gəldi

09:00   “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25   “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

01:02   İtaliya kubokunda ilk finalçı müəyyənləşdi

00:56   “Arsenal” yenə uduzdu, derbidə MS qalib gəldi

00:41   “Bavariya” finalda

24.04.2019

22:54  Türkiyə Kubokunda ilk finalçı bəlli oldu

22:41  U-14 Liqasından Premyer Liqa klublarına “göz dağı”

19:04  Yarımfinalın cavab oyunlarının vaxtı açıqlandı

18:34  “Qəbələ”yə 2 qol vursam da, bu, artıq tarixdi”

17:53  “Səbail”in Essyeni sıradan çıxdı

17:28  “Ayaks”dan rekord göstərici

16:50  “Neftçi” “Sumqayıt” üçün hazırlaşır

16:24  Yurçeviçin qızları Bakıya və Qəbələyə heyran olublar - FOTOLAR

16:15  “Qarabağ” 6 aydan sonra...

16:02  90 dəqiqədə bir dəfə də kobudluğa yol vermədilər!

15:40  Millimizin futbolçusu üçün yeni baş məşqçi

15:16  Messi 100-ə çatdı

14:47  Millimizin üzvləri mədəni tədbirlərdə iştirak edəcək

14:22  Müşahidə Şurası “Sabah”ın çıxışına qiymət verdi

14:09  “Qızıl buts”: Messi Mbappeyə qarşı

13:45  Premyer Liqada 26-cı turu 8 futbolçu buraxacaq

13:02  İtaliya klubu baş məşqçisini qovdu

12:37  “Beşiktaş”ın futbolçusu üçün mövsüm bitdi

12:05  Panenka penaltisini boşa verən futbolçu qovuldu - VİDEO

11:29  “Barselona” oynamadan çempion ola bilər

11:06  Tiqrucanın final arzusu: “Qarabağ" və ya "Qəbələ" ilə oynamağın fərqi yoxdu”

10:40  “Mançester Siti”də ciddi itki: 2-3 həftə olmayacaq

10:11  Mühafizəçilərə görə - “Sumqayıt” cəzalanacaqmı?

09:51  Premyer Liqanın tarixinə keçən qol

09:30  Əsgərovdan Latviyada daha bir dubl və bombardirlik

09:00  Yurçeviç üçün həm ziyarət, həm “ticarət”

01:21  “Barselona”dan inamlı qələbə

00:53  “Tottenhem”ə 1 qol bəs etdi

00:38  Almaniya Kubokunda ilk finalçı bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az