(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Baş katibin vicdanına yazılan darmadağın

Baş katibin vicdanına yazılan darmadağın

Elxan Məmmədovun 12 il əvvəl əkdiyi zəhər toxumlarının nəticəsidi. Bu gün meyvələrini toplayıb, zəhərlənirik.
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirdi. Və təbii ki, darmadağın oldu. Tiflis şəhərindəki Mixail Mesxi adına stadionun ikinci meydanında baş tutan oyunda millimiz İsrail qarşısında biabır oldu – 1:4.
 
Gürcüstanda keçirilən qrupun növbəti oyunları haqda da proqnozumuz bəddi. Yəqin ki, meydan sahiblərinə məğlub olacağıq, Lixtenşteyni yenməyimiz də sual altındadı. Beləliklə, U-17-dən sonra daha bir yığmamız üçün qitə yarışları başlamadan bitəcək.
 
Baş məşqçi Vüqar Məmmədi və ya yetirmələrini qınamayın. Olanımız budur və bu futbolçular ən yaxşılarımızdı. Sabahımızı onlara əmanət etmişik. Daha yaxşılar yoxdusa, bunun günahı Vüqar Məmməddə deyil, birbaşa AFFA-da, onun strateqi baş katib Elxan Məmmədovdadı. 12 ildi büdcəni talayan, mənasız layihələrə xərcləyən, yalnız öz dost-tanışlarına, qohum-əqrabasına şərait yaradan katib futbolumuzun sabahı üçün heç nə etməyib. Nə futbolçu, nə mütəxəssis yetişdirilib.
 
Məmmədov futbol hakimiyyətinə gəldiyi gün işi düzgün qursaydı, həmin vaxt 5-6 yaşı olan uşaqlar indi U-19-un əsas simaları olmalıydı. Amma səriştəsiz katibin futbol savadsızlığı üzündən heç bir iş görülməyib, milli komandalarda rəqabətin olmaması bir yana, hətta lazımi sayda keyfiyyətli futbolçu da tapa bilmirik. Bu səbəbdən indiki futbolçu və məşqçi heyətini yox, strategiyanı yanlış quran rəhbərləri qınamalıyıq.
 
Ümumiyyətlə, heç bir faydalı iş görmədən 12 il vəzifə başında olmaq özü müəmmalıdı. Büdcəni dağıtmaq qəhrəmanlıqdısa, o zaman Məmmədov daha yüksək postlara layiqdi, bu bacarığını artıqlaması ilə sübut edib. Yox, inkişaf istəyiriksə, yenə Məmmədov erası bitməlidi. Hər iki halda onun futbol təsərrüfatındakı missiyası sonlanmalıdı.
 
Həmişə söhbət uşaq futbolunun durumundan düşəndə baş katib başqalarını nişan verir. O, yeni nəslin yetişməsinə klubların cavabdeh olduğuna işarə vurur. Hardasa haqlıdı, amma...
...Artıq bütün ölkə klubları da sizin əlinizdədi, siz maliyyələşdirir, siz idarə edirsiz. Hanı nəticə?
...Uşaqları klublar yetişdirməlidisə, illik 3-4 milyon manatı niyə bu adla siz dağıdırsız, qondarma yarışlara külli miqdarda vəsait sərf edirsiz?
...Və nəhayət, ölkədə futbolun inkişafına birbaşa cavabdeh olan AFFA niyə klubları buna məcbur edəcək konsepsiya hazırlamayıb, strategiya qurmayıb?
 
Ey, Elxan Məmmədov, bəhanə fikirləşmə. Sənə sərf etməyəndə özünü yalnız icraçı kimi tanıdırsan, amma unutma ki, İcraiyyə Komitəsinin qərarı ilə ölkə futbolunun birbaşa idarəsi sənə tapşırılıb, zəhmət olmasa, cavab ver. Ya iş gör, bugünkü darmadağına görə hesabat ver, səhvlərini etiraf et, üzr istə, ya da çıx get, qoy, işi bacaranlar görsün. Sənin özbaşnalığına dözmək üçün daha bir neçə ilimiz yoxdu. Bugünkü 1:4 məhz sənin vicdanına yazılan darmadağındı.
 
FƏRİD

 
tarix: 14-11-2018 18:12


 
Xəbər lenti
18.06.2019

16:42   “Qarabağ”ın ÇL-də rəqibi məlum oldu

16:24   “Borussiya”dan baş məşqçi ilə yeni müqavilə

16:00   UEFA Super Kubok matçına bilet satışına start verdi

15:31   PSJ-nin prezidentindən Mbappe açıqlaması

15:08   “Barselona”nın sabiq futbolçusu Hollandiya klubunda

15:00   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

14:43   “Neftçi”nin futbolçusu rəsmən “Sabah”da

14:26   “Qarabağ” Avstriyaya yola düşdü

14:04   Platini həbs olundu

13:47   Messi Fransa klubunda

13:29   Milli komandada ciddi itki

13:08   Nesta İtaliya klubunda

12:42   Nazim Süleymanov bu dəfə Buzovnada

12:29   “Qarabağ”ın oyununda 6 qol

12:08   Uelbeklə danışıqlar dayandırıldı

11:57   Çili millisi darmadağına sevindi

11:42   Poqbaya yeni təklif

11:40   “Neftçi” və “Səbail” Avroliqadakı rəqibini gözləyir - YENİLƏNİR

11:21   "Səbail"dən Avstriya klubuna

11:11   Lemezis ölkəmizə gəlməməsinə sevinir

11:00   Emin Mahmudov: “Belə bir komandanın kapitanı olmaq çox xoşdu”

10:47   “Ayaks”dan “Bayer”ə 5 milyon avroluq transfer

10:21   “Arsenal”da yeni məşqçi

10:00   Super Liqa klubunda rumın müdafiəçi

09:40   “Qəbələ” də başladı

09:21   Biri tanış, biri qonşu, üçü yad

09:14   “Fənərbaxça”dan ayrıldı, Super Liqada qaldı

09:00   12 ilin güzgüsü: 1 həftədə 9 oyuna 1 qələbə

17.06.2019

21:17  “Neftçi” üçün 5, “Səbail” üçün 6 potensial rəqib

20:34  “Səbail”in futbolçusu “Stemford Bric”də qələbəyə sevindi

19:55  “Neftçili Yay” futbol düşərgəsi start götürdü

19:05  “Qarabağ” üçün ÇL-də 5 potensial rəqib

18:33  “Roma”nın əfsanəsi klubdan getdi

17:16  “Real”da braziliyalı hücumçu - RƏSMİ

16:10  “Keşlə” Yovanoviçin yolunu gözləyir

15:35  İsayevə görə Rəfiyev danlandı

15:27  ATV İlkin Xəlilovla bağlı bəyanat yaydı

15:11  “Keşlə”də argentinalı futbolçu - RƏSMİ

14:15  Mustivarla Dabo “Neftçi”dən ayrıldı

13:42  Milli komandada ciddi itki

13:14  ATV prezidentindən İlkin Xəlilovla bağlı rəsmi açıqlama

12:45  Deməli, gücünüz İlkin Fikrətoğluna çatdı?!

12:17  Mahir “Qarabağ”dan gedir?

11:50  “Qarabağ”lı üçün 90 dəqiqə

11:25  Paraqvaydan heç-heçə, Uruqvaydan darmadağın

11:00  Seneqal yığması Nigeriya üzərində qələbəyə sevindi

10:32  Larsson yenidən baş məşqçi təyin olundu

10:00  Super Liqa klubunda baş məşqçi istefası

09:30  La Liqaya son vəsiqə üçün son 2 namizəd

09:00  Turalla Vüqar oynadı, “Dauqavpils”...

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az