(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Azərbaycanın necə oynaması bizi narahat etməməlidi”

“Azərbaycanın necə oynaması bizi narahat etməməlidi”

UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində səfərdə Malta, evdə isə Azərbaycan yığması ilə qarşılaşacaq Kosovo futbolçuları paytaxt Priştinadakı “Fadil Vokkri” stadionunda sonuncu məşqinə çıxıb.

Futbolinfo.az Kosovo Futbol Federasiyasının (FFK) rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesindən sonra komandanın 3 futbolçusu fikirlərini bölüşüb. 

Norveçin “Start” klubunun formasını geyinən Herolind Şala hər bir matça ciddi yanaşdıqlarını, asan rəqibin olmadığını söyləyib: "Lakin biz də yaxşı hazırlaşmışıq. Komandada ab-hava yaxşıdı. Vəziyyətin ciddiliyini anlayırıq. Ona görə də Maltaya qələbə üçün gedirik”.

İsveçrənin "Sürix” komandasından gələn Hekuran Kryueziu Azərbaycanın da evdə Farer adaları ilə matçdan hansı nəticə ilə ayrılacağını diqqətdə saxlayacaqlarını vurğulayıb: "Asan rəqib yoxdur, amma biz Maltaya 3 xal qazanmaq üçün yollanırıq. Azərbaycanın da necə oynayacağına baxmalıyıq. Amma bu, bizi narahat etməməlidi. Çünki məqsədimiz 3 xaldı. Qrupun favoriti bizik və irəliləməyə davam edirik”.

Xorvatiyanın "Lokomotiva” komandasında çıxış edən Amir Rrahmani də Maltaya qələbə üçün yollanacaqlarını bildirib: "Əlbəttə, matçın sadə olmayacağı gözləniləndir. Çünki Malta imici üçün oynayır. Ona görə də oyuna çox ciddi yanaşırıq. Orada vacib 3 xal qazana bilərik”.

Bu gün Maltaya yollanacaq Kosovo millisi "cırtdan” ölkədə daha 2 məşq keçəcək.

Qeyd edək ki, D Liqasında 8 xalla 3-cü qrupun lideri olan Kosovo noyabrın 17-də Maltanın qonağı olacaq və bundan 3 gün sonra Azərbaycanı qəbul edəcək. Şənbə günü Bakı Olimpiya Stadionunda Farer adaları ilə qarşılaşacaq Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 6 xalla 2-ci sıradadı. Farer adalarının 4, Maltanın isə 2 xalı var.


 
tarix: 15-11-2018 15:35


 
Xəbər lenti
21.04.2019

14:30   Kristiano Ronaldodan daha bir ilk

13:29   Bundesliqa klubu baş məşqçisini qovdu

12:23   “Zirə”nin legioneri “5”-lə “11-lik”də

11:18   Quluzadənin komandası yenə xal itirdi

10:10   Ozan Can oynadı, komandası darmadağın oldu

09:24   Dəniz Yılmaz üçün 80 dəqiqə və 3 xal

00:44   “Barselona”dan çətin qələbə

00:37   “Bavariya”ya 1 qol bəs etdi

00:26   “Yuventus” çempionluğunu rəsmiləşdirdi

00:01   Marsel “Olimpik”indən səfərdə inamlı qələbə

20.04.2019

23:28  “Mançester Siti” “Tottenhem”i məğlub yola saldı

22:22  “Qalatasaray”dan inamlı qələbə

21:48  Şeydayev “Dinamo”ya qarşı 68 dəqiqə oynadı

19:14  Nazarovsuz heç-heçə

18:32  Dadaşovun komandasına 1 qol bəs etdi

16:57  Balayevin komandasından ilk xal itkisi

14:34  Azər Əliyev “Arsenal”a qarşı 26 dəqiqə oynadı

13:24  Əzizovun komandasından daha bir qələbə

12:57  AFFA-nın araşdırması: “Füzuli” oyunçularının qəsdən uduzduğunu düşünür

12:34  Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29  Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14  Son oyunda turun rekordu

12:07  Bordinsiz qələbə

11:59  “Real” onu itirdi

11:32  Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07  Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15  İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11  “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00  Dörd qolluq heç-heçə

00:41  Meydan sahiblərindən çətin qələbə

00:25  “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01  Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az