(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Əlvida, 4-cü səbət!

Əlvida, 4-cü səbət!

Azərbaycan milli komandası AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimində 4-cü səbətdə yer almaq şanslarını itirib.

Futbolinfo.az xəbər verir ki, buna Millətlər Liqasının V turunun dünən keçirilən oyunları səbəb olub.

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək tədbirdə Qurban Qurbanovun yetirmələri ya 5-ci, ya da 6-cı səbətdə yer alacaq.

Avropa çempionatları tarixində ilk dəfə seçmə mərhələnin püşkünün səbətləri Millətlər Liqasının nəticələrinə əsasən müəyyənləşəcək. Seçmə oyunlarında ilk dəfə 55 komanda mübarizə aparacaq. Bu da meydan sahibi kimi heç bir yığmanın birbaşa vəsiqə qazanmaması ilə bağlıdı.

55 yığma Millətlər Liqasının ümumi sıralamasına əsasən 6 səbətə bölünəcək. 5 səbətdə 10, sonuncu da 5 komanda olacaq. Onlar seçmə mərhələnin 10 qrupunu təşkil edəcək ki, onların yarısı 6, yarısı 5 komandalı olacaq.

Səbətlərin tərkibi üçün həlledici olan ümumi sıralama isə yığmaların liqaları və oradakı mövqeyinə əsasən müəyyənləşir. Azərbaycan millisinin yer aldığı D Liqasının 16 komandası sıralamanın son pillələrindəqərarlaşacaq. Yəni bu yığmalar Avropanın 40-55-ci komandalarıdı.

Ümumi sıralamada 40-cı, yəni D Liqasında 1-ci komanda 4-cü səbətdə olacaq. Bu da 4 qrup qalibindən birinin qismətinə düşəcək. Minimum pley-offa yüksələnlər arasında ən yaxşı nəticəni göstərən milli 40-cı hesab olunacaq.

3-cü qrupda mübarizə aparan Azərbaycan millisi 6 xala malikdi. Qurban Qurbanovun yetirmələri qrup qalibi olmaq imkanını saxlasa da, liqa birinciliyi şansını itirib. Çünki dünən Andorra ilə heç-heçə edən Gürcüstan xal hesabını 13-ə çatdırıb. Başqa komandalar Gürcüstanı keçmək imkanına malik olsa da, yığmamız üçün qonşular əlçatmazdı. Yəni Liqada ən yaxşı olmaqla ümumi sıralamanın 40-cısı kimi 4-cü səbət ümidləri rəsmən bitib. Bu səbətlə rəsmən vidalaşan yığmamız böyük ehtimalla 5-ci “onluq”da qalacaq.

Çünki 6-cı səbətə yalnız D Liqasında qrup sonuncusu olan 4 komanda və 3-cü yer sahibləri arasında ən zəif nəticəyə malik yığma qərarlaşacaq. Millimizin belə böyük uğursuzluq yaşamaq ehtimalı isə sıfıra yaxındı.

Artıq sabah 5-ci səbətdə olmağımız rəsmiləşə bilər. Bunun üçün millimiz Farer adalarına uduzmamalıdı. Evdəki istənilən xal qazancı 5-ci səbətin rəsmiləşməsi üçün yetərli olacaq. Bununla da komandamız həm qrup sonuncusu olmayacağını rəsmiləşdirəcək, həm də ən azı bir qrupun 3-cüsünü qabaqlayacaq.

Qeyd edək ki, artıq bəzi yığmaların səbəti dəqiqləşib. Belçika, Fransa, İtaliya, Portuqaliya, İspaniya, İsveçrə 1-ci səbətdə möhkəmlənib. Avstriya, İslandiya, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels 2-ci, Finlandiya, Şimali İrlandiya 3-cü, Litva, Sloveniya, Estoniya 4-cü, Lüksemburqla Moldova 5-ci, San-Marino 6-cı səbətdəki yerini rəsmiləşdirib. (matç.az)


 
tarix: 16-11-2018 12:15


 
Xəbər lenti
12.12.2018
11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:30  ÇL: Qrup mərhələsində son tur başlayır - YENİLƏNİR

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az