(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz”: Hollandiya və Danimarka üçün son şans

“Topaz”: Hollandiya və Danimarka üçün son şans

Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz" bu gün də mərc həvəskarlarına bir-birindən maraqlı, həyəcanlı qarşılaşmalar təqdim edir. Əsas diqqət təbii ki, UEFA Millətlər Liqasının oyunlarınadır. Bugünkü proqramda yer alan 12 "təkli" oyundan 5-i məhz Millətlər Liqasının matçlarıdır. Daha 7 "təkli" oyun isə milli komandalar səviyyəsində yoldaşlıq görüşləridir.

Ümumilikdə "Topaz" bu gün müştərilərinə mərc etmək üçün 73 oyun təklif edir. Onlardan 28-nə canlı mərc etmək olar. Proqramda adı ilk diqqət çəkən qarşılaşma Millətlər Liqasının Hollandiya - Fransa duelidir. Son dünya çempionu qısa tənəzzül dövründən sonra yenidən dirçəlməyə başlayan Hollandiyanın qonağı olacaq. Fransa 1-ci qrupda son oyununu keçirir və "zanbaqlar ölkəsi"ndə qazanacağı 1 xal belə, pley-off mərhələsinə çıxmaq üçün kifayət edəcək. 3 turda 7 xal toplayan Fransadan 4 xal geri qalan "narıncılar"ın isə qələbə qazanmaqdan başqa yolu yoxdur. Məhz bu halda hollandlar Fransa ilə xal fərqini 1-ə endirə və son turda Almaniyaya qalib gəlməklə 1-ci yeri tuta bilər. Hollandiyanın Fransa üzərində sonuncu qələbəsindən 10 il ötür. AÇ-2008-də qazanılan 4:1-lik parlaq zəfərdən sonra hollandlar fransızlarla keçirdiyi 5 görüşün hamısında uduzub. Yeni dirçəliş dövrünə qədəm qoyan "narıncılar" axşamkı matça tam heyətlə hazırdır. Dünya çempionunun heyətində isə itkilər var: Poqba, Umtiti, Tolisso, Martial, Lakazett, Koman, Kurzava və Mendi zədəlidir. Rotterdamda keçiriləcək qarşılaşmanı ingilis hakim Teylor idarə edəcək. Saat 23:45-də başlanacaq oyuna "Topaz"da həm "təkli", həm də canlı mərc etmək mümkündür. Əmsallar: Hollandiyanın qələbəsi 2.95, heç-heçə 3.30, Fransanın qələbəsi 2.20.

Gecənin maraq doğuran digər oyunları Sloveniya - Norveç və Kipr - Bolqarıstan görüşləridir. Bu komandaların 4-ü də C divizionunun 3-cü qrupunda yer alıb. Sloveniya istisna olmaqla, qalan 3 komandanın qrup qalibi olmaq və pley-offa yüksəlmək şansı var. Bu mənada Norveçin artıq heç bir iddiası qalmayan Sloveniya qarşısında favorit sayılması qanunauyğundur. Onsuz da norveçlilər Sloveniya üçün arzuolunmaz rəqiblərdən sayılır. Ən azı statistika belə deyir: 8 oyunda cəmi 1 qələbə. Balkan təmsilçisi bu dəfə də Norveçə qalib gələ biməzsə, şimali avropalılar pley-offa doğru inamlı addım atacaq. Norveçin özünü rahat hiss etməsi üçün paralel görüşdə Bolqarıstanın Kiprə uduzması lazımdır. Bolqarlar Norveçlə eyni sayda - 9 xal toplayıb. Kipr yığmasının isə 4 xal var. Kipr cüzi şansını da saxlamaq üçün bu axşam mütləq qalib gəlməli, daha sonra Norveçi məğlub etməlidir. Bolqarlar isə qələbə qazanmaqla son tura daha rahat çıxmaq istəyindədir. Maraqla gözlənilən hər iki qarşılaşmaya "Topaz"da həm "təkli", həm də canlı mərc edə bilərsiniz. Əmsallar: 
Sloveniyanın qələbəsi 3.15, heç-heçə 2.75, Norveçin qələbəsi 2.15.
Kiprin qələbəsi 3.00, heç-heçə 2.85, Bolqarıstanın qələbəsi 2.15.

B divizionunun 4-cü qrupunda da bu axşam həlledici oyun var. Qrup lideri Uels öz meydanında Danimarkaya qalib gəlsə, pley-off mərhələsinə çıxacaq. Bir oyun az keçirən danimarkalılar isə bu axşam azı bir xal qazanarsa, son turda bütün iddiasını itirən İrlandiyaya qalib gəlməklə qrup lideri ola bilər. Məğlubiyyət Danimarka üçün hər şeyin bitməsi deməkdir. "Topaz"da bu oyunun əmsalları belədir: Uelsin qələbəsi 2.70, heç-heçə 2.70, Danimarkanın qələbəsi 2.45.

Bu və digər oyunlara "Topaz"da mərc etməklə günü qazancla başa vura bilərsiz. Təklif bizdən, dəyərləndirmək sizdən.


 
tarix: 16-11-2018 14:23


 
Xəbər lenti
23.01.2019

19:51   “Qarabağ” heç-heçə oynadı - YENİLƏNİB

18:59   “Keşlə” yenə uduzdu - YENİLƏNİB

18:19   “Neftçi” “Slovan”a uduzdu - YENİLƏNİB

18:00   AFFA-nın Lisenziyalaşdırma qrupu ilə bağlı yoxlamanın nəticələri açıqlandı

17:50   “Sabah”ın da saytı var

17:00   “Atletiko” futbolçusunu geri qaytardı

16:25   Sabiq “Real”lı aşağı liqa klubunda

15:56   “Neftçi” transferini rəsmən açıqladı

15:12   “Sabah” vətənə qayıtdı

14:55   İtkin düşən futbolçunun son mesajı yayıldı

14:33   “Zirə” yenə tək qolla qalib gəldi - VİDEO

14:11   “Sevilya” yeni transferini itirdi

13:45   Bundesliqa klubunda yeni müqavilə

12:56   Tərlan Əhmədov: “Bu mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik”

12:20   Millimizin ruslarla heç-heçəsi - VİDEO

11:55   “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə - VİDEO

10:30   Demba Ba yenidən Super Liqa klubunda

09:30   Ronaldo Messiyə çatdı

02:58   “Valensiya” “Xetafe”yə ilk oyunda məğlub oldu

02:11   “Neftçi” yeni transferini rəsmən açıqladı - VİDEO

01:04   Elşad Əhmədov: “Hücum xəttində irəliləyiş olması müsbət məqamdı”

00:31   “Qalatasaray”dan qələbə, “Akhisarspor” 1/4 finalda

22.01.2019

23:55  İtən futbolçunun klubu yeni açıqlama yaydı

23:45  Olimpiya çempionunun futbol karyerası başlamamış bitdi

23:39  “Qarabağ” “Qalatasaray”ı qabaqladı

23:25  “Qəbələ” günü 2 məşqlə başa vurdu

23:06  “Sabah”ın oyununda 8 qol - VİDEO

21:00  “Keşlə”nin qazaxlarla sınaq matçının vaxtı açıqlandı

20:30  “Keşlə” “Səbail”ə qalib gəldi

20:15  Samir Abasov: “Heyətimizdə yeni futbolçular olacaq”

20:03  Şeydayev əvəzləndi, komandası “Jilina”ya qalib gəldi

19:22  “Futbolçuların istəyi, tapşırıqları düzgün yerinə yetirmələri bizi qane etdi”

18:10  “Sabah”dan bol qollu heç-heçə

17:55  “Sumqayıt”dan “Vardar” üzərində inamlı qələbə

17:48  “Zirə” macarları məğlub etdi

17:24  Hollandiya millisinin üzvü La Liqada

16:50  Vüqar Məmməd: “Görüş üstünlüyümüz şəraitində keçsə də…”

16:26  “Neftçi”nin futbolçusu millimizdən uzaqlaşdırıldı

16:02  Ronaldoya 18,7 milyonluq cərimə

15:18  17 milyonluq transfer yoxa çıxdı

14:53  Millimiz “Krasnodar”ın 3-cü komandası ilə bacarmadı

14:37  Argentina millisinin sabiq üzvü Meksikada

14:12  AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

13:51  Şeydayev: “Slovakiyalılar bizə qarşı hücumda oynayacaq”

13:30  “Neftçi” “Bursaspor”la müqavilə bağladı - FOTOLAR

13:16  Halldorssondan “Qarabağ”dan ayrılacağı barədə iddialara cavab

12:55  Milli komandada baş məşqçi istefası

12:32  Daha bir tanınmış futbolçu karyerasını başa vurdu

12:07  “Qarabağ” günü 2 məşqlə başa vurdu - VİDEO

11:27  “Zirə”nin macarlarla ilk, xarici klublarla 20-ci dueli

11:00  Eşli Kouldan 38 yaşında yeni müqavilə

10:44  “Sumqayıt”da daha bir iranlı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az