(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

Məmmədov, hədəf göstərməyə mənəvi haqqın varmı?

Millətlər Liqasında qrup mərhələsi başa çatır. Növbəti 2 oyundan sonra yığma komandamızın da taleyi bəlli olacaq.
 
Çətin durumdu, hər 2 oyunda qələbə olmasa, yığmamız pley-offdan, deməli, həm də Avropa çempionatının final mərhələsinə yüksəlmək ümidindən məhrum olacaq. Komandanın potensialını, heyətdəki oyunçuların səviyyəsini nəzərə alsaq, birinci pilləni tutmaq çox çətindi. Amma…
 
…Amma AFFA-nın baş katibi Elxan Məmmədov məhz bu məqamda ortaya çıxıb. Aylardı səhnədən kənara çəkilən, prosesləri izləyən və hücum üçün fürsət gözləyən katib, məhz indi danışağı lazım bilib. Özü də “Report”a, AFFA prezidentinin maliyyələşdirdiyi agentliyə.
 
Farer adaları ilə oyun günü verilən bu açıqlama komandaya, baş məşqçi Qurban Qurbanova birbaşa təzyiqdi. Neçə vaxtdı dilini sürüyən, konkret yox, ümumi danışan Məmmədov indiki məşqçilər heyətinə qarşı hazırladıqları “yanvar planı”na start vermək üçün bu günü seçib. Təzyiqlər, ictimaiyyətin yönəldilməsi sayəsində mehriban düşmən olduğu Qurbanovu gözdən salmağa cəhd edir. Yəqin yuxarı dairələrdə apardığı gizli təbliğat kampaniyasının müsbət nəticələrinə ümid edir, müəyyən razılıq alıb.
 
"Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədir. Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq. Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdi. Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır”.
 
Elxan bəy indi belə tələb qoymaqla məsuliyyəti məşqçilərin üzərinə atır. Guya ki, AFFA da istəyir, amma uğur qazanmağı komanda bacarmalıdı. Bezdirmək, əzdirmək üçün seçilən taktikadı. Axı, Roberto di Matteonun imzalanmayan, ilinə 3 milyon avronu nəzərdə tutan uzunmüddətli müqaviləsi hələ də katibi göynədir. Onun necə planları var idi və hamısının üstündən ölkə başçısının ədalətli seçimi xətt çəkdi. İndi isə Qurbanovu gözdən salmaq, onu gərginlikdə saxlamaqla bezdirmək kampaniyası aparılır.
 
Məmmədovu hesab maraqlandırmış. Və o, edilmiş hansısa risklərdən danışır. Berti Foqtsu, Robert Prosineçkini nəzərdə tutmur yəqin. Eddi İsrafilova, digər milli forması geymiş gəlmələrə SOCAR-dan ödətdirdiyi, havaya sovurduğu milyonları da deməz.
 
6 xal, qrup birinciliyi və hətta AÇ-yə vəsiqə arzusu - əla xəyaldı. Amma bütün bunları cəmi bir ildi iş başında olan Qurbanovmu reallaşdırmalıdı? Bəs, 12 ildi ölkə futbolunu idarə edən Elxan Məmmədov bu dövrdə nə edib? Uşaq futbolu bərbad gündə, milli üçün layiqli namizədlər yetişdirilməyib, futbol təsərrüfatı iflic vəziyyətdədi. Və katib indi məhv etdiyi futbolumuzun çiçək açmasını istəyir. Suallarımız var, görəsən, hesabat verməyə hazırdımı?
 
U-17-nin, U-19-un, U-21-in nəticələrinə baxanda da aydın olur ki, 12 ildə ölkə futbolu məhv edilib. Hansı potensiala güvənərək, hansı əsasla katib qrup liderliyini istəyir? Ümumiyyətlə, onun buna haqqı varmı? Yoxsa Foqtsun dönəmində talanan milyonlar dişlərdə şirə saxlayıb? Zəhmətiylə, əməksevərliyi ilə alnıaçıq gəzən insanlar lazım deyilmi? Bəlkə Qurbanovu hədəfə gətirməkdənsə, ona dəstək vermək daha məsləhətlidi. Yox, katib narahatdı, çünki Qurban bəy rahat işləsə, təzyiq görməsə, büdrəməsə, 6 illik müqavilə davam edəcək və o, kimlərəsə mane olacaq.
 
Məmmədova futbolun inkişafı lazım deyil, top oyunu daim can üstdə olmalıdı ki, onun üçün bahalı dərmanlar, əcnəbi təbiblər çağırılsın. Belədə Elxan bəy vacib fiqur kimi qalacaq və qazanacaq. Başqa birinin ön planda olmağı onun planlarına daxil deyil.
 
FƏRİD

 
tarix: 17-11-2018 15:21


 
Xəbər lenti
23.04.2019

10:00   “Zirə” “Sumqayıt”la üz-üzə - YENİLƏNİR

09:41   “Zirə”nin ilk yarımfinalı

09:20   Əzizovun komandasından əzmkar qələbə

09:00   “Qəbələ” “Qarabağ”a qarşı - YENİLƏNİR

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az