(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

Qurban Qurbanov: “Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu”

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Farer adalarına qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

- Futbolçularımı təbrik edirəm. Qalibiyyət bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandı evdə qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq. Amma ikinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə, oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdı. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, hamısına güvənirəm. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaq. Bacarmasalar belə, güclərini artıqlaması ilə meydanda qoyacaqlar.

- Kosovo ilə oyundakı vacibiyyət oyununuza necə təsir edə bilər?
- Futbolçular bu matçın vacibliyini dərk edirlər. İnanmıram ki, bu amil onlara mənfi təsir etsin. Əksinə, belə anlar komandanı daha da möhkəmləndirir. Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək.

- İlk dəfə sizin rəhbərliyiniz altında millidə oynayan futbolçu var idi. Onlardan razı qaldınızmı?
- İlk dəfədi bir yerdə çalışdıqlarım var idi. Amma ayrılıqda hamısını tanıyıram. Bu gün yalnız Mirabdulla meydana çıxdı. Vaxt az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam və bu komandada böyük həvəslə oynamağa hazırdılar.

- Yığma ilk dəfə idi ki, bu qədər künc zərbəsi qazandı. Amma yalnız son dəqiqələrdə çərçivəyə gedən zərbə var idi...
- Qol olmasa da, ümumilikdə pis alınmadı. Həm dünən, həm də bu səhər bunun üzərində çox çalışmışdıq. Bir neçə nöqtə var idi ki, ora ötürmə verməyə çalışırdıq. Rəqibin müdafiəçiləri də uca boyludu. Necə hazırlaşmışdıqsa, futbolçular o cür də oynadılar. Kosovoda ola bilər ki, 1-2 künc zərbəsindən istifadə edə bilək.

- Bəzi futbolçular sarı vərəqə limitinə yaxın idi. Onları sona qədər meydanda saxlamaq risk deyildi?
- Bəzi dəyişikliklər edə bilərdik. Amma Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu. 

- Demək olar ki, optimal heyət formalaşıb. Amma qısa müddət sonra Kosovo ilə səfər oyunu var. Bu heyətin gücü çatacaqmı?
- Rəqibin oyununu bilirik. Amma yenə də onların son matçına bir də baxacağıq. Hansı heyət uyğundusa, o cür də meydana çıxacağıq. Futbolçuların oyuna kimi olan durumu vacib olacaq. Kamran və Pavelin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da mikrozədələri var idi. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. 1-2 dəyişiklik gözlənilir.

- Qrupdan çıxmaq əsas məqsəddi, yoxsa minimum?
- Hansı turnirdə iştirak ediriksə, maksimum nəticə əldə etməyə çalışmışam. Bunun alınıb-alınmadığını deyə bilmərəm. Son tur öncəsi hələ də şansımız var. Qalib gəlsək, qrup birincisi olacağıq. Alınmasa... Bu barədə düşünmürəm. Futbolçularla söhbətim oldu ki, başqa düşüncəmiz olmamalıdı. Optimal oyun göstərməli və xarakter göstərməliyik.

- Oyun günü Kosovoda hava 0 dərəcə olacaq. Bu hal sizə problem yaratmayacaq?
- Statistikalar pis deyil (gülür). Farer adalarında da hava şəraitini görmüşdünüz. Futbol üçün xoş olmayan hava idi. Hamımızın bir fikri var ki, təbiətdə pis hava yoxdu. Amma çalışırıq havaya uyğun hazırlaşaq. Belə halda da futbolçuların konsentrasiyaları yaxşı olur.

- Bu gün həmişəkindən nikbin görünürsüz. Bunun xüsusi səbəbi var?
- Həmişə iddialı olmuşuq. Bəzi oyunlarda iddialı olmaq daha çox lazım olur. Səfərə o hisslərlə getmək istəyirəm. Futbolçularım döyüşmə əzmini hiss etsinlər. Təbii ki, futbol qaydalarını yaddan çıxarmamaqla. Bizi ancaq qələbə qane edir. Bu üzdən inamlı olmalıyıq. (Sportnet)


 
tarix: 17-11-2018 23:36


 
Xəbər lenti
23.02.2019

16:40   “Daha istəkli komanda gözləyirdim”

16:32   “Qarabağ” azarkeşlərindən “Sabah”ın futbolçusuna sürpriz

16:30   “Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

15:50   “Qəbələ” “Keşlə” ilə heç-heçəyə razılaşdı

13:25   “Neftçi”də yeni müqavilə

11:53   Anatoli Banişevskinin doğum günündən 73 il ötür

11:00   “Mançester Siti”də yeni müqavilə

10:31   “Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu

09:52   “Keşlə”də qızıl alveri?

09:42   “Mil-Muğan” qayıdır?

09:30   “Qəbələ”dən 8 cavabsız qol

09:20   Ev sahibləri Bakıda bəlli olacaq

09:00   Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az