(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bernard Şalland: “Bizdə Berişa varsa, sizdə də Almeyda var”

Bernard Şalland: “Bizdə Berişa varsa, sizdə də Almeyda var”

Noyabrın 20-də UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Azərbaycan millisini qəbul edəcək Kosovo yığmasının baş məşqçisi Bernard Şalland futbolinfo.az saytına eksklüziv müsahibə verib.

- Malta üzərində gözlənilməz hesablı qələbə qazandınız...
- Razıyam ki, gözlənilməz idi. Çünki hamı 1:0, 2:0 hesablı qalibiyyət gözləyirdi. Amma biz 5:0 udduq. Əslində, birinci hissədə çətin oldu. Çünki rəqib 5 müdafiəçi ilə qapanmışdı. İkinci qoldan sonra irəli atıldılar. Bu da bizim əks-hücumlarda istədiyimiz kimi oynamağımıza şərait yaratdı. Nəticədə belə hesab qeydə alındı. Oyundan qabaq mən də bu hesabı düşünmürdüm. Çünki Azərbaycan bu rəqiblə evdə heç-heçə etmişdi.

- Azərbaycan - Farer adaları matçını izlədinizmi?
- Yox, tam izləməmişəm. Bu gecə baxacam. Bilirəm ki, Farer adaları müdafiədə, yarımmüdafiədə sıx oynayan komandadı. Ona görə də onlara qol vurmaq asan deyil. Lakin Azərbaycan 2 qol vurmağı bacardı.

- Final Priştinada olacaq...
- Çox maraqlı oyun olacaq. Rəqibə qələbə lazımdı. Gərgin bir matç bizi gözləyir. Mən komandanı götürərkən proqrama baxdığım zaman bu ssenarini düşünmüşdüm. Təxmin edirdim ki, qrupun ən vacib oyunu Kosovo paytaxtında Azərbaycanla olacaq. Belə də oldu. İndi bizi ağır sınaq gözləyir. 

- Doğma azarkeşlər önündə oynamağınızı avantaj sayırsız?
- Əlbəttə ki, bu, böyük avantajdı. Doğma azarkeşlərimiz bizə ruh yüksəkliyi verəcək. Düşünürəm ki, stadion tam dolu olacaq. Bu da əlavə motivasiyadı. Ona görə meydanda hər şey etməyə çalışacağıq. 

- İlk matçda heç-heçə etmişdiz…
- İlk matçda Azərbaycan bizdən yaxşı oynamışdı. Bunu etiraf etmək lazımdı. Onlar daha inamlı çıxış etmişdilər. Bəlkə də biz yeni komanda olduğumuz üçün çətin idi. Amma həqiqətən Bakıda bizə çətin olmuşdu.

- Priştinada sizə heç-heçə də bəs edəcək...
- Amma bu, o demək deyil ki, biz heç-heçə üçün oynayacağıq. Meydana qələbə üçün çıxacağıq. Doğma azarkeşlərimiz bizdən qalibiyyət gözləyəcək. Bunun üçün də Azərbaycanı məğlub etmək lazımdı. "Final"ı udmaqla Avropa çempionatına layiq olduğumuzu göstərmək istəyirk.

- Azərbaycanın ilk dəqiqələrdən hücuma atılması işinizə yarayacaqmı? Komandanızı əks-hücumlar üçün hazırlamamısız?
- Maltada qələbə qazanıb işimizi asanlaşdırdıq və qolların çoxunu əks-hücumlarda vurduq. Ümumiyyətlə, Azərbaycan yığması topla ağıllı davranır. Daha çox özlərində top saxlamağa çalışırlar. Bu da bizə çətinlik yaradacaq. Təkcə əks-hücumlarda oyun qurmaq olmaz. Öz oyunumuzla üstün olmağa çalışmalıyıq.

- İlk matçda Valon Berişa yox idi. Sizin üçün çox vacibd fiqurdu və meydana çıxacaq. Onun olması sizə nə dərəcədə üstünlük qazandıracaq?
- Düzdü, Berişa çox vacib fiqurdu. Çox kömək edəcək. Amma biz bir komandayıq. Ona qalsa, Azərbaycan yığmasında da Riçard Almeyda var. O da yığmanızda eyni funksiyanı yerinə yetirir.

- Etiraf edək ki, Almeyda Berişa deyil...
- Amma onun qədər sizin milli üçün vacibdi.

- Kosovo heyətinə görə əvvəlcədən favorit idi...
- Bunu demək elə də asan deyil. Azərbaycanla matçda hər şey ola bilər. Asanlıqla qrupu birinci tamamlamamışıq. Çalışmışıq ki, nəsə edək.

CAVAD


 
tarix: 19-11-2018 09:00


 
Xəbər lenti
19.02.2019

02:02   “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı

01:51   “Atletik” səfərdən 3 xalla döndü

01:32   “Borussiya” səfərdə xal itirdi

01:24   “Roma”dan çətin qələbə

18.02.2019

23:26  Super Liqanın liderinə 1 qol bəs etdi

18:20  Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15  Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46  Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19  “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50  Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24  Messi bunu da bacardı

13:51  Birinci Divizion: 16-cı turun hakimləri

13:17  Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55  “Arsenal”dan “Napoli”yə

12:38  Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24  Azərbaycan çempionatının 99-cusu

12:02  Namiq Ələsgərov üçün əlamətdar tur

11:49  “Sumqayıt” 70-ə çatdı

11:25  Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19  İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15  Mbappe tarixə düşdü

11:11  Qadına görə qadağa

10:56  Zidanın tələbləri

10:49  Almeyda həsrəti bitirdi

10:41  Xal itirməyən qalmadı

10:27  Məğlublar hakimlərdən şikayətləndi

10:17  “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10  Lukaku satılır

10:01  “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52  Axundovun xilası naminə səhv...

09:41  Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31  Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24  “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11  “Eştoril” Dadaşovsuz xal itirdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az