(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Baş katibin niyyəti, İsgəndərin buynuzu...

Baş katibin niyyəti, İsgəndərin buynuzu...

Azərbaycan futbolunun problemləri çox olub/çoxdur/çox olacaq. Bəlaların ən böyüyü isə bu sektorda ziyalı fikrinin, elitanın olmamasıdı və bu, yerlərin səhv düşməsinə gətirib çıxarıb.
 
Olmayan ziyalılardan biri də İsgəndər Cavadovdur. Cavadov haqqında axırıncı dəfə Berti Foqts millinin başında olarkən  yazmışdım.
 
İtaliya və Xorvatiyaya səfərlər başa çatandan sonra (1:2, 0:6) təyyarədə idman jurnalistlərinə müsahibə verərkən necə canfəşanlıqla Elxan Məmmədova yarındığını görmüşdüm. O, "aşı bişirilmiş" Foqtsun qovulmalı olduğunu iddia edirdi. Onadək isə  Foqtsu tərifləyirdi, çünki Elxan Məmmədovun siyasətinə uyğun danışmaq lazımdır...
 
İndi həmin bu İsgəndər makedoniyalı olmasa da, buynuzu çıxıb...
 
Millinin Kosovo səfərinə AFFA hesabına ezam edilənlər siyahısında olan bu adam müsahibə verib ki, yığmanın Millətlər Liqasında qalib gəlməsi mütləqdir, vacibdir. Baho! Doğrudan? İşin, fəaliyyətin elə bundan ibarətdir?
 
Həmin İsgəndər ki, illərlə, aylarla ağzına su alıb oturar, problemlərdən danışmaz, çıxış yolları göstərməz.  Uzun zamandan sonra niyə danışmağa başlayıb? Bəs buna qədər niyə danışmırdı? Əvvəl Maltada cəh-cəh vurdu, indi də Kosovoda. Milli dirilməyə, nəticələri yaxşılaşdırmağa başlayır deyə, narahat olanlarmı var? İşlərin qaydasına düşməyini istəməyib, qəsdən bu cür qıcıqlandırıcı çıxışlar etmək..? (Futbolpress)
 
Bir neçə gün əvvəl Elxan Məmmədov "Report"a açıqlamasında deyib ki, qarşıdakı oyunlarda millinin minimum vəzifəsi 6 xal toplamaqdır. Tələbimiz liqanın qalibi olmaqdır və s.
 
Əvvəla, baş katib baş katibliyini etməlidir. Bu postun funksionallığı koordinasiyanın təşkili, qərarların, tapşırıqların icrasını təmin etmək və sairədir. Baş katib kimdir ki, tələb qoya, yaxud hansısa tələb mövcuddursa onu belə iddialı şəkildə səsləndirə?
 
Cavadov, adınıza açılan uşaq futbol akademiyasının məskunlaşdığı "Bakı" klubunun bazasından çıxarıldınız, Abşeron Olimpiya Kompleksinə atıldınız. Siz adınızı daşıyan bir akademiyanın adicə məskunlaşma problemlərini AFFA-nın qarşısında qaldıra bilməyən birisiniz, millinin Millətlər Liqasında qalib gəlməli olduğunu şestlə iddia edirsiniz? 

Bu nəticələrçün hansı xidmətiniz olub? İddia edirsiniz ki, Avropada üç gündən bir oynayırlar, bizimkilər yorğunluqdan şikayətlənməməlidir. Avropanın harasıyla müqayisə edirsiniz ki? Bu müqayisə haqqını sizə kim verdi? Özünüz Avropa bir yana, Azərbaycan səviyyəsində futbolun inkişafı üçün hansı əməli addımlar atmısınız?  Ümumiyyətlə, mətbuata açıq olmayan, yalnız "lazım olan anlarda" danışan birinin ortaya mühüm iddialar atmağa mənəvi haqqı yoxdur.
 
Baş katibin milli komandanın nəticələri barədə dozanı aşan iddiaları, deyəsən, Cavadov kimi həşəmətli ziyalı qrupuna qol-qanad verib. Güman ki, Cavadovdan sonra da kimlərsə millinin nəticələrinə ağıllı-ağıllı göstərişlər verəcək. Ancaq qətiyyən. Sizin buna haqqınız yoxdur. Özünüzü məsxərə obyekti etməyin, AFFA-dan məvacib, qonorar alırsınız, alın, sakitcə də oturun. Hünərli danışmağa iddia etsəniz, sizin buna layiq olmadığınızı xırda detalarınadək izah etməyə istəyimiz boldur.
 
Yeni sistem formalaşdırılacaq - deyilib? Bununçün də hazırkı baş məşqçi Qurban Qurbanovla 6 illik müqavilə bağlanıb? Onda zəhmət olmasa, sistemin formalaşması üçün proqramlar hazırlansın. Nəticələrə uyğun danışmaq sizin haqqınız deyil. Bu, futboldur, nəticə birdən-birə əldə edilmir. Özü də sizin kimi, sistemsiz-filansız fəaliyyətdə ümumiyyətlə nəticə olmayacaq. Yeni məşqçilərin təyinatından 1 il ötür, lakin yeni sistemin tətbiqi görünmür. Bunu düşünün siz, nəticələrlə işiniz yoxdur. Nəticəni azarkeş tələb edər, sizin kimi faydasız idarəçilər yox.
 
Milli komandaların inkişafı üçün proqramlar hazırlanmayıb hələ də.  Proqramlar hazırlansın, ictimai müzakirəsi təşkil edilsin. İdman mediasının prosesdə iştirakı təmin olunsun, "Elxan Məmmədovu tənqid etməyənlər"in yox.
 
Sistemin formalaşdırılması çox həssas prosesdir və uzun zaman istəyir. Baş katib isə imkan tapan kimi AFFA prezidenti Rövnəq Abdullayevin adından sərsəm iddialar səsləndirir. 
 
Müahibələri yalnız o sayta niyə verir?! Rövnəq Abdullayevindir deyə? Əgər deməyə sözü varsa, idman mediasının önünə çıxsın, yaxud Abdullayevin jurnalistlərlə 2 ildən çoxdur alınmayan görüşünü təşkil etsin, buna mane olmasın. Jurnalistlərin AFFA prezidentinə açıqlayacağı məqamlar, verəcəyi suallar var...

Baş katib müsahibə verib, milli komandanı "yükləyir", təzyiq altına salır, psixoloji təsir edir. Buna qoşulan muzdlu ziyalılar dəstəsi də Məmmədovun istəklərinə uyğun danışır, ictimai fikri bu istiqamətə kökləməyə cəhd edir. Baş katibin istəyinə uyğun məqalələr dərc edən bəzi idman KİV-ləri ansambl şəklində fəaliyyətə keçib, hücuma başlayırlar. Bu cür yanaşmanın məqsədi nədir?
 
Rövnəq Abdullayevin Qurban Qurbanovun millinin baş məşqçisi postuna rəsmi təqdim edilməsi tədbirində dediyini xatırlayaq: "Biz Qurbanovun yanındayıq və ona hər cür dəstək olacağıq". Bu sözləri deyən Abdullayev yenə də işin gedişatını baş katibə tapşırıb və izləmir. Xəbəri varmı, baş katib idman mediasında ciddi narazılıqlar yaradıb? Bir neçə peşəkar KİV AFFA-nın proseslərindən uzaq tutulur və bunu belə təqdim edirlər ki, "yuxalar belə istəyir". Yəni siz belə istəyirsiniz, Abdullayev? İnandırıcı deyil. Ona görə də proseslə maraqlanın.
 
Bəli, baş katib milli komadalara şərait yaradılması üçün əlindən gələni edir, çünki dərhal buna görə haqq-hesaba çəkiləcəyini bilir. Lakin bu tərəfdən özünü təmiz göstərib, pərdəarxasında başqa siyasət yürüdür.
 
Və bu sistemlə ölkə futbolu ciddi inkişafa qədəm qoymayacaq. Milyonlarla vəsaitin səmərə verməməsinə görə isə təqsirkar sizin rəhbərliyiniz sayılacaq. Odur ki, iş icraçılarının işi necə icra etdiyini yaxından izləyin. Müstəqil mətbuata maneələrə qarşı çıxın, qoy onlar prosesləri işıqlandırsın ki, sizin də xəbəriniz olsun baş verənlərdən. Ancaq sizin heç xəbəriniz yoxdur ki, milli komadalarla səfərlərə  aparılmasına qadağa qoyulan idman saytları var və bu saytlar məhz olanları ifşa etdiyi üçün bu halla üzləşib.
 
Baş katib milli komadalardakı proseslərin yaxından izlənmsi üçün yalnız özünə sərf edənlərə şərait yaradır. Layiqlilərə qarşı sədd çəkilməsi isə sizin adınıza yazılır. Yəqin media önünə çıxıb, bu məsələlərə də aydınlıq gətirərsiniz...
 
Artıq sizin yerinizə alternativ təqdim olunur ictimaiyyətə. 1-2 ilə qəbul olunması gözlənən yeni dövlət proqramının sizin yox, həmin alternativin daha səmərəli icra edə biləcəyi iddia edilir və cəmiyyətdə belə fikir formalaşdırılır. Özünüz bilərsiniz, necə ki, Hafiz Məmmədovla bu istiqamətdə mübarizəniz ölkə futboluna zərbə vurdu, güman ki, növbəti şəxsi intriqa da məqsədli təşkil edilir. İctimaiyyəti, bizi futbolun doğru idarə edilməsi, idarəçilikdə peşəkarlara yer verilməsi, proseslərin şəffaf aparılması maraqlandırır...
 
Qayıdaq mövzumuza. Ən azı AFFA-nın növbəti hesabat konfransınadək bu gizli siyasət dəyişilməlidir. Qurbanov baş katibin etdiyi hiyləgərliklərə reaksiya vermir, verməyəcək də. Bu, onların əxlaqında, prinsiplərində yoxdur. Əslində, Qurbanovun da danışmaması ciddi problemdir, çünki danışmamaq/qabartmamaq prosesin şəffaflığna əngəldir. Kulisdə qəliz "şahmat gedişləri", üzdə isə əmin-amanlıq... Ancaq bu, o demək deyil ki, hər şey qaydasındadır.


 
tarix: 19-11-2018 14:46


 
Xəbər lenti
18.02.2019

18:20   Azərbaycanlı hakimlər VAR sertifikat turnirinə dəvət aldı

17:15   Yurçeviçin millimizlə Bakıda debüt matçının vaxtı bilindi

16:46   Milimizin rəqibi gürcülərlə qarşılaşacaq

15:19   “Napoli”dən ayrılan futbolçu rəsmən Çin klubunda

14:50   Millimizin üzvü Latviya klubunda - RƏSMİ

14:24   Messi bunu da bacardı

13:51   Birinci Divizion: 16-cı turun hakimləri

13:17   Premyer Liqada 18-ci turun hakim təyinatları açıqlandı

12:55   “Arsenal”dan “Napoli”yə

12:38   Qışdan sonra: “Neftçi” 4-cü pillədə

12:24   Azərbaycan çempionatının 99-cusu

12:02   Namiq Ələsgərov üçün əlamətdar tur

11:49   “Sumqayıt” 70-ə çatdı

11:25   Bayılla “Bəhramov” arasındakı onqat fərq

11:19   İtaliya çempionatında 20:0 hesablı qələbə - VİDEO

11:15   Mbappe tarixə düşdü

11:11   Qadına görə qadağa

10:56   Zidanın tələbləri

10:49   Almeyda həsrəti bitirdi

10:41   Xal itirməyən qalmadı

10:27   Məğlublar hakimlərdən şikayətləndi

10:17   “Qarabağ” hücumçusunu Ukrayna klubuna satır

10:10   Lukaku satılır

10:01   “Azərbaycanda yaxşı şəraitlə qarşılaşdıq”

09:52   Axundovun xilası naminə səhv...

09:41   Riçard Almeyda: “Qəbələ” fasilədən sonra bizdən üstün idi”

09:31   Ozan Canın yoxluğunda komandası məğlub oldu

09:24   “İlk yarı heç-heçə bitsəydi, yaxşı nəticə əldə edə bilərdik”

09:11   “Eştoril” Dadaşovsuz xal itirdi

09:00   Maksim Medvedev: “Mahir Mədətovun hərəkətlərinə əsəbləşirik”

02:08   PSJ 3 xalı tək qolla qazandı

01:56   “Real” autsayderə uduzdu, “Sevilya” darmadağın oldu

01:40   “İnter”dən qələbə, “Napoli”dən xal itkisi

01:06   Millimizin baş məşqçisi: “Futbolçularda güc hiss etdim”

00:55   Millimiz İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

00:23   “Qalatasaray”dan səfərdə darmadağın

17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az