(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz": Almanlar Fransanı xilas edəcəkmi?

“Topaz": Almanlar Fransanı xilas edəcəkmi?

UEFA Millətlər Liqasında bu axşam sonuncu turun daha 9 oyunu keçiriləcək. Onlardan 3-ü həlledici xarakter daşıyır və hər üçünə də Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da həm canlı, həm də "təkli" mərc edə bilərsiz.

Gecənin ən çox maraq doğuran matçı Almaniya - Hollandiya görüşüdür. 3 oyunda cəmi 1 xal toplayan almanların qrupda sonuncu yeri tutacağı artıq dəqiqləşib. Hollandiya isə qrup lideri Fransadan cəmi 1 xal geri qalır. "Narıncılar" bu axşam bundestimdən azı 1 xal alarsa, o zaman Fransa ilə xalları bərabərləşəcək və aralarındakı oyunların nəticəsinə görə Hollandiya "dördlər finalı"na vəsiqə alacaq. Ronald Kumanın çox yaxşı komanda formalaşdırdığını nəzərə alsaq, hollandların son 2 dünya çempionunu qrupda saxlayaraq pley-offa çıxacağı real görünür. Almanlar artıq rəqibin gücünü lazımınca hiss edib. Bir ay əvvəl Amsterdamda keçirilən matçda Kumanın komandası bundestimə 3 cavabsız qolla qalib gəlib. Hollandlar Helzenkirhendəki qarşılaşmaya tam heyətlə hazırdır. Almaniyada isə Hektor, Roys və Drakslerin oynayacağı sual altındadır. Zədədən qayıdan Hummels isə çox güman ki, meydanda olacaq. Bu, qonşuların futbol meydanında 27-ci qarşıdurması olacaq. Əvvəlki oyunların 9-unda hollandlar, 7-sində almanlar qalib gəlib. 10 görüş heç-heçə yekunlaşıb. Görək, almanlar özləri üçün nəticəsi əhəmiyyət daşımayan bu oyunda qonşularına "badalaq" vura biləcəkmi? Başqa sözlə, bundestim bu axşam Fransa üçün oynayacaqmı? Bu sualların hər bir proznoz həvəskarının beynində öz cavabı var. Elə isə intuisiyanıza güvənərək bu maraqlı qarşılaşmaya "Topaz"da mərc edə bilərsiz. Əmsallar: Almaniyanın qələbəsi 1.90, heç-heçə 3.40, Hollandiyanın qələbəsi 3.60.

Gecənin maraq doğuran daha iki oyunu isə C divizionunun 3-cü qrupunun görüşləridir. Burda 10 xala malik Norveçlə Bolqarıstanın pley-offa çıxmaq şansı var. Norveç səfərdə Kipr, Bolqarıstan isə evdə Sloveniya ilə qarşılaşacaq. Xal itirən tərəf rəqibi üçün növbəti mərhələyə yol acaçaq. Bu görüşlər üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir:

Kiprin qələbəsi 5.50, heç-heçə 3.60, Norveçin qələbəsi 1.45

Bolqarıstanın qələbəsi 1.60, heç-heçə 3.15, Sloveniyanın qələbəsi 4.85.

Ümumilikdə, bu gün "Topaz"da mərcə çıxarılan 26 qarşılaşma var. Onlardan 12-sinə canlı, 7-sinə isə "təkli" mərc etmək olar.


 
tarix: 19-11-2018 15:41


 
Xəbər lenti
21.02.2019

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az