(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“0:0-lıq heç-heçə olacağını düşünmürəm” - Amir Rrahmani

“0:0-lıq heç-heçə olacağını düşünmürəm” - Amir Rrahmani

UEFA Millətlər Liqasında Azərbaycan yığması ilə qarşılaşacaq Kosovo millisinin futbolçusu Amir Rrahmaninin futbolinfo.az saytına müsahibəsi:

- Millətlər Liqasının son turudu və hər kəs finala bərabər Kosovo – Azərbaycan matçını gözləyir. Qarşılaşma haqqında fikirləriniz necədi?
- Azərbaycan yığmasının itiriləcək heç nəyi yoxdu. Rəqib oyunda qalib gəlmək üçün hər şey edəcək. Böyük ehtimalla ilk dəqiqələrdən hücumda oynayacaqlar. Lakin bizim üçün də dəyişən heç nə yoxdu. Digər bütün oyunlar kimi bu matçı da qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

- Hər kəs düşünür ki, Kosovo millisinə heç-heçə də bəs etdiyi üçün kifayət qədər rahat oynayacaq və bu onlar üçün üstünlükdü...
- Deməzdim. Çünki rəqib bizə təzyiq edəcək. Bu da bizi məcbur edir ki, əvvəlki matçlar kimi öz oyunumuzu ortaya qoyaq. Meydana qələbə üçün çıxmalıyıq. Başqa şey düşünmürük.

- Azərbaycan Farer adaları üzərində qələbə qazansa da, yaxşı oyun ortaya qoymadı. Bu sizə ümid vermədi?
- Azərbaycanın heyətində yaxşı futbolçular var və eynilə Kosovo da yaxşı vəziyyətdədi. Ancaq futbol bilirsiniz ki, bir gecədə 1 dəfə oynanılacaq. Bir gecədə bir matçın hər anında komandaların taleyi həll oluna bilər. Buna hazırlıqlı olmalıyıq. Düşünürəm ki, oyunda erkən qol vurmalıyıq. Bu bizi bir qədər rahatlaşdıra və ən azından heç-heçə üçün daha rahat olmağımıza gətirib çıxara bilər. 

- Baş məşqçiniz bildirdi ki, Millətlər Liqası başlamamışdan öncə bilirdim ki, Kosovo və Azərbaycan Priştinada final oynayacaq. Siz bunu düşünürdünüz?
- Əlbəttə. Azərbaycan və Kosovo digər iki komandadan güclü idi. Buna səbəb hər iki komandanın heyətində güclü futbolçuların olması, önəmli oyunçuların yaxşı klublarda çıxış etməsidi. Ona görə də Malta və Farer adalarının sona kimi müqavimət göstərməyəcəyini düşünürdüm. Onlarda bu qədər keyfiyyətli futbolçular yoxdu.

- İlk oyunda heç-heçə olmuşdu. Səncə, bu dəfə də oxşar nəticə təkrarlana bilərmi?
- Futbolda heç vaxt əvvəlcədən deyə bilməzsən ki, nəticə bu cür olacaq. Heç-heçə olacağını və ya hansısa komandanınn qalib gələcəyini indidən demək düzgün deyil. Amma mən 0:0-lıq heç-heçə olacağını heç düşünmürəm.

AĞA


 
tarix: 19-11-2018 15:51


 
Xəbər lenti
12.12.2018
11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:30  ÇL: Qrup mərhələsində son tur başlayır - YENİLƏNİR

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az