(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Priştina gözləntisi

Priştina gözləntisi

Priştina – bu şəhəri illər boyunca uğursuzluq və ya zəfər şəhəri adlandıracağıq. Qalib gəlməsək, faciə olmayacaq, ancaq ciddi məyusluğa səbəb verəcək, bəlkə də çoxdan başlanması lazım olan islahatlar üçün stimul rolunu oynayacaq. O başqa məsələ ki, islahatları kim və necə aparacaq?
 
Azərbaycan futbolunda islahat lazımdı. Son 10-12 illik dönəmin, indiki AFFA rəhbərliyinin hesabatı üçün bəlkə də uğursuzluq lap yerinə düşərdi. İllərdi ölkə futbol təsərrüfatını idarə edənlərin yanlış strategiyası ifşa olunar, dəyişiklik üçün zəmin yaranardı. Amma vay o gündən ki, islahatı aparmaq elə həmin qaniçənlərin öhdəsinə buraxıla. O zaman azarkeşlər, ictimaiyyət, hətta ölkə rəhbərliyi növbəti dəfə aldadılacaq, daha bir yalançı proqram, daha neçə vəd və itiriləcək daha neçə illər...
 
Priştinada zəfər daha yaxşı olar. O zaman hətta belə bərbad durumda da Qurban Qurbanovun dürüstlüyünün, zəhmətsevərliyinin işə yaradığı aydınlaşar, bu xəttin möhkəmlənməsi, inkişaf etdirilməsi fikri beyinlərə hakim olar. Kadr yetərsizliyinə, futbolçu qıtlığına rəğmən, Kosovoda əldə ediləcək qrup liderliyi əsl zəfər sayılar.
 
AFFA-nın baş katibi Elxan Məmmədov da bundan qorxur. Ona görə Farer adaları ilə Bakıdakı oyundan öncə səhnəyə çıxdı, açıqlama verdi və niyyətini göstərdi. Onun qrup liderliyini minimum vəzifə sayması yeni xəbər idi, 12 ildi milyonlar dağıdan, ölkə futbolunu uçuruma sürükləyən bu adam Avropa çempionatının final mərhələsindən danışır. Hiyləgərdi, bilərəkdən belə açıqlama verir – minimum vəzifə yerinə yetirilməsə, Qurbanovu günahkar kimi hədəfə çevirir, daha yaxşı nəticə olsa, bunda öz rolunun da olmasına işarə edir. Guya ki, elə işlər görüblər ki, sadəcə, vəzifə yerinə yetirilməlidi.
 
Məmmədov işində olsun, onun səmimiliyi də, hiyləsi də, dəstəyi də, ayaq altı qazması da hamıya bəllidi. Bu gün komanda ətrafında birləşmək, futbolçulara inanmaq, məşqçiyə dəstək olmaq lazımdı. Kosovo – Azərbaycan matçı sıradan bir oyundu, eyni zamanda bizim kimi ölkələr üçün qısamüddətli, süni həyəcan yaradan yarışın vacib görüşüdü. Hətta qələbə bizə nə verəcək?
 
Heç nə! Qrup liderliyi sadəcə, virusa yoluxmuş futbol təsərrüfatımızın eybəcərliyi üzərinə çəkilən pərdə olacaq. Üstü bəzək, altı təzək misalı. Davamı gəlməyəcəksə, məqsədyönlü siyasətin məntiqli sonluğu olmayacaqsa, nə fayda? Bizə Priştinada meydanda qazanılacaq qələbədən çox, hamını ayıldacaq partlayış üçün qığılcım lazımdı.
 
AĞA

 
tarix: 20-11-2018 09:00


 
Xəbər lenti
23.04.2019

01:10   “Çelsi” doğma meydanda xal itirdi

00:25   Hərəyə 1 qol, 1 xal

22.04.2019

23:15  “Beşiktaş”dan çətin qələbə

22:56  “Napoli” doğma meydanda uduzdu

20:10  “Neftçi”də ciddi itki: mövsümü bitirdi

19:48  Premyer Liqada son 10 ilin ən yaxşı göstəricisi

18:00  Ayxan Abbasov: “Ayrılmaq istəyim nəticələrə görə deyildi”

17:25  Region Liqasında ilk finalçı bəlli oldu

16:51  Braziliyalı futbolçudan 39-cu çempionluq

16:14  Yarımfinalı buraxacaq 3 futbolçu

15:59  Nəbiyevdən Çexiyada dubl, “Slaviya”dan darmadağın

15:29  Rəşad Qasımov məhkəmədə ifadə verdi

14:43  “Sabah”ın ulduzları” Madridə gedir: ÇL-in finalı da onları gözləyir

14:17  Modriçdən “Real”da yubiley matçı

13:57  “Azərbaycan bir ölkə kimi hər zaman mənim bir hissəm, parçam olub”

13:15  Yarımfinal rəqəmlərin gözü ilə

13:00  Biabırçı statistika: AFFA-ya təklifimiz var

12:54  Braziliyada da çempion bəlli oldu

12:37  Millimiz Qazaxıstan və Belarusla qarşılaşacaq

12:10  İlk dubl və 10-cu qol

11:51  Mbappe ölkə tarixinə düşdü

11:32  Yunanıstanda çempion bəlli oldu

11:18  “Qəbələ” - “Qarabağ” matçının hakimləri açıqlandı

11:00  Biabırçı statistika: əcnəbilər üçün “qocalar evi”

10:44  Rizvanov üçün 34 dəqiqə və darmadağın

10:20  Eratın komandasından daha bir qələbə

10:00  Millimizin sabiq futbolçusu döyüldü

09:42  Ufuk Budak üçün 90 dəqiqə və 3 xal

09:21  Ayaz Quliyev qol vurdu, “Spartak”...

09:00  Biabırçı statistika: veteranlar Premyer Liqası

01:10  PSJ - çempion!

00:45  “Real”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az