(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
UEFA-dan yeni siqnallar: “Səbail” də qumara qurşanıb?

UEFA-dan yeni siqnallar: “Səbail” də qumara qurşanıb?

AFFA danışılmış oyunlarla bağlı yeni qərarlar qəbul edə bilər. I divizionda qumarı azaltmaq mümkün olsa da, virus tam təmizlənməyib. UEFA-dan gələn siqnallar yenə davam edir və kifayət qədər ciddidi.

Futbolinfo.az yaxınlarda şübhəli bildiyi oyunların siyahısını açıqlamışdı. Qitə futbol qurumundan gələn məktublarda da həmin matçlar yer alıb. Qurum rəsmiləri KİV-də bunu etiraf etmişdi. Bu üzdən AFFA tezliklə müəyyən addımlar atmağa məcburdu. Bəzi futbolçu və komandalar haqda ölçü götürülməsi mümkündü.

AFFA elita klublarının əvəzedici komandalarını diviziona göndərməklə bu yarışda müsbət irəliləyiş əldə etməyə çalışırdı. Belə ki, qumara qurşanmış bəzi veteranları futboldan kənar saxlamağa, bununla da müəyyən təmizləməyə cəhd edildi. Bəli, bəzi irəliləyişlər əldə olundu, lakin indi də yeni işbazlar üzə çıxıb.

Maraqlıdı ki, hazırda danışılmış oyunlarla daha çox “Səbail”in məşğul olduğu deyilir. Paytaxt klubunun əvəzedicilərinin əksər oyunları şübhə altındadı. Baş məşqçi Elman Sultanovun istefası 2 texniki məğlubiyyətlə əlaqələndirilsə də, sən demə, onun danışılmış oyunlara qurşanan bəzi yetirmələrinin qarşısını ala bilməməsi də həlledici olub.

Ümumiyyətlə, divizionun əvəzedicilər hesabına dəyişdirilməsi çıxış yolu deyilmiş. Yaş limitini də nəzərə alsaq, yarış xeyli “cavanlaşdırılsa” da, bu məqamın özü yeni problemə səbəb olub. Ötən mövsüm U-19 liqasında oynamış xeyli futbolçunun indi burada olması diviziondakı qumarı daha da vüsətləndirib. Çünki U-19 liqası mətbuatda çox qabardılmasa da, danışılmış oyunlara burada daha çox rast gəlinirdi və gəlinir. Xarici kontorların ciddi nüfuz etdiyi bu yarış hazırda da əsas diqqət obyekti olmalıdı. Liqanın əksər matçlarına canlı “stavka” etmək mümkündü.

Qumarın “Səbail”ə ayaq açması da buradan qaynaqlanır və bildiyimizə görə, klubda bu məsələ ilə bağlı olan şəxslər var. Onları tapmaq, izlərinə düşmək AFFA-nın işidi. UEFA-dan konkret siyahılar göndərildiyini nəzərə alsaq, araşdırmaq da çətin olmamalıdı. “Ağsu”, “Turan Tovuz” və başqaları xüsusi komissiyanın nəzarətinə götürülməlidi.

CAVAD


 
tarix: 20-11-2018 13:10


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az