(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Gürcüstan – Avropanın 40-cı komandası

Gürcüstan – Avropanın 40-cı komandası

AVRO-2020-nin seçmə mərhələsində çıxış edəcək daha 13 yığmanın püşkatmada hansı səbətdə yer alacağı dəqiqləşib. Buna Millətlər Liqasının VI turunun ikinci oyun gününün qarşılaşmaları səbəb olub.
 
İlk dəfə bu turnirin nəticələrinə görə müəyyənləşən səbətlər dekabrın 2-də keçiriləcək püşkatmada istifadə olunacaq. Avropanın 55 yığması beşində 10, birində 5 komanda olmaqla 6 səbətə bölünür.
 
Artıq bu 55 komandadan 46-nın yeri bəllidi. Dünənki oyunlardan sonra səbəti dəqiqləşən 13 komandadan biri Gürcüstan yığmasıdı. Qonşularımız Azərbaycan millisinin də çıxış etdiyi D liqasının ən yaxşısı kimi 4-cü “onluğ”a düşüb.
 
Qazaxıstanı 2:1 hesabı ilə yenən Gürcüstan xal hesabını 16-ya çatdırıb. Onlar D liqasının heç bir komandasının göstərə bilmədiyi nəticəyə imza atıb. Bu da onlara ümumi sıralamada Avropanın 40-cı komandası hesab olunmağa və liqanın ən yaxşısı kimi yüksək səbətə düşməyə imkan verib.
 
Dünənki görüşlərdən sonra Xorvatiya 1-ci, Çexiya 2-ci, Slovakiya, Norveç 3-cü, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya 5-ci, Andorra, Latviya, Lixtenşteyn 6-cı səbətdəki yerini rəsmiləşib.
 
Artıq 1-ci, 2-ci və 5-ci səbətin 9, 3-cü səbətdə 7, 4-cü səbətdə 8, sonuncudan 4 komanda bəllidi. 1-ci səbətdəki yığmalardan dördü – final mərhələsinin iştirakçısı olacaq Hollandiya, Portuqaliya, İsveçrə və İngiltərə püşkatma zamanı 5 komandalı qrupa düşəcək. Ümumilikdə isə 5 qrupda altı, 5 qrupda isə beş milli yer alacaq.
 
Qeyd edək ki, Azərbaycan yığması püşkatmada 5-ci səbətdə qərarlaşacaq.

 
tarix: 20-11-2018 12:08


 
Xəbər lenti
12.12.2018
11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:30  ÇL: Qrup mərhələsində son tur başlayır - YENİLƏNİR

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az