(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Topaz": Priştina, Qlazqo və Stokholmda final matçları

“Topaz": Priştina, Qlazqo və Stokholmda final matçları

Futbol üzrə milli komandamız bu axşam tarixinin ən vacib oyunlarından birinə çıxacaq.  UEFA Millətlər Liqasında səfərdə Kosova ilə qarşılaşacaq yığmamız üçün oyunun nəticəsi hava-su kimi əhəmiyyətlidir. Millimiz qalib gələcəyi halda qrup qalibi olacaq, həm də gələn il keçiriləcək yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə isə Kosova millisini pley-offa çıxaracaq. Vaciq oyun ərəfəsində komandamızın heyətində bir dəyişiklik var. Qapıda zədəli Kamran Ağayevi "Neftçi"nin qolkiperi Səlahət Ağayev əvəzləyəcək. Pavel Paşayevin oynayacağına isə matça az qalmış qərar veriləcək. Azərbaycan üçün taleyüklü bu qarşılaşma saat 23:45-də başlayacaq. Görüşü farnsalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da həm canlı, həm də "təkli" mərc etmək olar. Əmsallar: Kosovanın qələbəsi 1.75, heç-heçə 3.30, Azərbaycanın qələbəsi 4.55.
 
Kosova - Azərbaycan matçı ilə yanaşı, "Topaz"ın bugünkü proqramında 14 "təkli" oyun yer alıb. Canlı mərc edə biləcəyiniz görüşlərin sayı isə 30-dur. Ümumilikdə "Topaz" bu gün öz müştərilərinə mərc etmək üçün 80 matç təklif edir. Onların arasında bizim yığmanın oyunundan başqa Millətlər Liqasının həlledici xarakter daşıyan daha 2 dueli də var. B divizionunun 2-ci qrupunda İsveç yığması Rusiyanı qəbul edəcək. 3 oyundan 7 xalı olan şimal qonşumuzu bu görüşdə heç-heçə də qane edir. Hesabında 4 xalı olan İsveç millisinə isə yalnız qələbə lazımdır. Bu komandalar arasında indiyədək keçirilən 6 oyundan yalnız birində skandinavlar qalib gəlib. Bu da 1994-cü iln dünya çempionatında baş verib. Qalan 5 matçın 2-sində ruslar güclü olub, 3-ündə isə qalib müəyyənləşməyib. həmçinin bu 5 qarşılaşmanın hamısı "alt" bitib. Görək, bu statistika axşam Stokholmdakı növbəti dueldə də təsdiqini tapacaqmı? "Topaz"da bu matça həm "təkli", həm də canlı mərc edə bilərsiz. Əmsallar: İsveçin qələbəsi 1.80, heç-heçə 3.00, Rusiyanın qələbəsi 3.85.
 
Final xarakterli daha bir oyun C divizionunun 1-ci qrupunda, Qlazqoda keçiriləcək. Hərəyə 6 xal toplamış Şotlandiya ilə İsrailin duelində qalib tərəf qrup lideri kimi növbəti raunda vəsiqə alacaq. Tərəflər arasındakı ilk oyunda İsrail yığması 2:1 hesablı qələbə qazandığından axşamkı görüşdə onları heç-heçə də qane edir. Amma maraqlı odur ki,  bu komandalar heç-heçə sevən deyil. Belə ki, Şotlandiya ardıcıl son 10, İsrail isə 11 matçdır heç-heçə oynamır. Bu seriyanın axşam davam edib-etməyəcəyini qarşılaşma bitincə biləcəyik. "Topaz"ın bu "mini-final" üçün müəyyənləşdirdiyi əmsallar belədir: Şotlandiyanın qələbəsi 1.60, heç-heçə 3.25, İsrailin qələbəsi 4.55.
 
Milli komandalar üçün ilin son böyük futbol gecəsindən "Topaz"la zövq alın. Həyəcan həyəcan qatın, intuisiyanıza güvənin və qazanın.

 
tarix: 20-11-2018 13:22


 
Xəbər lenti
21.02.2019

10:00   “Mançester Siti”dən çətin qələbə - VİDEO

09:41   “Atletiko” “Yuventus”u belə məğlub etdi - VİDEO

09:20   “Sevilya” “Latsio”nu 1/8 finala buraxmadı - VİDEO

09:00   Klublar Komitəsinin sədri kim olsun?

02:12   PSJ 3 xalı 5 qolla qazandı

01:57   MS “Şalke”yə qalib gəldi, “Yuventus” “Atletiko”ya uduzdu

20.02.2019

23:03  Avroliqada ilk 1/8 finalçı bəlli oldu

19:56  “Qarabağ” “Sabah” üçün hazırlığa başladı

18:33  Emil Balayevdən inamlı oyun - VİDEO

18:16  “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu

18:08  Daliç Azərbaycanla oyun üçün heyəti müəyyənləşdirib

17:53  “Sumqayıt”ın üzrxahlığı

17:01  Klublar Komitəsinin iclasının vaxtı açıqlandı

16:41  “İkinci hissədə bir qədər arxayınlaşdıq”

16:11  “Kəpəz”ə gedən yol” təqdim olundu

15:55  Maluda rəsmən İsveçrə klubunda

15:16  Kumanın yeni iş yeri məlum oldu

14:48  “Yuventus”da ciddi itki

13:46  Messi İnyestaya çatdı

13:24  Lisenziyalaşdırma qrupu UEFA seminarında

13:09  Millimizin rəqibi üçün Trinidad Tobaqo

12:42  Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”

12:21  Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”

12:01  “Hələ də şansımız qalır”

11:54  Kovaç heç-heçədən məmnundu

11:47  “Rubin” Balayevə qol vura bilmədi

11:37  Valverde azarkeşlərdən dəstək gözləyir

11:29  Klopp nəticədən razı deyil

11:15  “Səbail”ə gəlmədi, 1 aya 2 klub dəyişdi

11:00  Millimiz Avropa çempionatının sonuncu səbətində

10:48  Saşa Stamenkoviç: “Hər matç bizim üçün vacibdi”

10:43  Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı

10:32  Riberi 100-ə çatdı

10:26  Suares sonuncu dəfə 2015-də qol vurub

10:17  “Yuventus” hücumçusunu satdı

10:03  Alman intizamı, yoxsa PFL Stuxlikin əli ilə “vurulur”?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az