(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Boş ümidlər, gözlənilən sonluq

Boş ümidlər, gözlənilən sonluq

Dünən oyun bitincə Qurban Qurbanov istefa versəydi, təəccüblənməzdim. Elə psixoloji təzyiq altındadı ki, mətbuat konfransında dediklərindən bezdiyi, ümidsiz olduğu hiss edilir. Halbuki istefa verməsi gərəkən o yox, 12 il ərzində heç bir iş görməyən, zibillərini boynuna yıxmaq üçün qurban axtaran AFFA rəhbərliyidi. Qurbanovun bu posta təyinatını təsdiqləyərkən məsuliyyəti üstünə atmağa adam tapdıqları üçün sevinən rəhbərlik…
 
Gözlənilən oldu – bu qrupda Kosovonun favorit olduğunu aylardı yazırdıq. Rəqib oyunçu potensialına görə bizdən qat-qat üstün idi və layiq olduğu qrup birinciliyini qazandı. İstəklərimiz işgörmə qabiliyyətimizdən həmişə yüksəkdə olub, illəri boşa vermişik və indi Qurban bəyin simasında xilaskar axtarırıq. O isə yalnız məşqçidi, sehrbaz deyil, Qarayevi Berişa edib “Latsio”ya göndərə bilməz.
 
0:4 ağır məğlubiyyətdi, indi soyuq başla təkcə bu oyun yox, bütün seçmə mərhələ, hətta AFFA-nın indiki rəhbərliyinin fəaliyyət müddəti təhlil edilməlidi. Qurbanovun da, futbolçuların da günahı var. Evdə 3 oyundan cəmi birini udursansa, qat-qat zəif Maltaya 4 xal bağışlayırsansa, deməli, nələrsə doğru edilməyib və Priştina sadəcə, günahlara görə sorğu-sual edilən məkan idi.
 
Millimiz dünənki matça qətiyyən hazır deyildi. Hələ oyundan öncə futbolçuların gözündən yorğunluq tökülürdü. Komanda psixoloji və fiziki cəhətdən matça hazırlanmamışdı. Start heyəti, oyunun qurulması baxımından da Qurbanov ən doğru seçimi etməmişdi – rəqibə taktiki cəhətdən də uduzduq. Onsuz da 3 gündən 1 oynamağı artıq yük sayan futbolçuları Farer adalarıyla görüşdəki heyətlə meydana buraxmaq yanlış idi. Erkən qol da gəlincə problem qabarıqlığı ilə üzə çıxdı.
 
Əfran İsmayılov meydana çıxarkən Qurban bəyin başını itirdiyinə əmin oldum, bu matç “Sumqayıt”ın yarımmüdafiəçisinin döyüşü olmamalıydı. Ruslan Qurbanovla Mirabdulla Abbasov isə aqressiv və yorğun olan Dmitri Nazarovdan, varlığı ilə yoxluğu bilinməyən Rüfət Dadaşovdan daha faydalı olardı. Bəlkə Emin Mahmudovla, deməli, 2 dayaq yarımmüdafiəçisi ilə oyuna çıxmaq daha məntiqliydi. Bütün bunlar bəlkələrdi, lakin o dəqiqdi ki, 3 gün öncə Bakıda oynamış “11-lik” Kosovoda da oynamaq haqqı qazanmamalıydı.
 
Qurbanov oyunsonrası mətbuat konfransında maraqlı giriş edib: “Məğlubiyyəti gözləyirdim. Çünki bura qələbə üçün gəlmişdik və bizi istənilən nəticənin gözlədiyini bilirdik. Həm ilk, həm də ikinci hissədə eyni ssenari təkrarlandı. Erkən qol buraxmaları futbolçularımıza ağır zərbə oldu. Komandanın gücü tam bilindi. Əfsuslar olsun ki, uduzduq. Kosovoya uğurlar arzulayıram”.
 
Oyunöncəsi baş katib Elxan Məmmədovun “minimum vəzifə qrup liderliyidi” təzyiqindən ilhamlanıb qələbədən dəm vurmaq, rəqibi motivasiya etmək nədi, məğlubiyyəti gözləmək nə? Deməli, səmimilik kölgədə qalır. Komandanın gücü ilə bağlı açıqlamanı isə geridə qalan bir il ərzində demək lazım idi, siçan süddə boğulandan sonra yox. Mətbuat aylardı fəryad edir, bu kadr potensialı ilə böyük hədəflərin mümkünsüz olduğunu yazır, Qurban bəy isə yalnız indi bunu etiraf edir – bütün məsuliyyət boynuna yüklənəndən sonra.
 
Qurbanovu başa düşürük,  ötən 10-12 il ərzində heç bir futbolçunun yetişdirilmədiyini dilə gətirməməklə birgə işlədiyi AFFA rəhbərliyini zərbə altında qoymaq istəmirdi. Lakin onun qoruduqları indi məşqçini hədəfə gətirirlər, bu gün belə açıqlama vermək arxadan atılmış daşdı.
 
“Rəqibin gücü bizdən çox idi. Üstünlük onların tərəfində idi. Ustalıq səviyyəsi və digər komponentlərdə geri qaldıq. Yorğunluq və psixoloji sıxıntı həmişə olur. Rəqib yaxşı komanda idi. Bizim 3 oyunçu dəyişmək imkanımız var idi. Bunu da oyunun gedişində edə bilərdik. Qollar elə vuruldu ki, dəyişikliyə imkan olmadı. Bu halda hansısa dəyişiklik matçın gedişinə təsir etməyəcəkdi”.
 
Doğrusu, bu açıqlamalar da çox yersizdi. Rəqibin gücünü bilirdik və bunu əvvəldən demək lazım idi, möcüzəyə ümid etmək yox. Meydan sahibləri həm də çox ağıllı oynadı, bütün açar futbolçularımıza qarşı fərdi oyun qurub, onları dayandırdılar, boşluqlardan yararlanıb qollar vurdular. Dəyişikliklərlə bağlı açıqlama isə start heyətinin doğru qurulmamasının etirafıdı.
 
Şəxsən mənim üçün gözlənilən sonluq idi. Mümkünsüz bir şeyə ümid edib bir ili boşa verməkdənsə, ilin əvvəindən gələcəyin komandasını qurmaq daha məsləhətli idi. Hələ də gec deyil - U-19-un elit-raunda vəsiqə qazanmasından ilhamlanmaq olar…
 
CAVAD

 
tarix: 21-11-2018 09:00


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az