(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qara Qarayev: “Özümüzə gələndə çox gec idi”

Qara Qarayev: “Özümüzə gələndə çox gec idi”

Milli komandamızın yarımmüdafiəçisi Qara Qarayev Millətlər Liqasının qrup mərhələsinin VI turunda səfərdə Kosovoya 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra brifinq keçirib. 26 yaşlı yarımmüdafiəçi öncə oyun haqqında fikirlərini bölüşüb.
 
- Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi. Qələbədən başqa heç-heçə və bütün məğlubiyyətlər bizi növbəti mərhələdən məhrum edirdi. İkinci dəqiqədə qol buraxmağımız bütün planlarımızı alt-üst etdi. Rəqib daha motivasiyalı oynamağa başladı.
 
- Komanda rəqibin erkən qoluna heç bir reaksiya vermədi. Demək olar ki, ilk hissədə qol epizodları da yarada bilmirdi. Bunu nə ilə əlaqələndirirsiniz?
- Həmin o qoldan sonra Kosovo daha çox qapanmağa başladı. Hesabda da irəlidə idi. Azarkeşlərin önündə daha motivasiyalı oyun sərgiləməyə başladılar. İlk buraxdığımız qol rəqibin daha yaxşı oynamasına gətirib çıxartdı. Biz də konsentrasiyamızı itirdik. Özümüzə gələndə isə artıq çox gec idi.
 
- Rəqibin bəzi futbolçuları aparıcı liqalarda çıxış edir. Bəlkə onlar individual olaraq bizdən güclüdür?
- Danışılacaq heç nə yoxdur. Həqiqətən hər şey göz qabağında idi. Kosovonun oyunçularının xaricdə yaxşı komandada oynadıqları hiss olunurdu. Güclü oyunçulara malikdirlər. Bəlkə də qapımızda erkən qol görməsəydik, fərqli ola bilərdi.
 
- Kosovolu azarkeşlər himnimizi fitə basdılar. Heç bir stadionunda Azərbaycan himni bu qədər fitə basılmayıb. Bu barədə nə deyə bilərsiniz?
- Bu, yaxşı hal deyil. Bakıya gələndə bizim xalqımız onları normal qarşılayıb. Biz siyasi məsələrdən asılı olmayaraq kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz.
 
- Ondan sonra gözləyirdiniz ki, komanda daha aqressiv olacaq? Bu futbolçuları qıcıqlandırdı?
- Bəli. Qıcıqlandırdı. Yenə də təkrar edirəm: qolu çox tez buraxdıq. Biz daha səbrli və sakit oynamaq niyyətində idik. Oyunun sonlarına yaxın şanslar tapıb, onlardan yararlanmaq istəyirdik. Buraxdığımız qoldan sonra sanki hər şeyi itirdik. Heç-heçə də rəqibə sərf edirdi.
 
- Sizin fikrinizcə, yığmanın 4 qol buraxmağı çox deyil?
- Oyunun axırlarında 0:1 və ya 0:4 hesablı məğlubiyyətin heç bir fərqi yoxdur.

 
tarix: 21-11-2018 11:02


 
Xəbər lenti
26.04.2019

01:24   “Real” “Xetafe” səfərindən 1 xalla döndü

00:54   İtaliya kubokunda hər iki finalçı bəlli oldu

25.04.2019

23:06  “Qalatasaray” darmadağınla finalda

21:33  Ramil Şeydayev oynadı, komandası yenə uduzdu

19:33  Millimizin rəqibi yoxlama oyunu keçirəcək

19:00  “Bavariya” rekordunu yenilədi

18:24  “Mançester Siti” və Qvardioladan rekord

17:50  AFFA Gəncə şəhər stadionu ilə bağlı tender elan etdi

17:25  Azərbaycanda işləmiş məşqçidən Ayaz Quliyevə sərt tənqid

16:58  “Zirə”nin beş futbolçusu üçün ilk

16:21  40 il sonra gələn antirekord

15:43  “Üç xal qazana bilsək, bürünc medallara çox yaxınlaşacağıq”

15:26  İlk heç-heçə: 5-ci quru oyun

15:08  İtaliyalı futbolçu “Qarabağ”la oyunu unutmur

14:42  Şimşək çaxdı, oyun təxirə salındı

14:07  “Ayaks” 12 yaşında klubu təhqir edən futbolçunu transfer etdi - VİDEO

13:30  Premyer Liqada mövsümün rəmzi komandası

13:07  HAŞİYƏ: “Vandallar Bakıda tarixi abidəni dağıtdılar”

12:39  Premyer Liqada 26-cı tur rəqəmlərin gözü ilə

12:18  İki ildən sonra: Yenə yarımfinalda

12:01  “Sumqayıt” “20”-yə çatdı

11:54  Qvardiola tələsmir və… qadağa qoyur

11:45  Sulşer rəqibi tərifləyir

11:29  AFFA Region Liqası ilə bağlı qərar verə bilmir – araşdırma gedir

11:01  İtaliyada Bordinə şans vermədilər

10:30  Matç zamanı ağzına arı girdi, xəstəxanalıq oldu - FOTO

10:03  Azər Əliyevin komandası qələbəni əldən verdi

09:54  Lisenziya intizarı: AFFA klubların maliyyə hesabatını gözləyir

09:47  Quluzadənin komandası 4 qola üzüldü

09:21  Paşayev oynadı, komandası qalib gəldi

09:00  “Bakı” ölkədən, FIFA futboldan qovdu – danışılmış oyunlara görə

01:25  “Atletiko” “Barselona”nın çempionluğunu ertələdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az