(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Maksim Medvedev: “Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var”

Maksim Medvedev: “Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var”

Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev Millətlər Liqasının son qrup matçında - Kosovo yığmasına səfərdə 0:4 hesabıyla uduzduğumuz səfər qarşılaşmasından sonra jurnalistlərin suallarını cavablandırıb. Əsas kapitan Kamran Ağayevin yoxluğunda sarğını daşıyan təcrübəli müdafiəçi əvvəlcə məğlubiyyəti şərh edib.
 
- Belə ağır məğlubiyyətə səbəb nə oldu? Niyə 2-ci dəqiqədə buraxdığınız qola cavab verə və sonadək özünüzə gələ bilmədiniz?
- Belə baxanda, matça yaxşı hazırlaşmışdıq. Çox yaxşı əhval-ruhiyyəmiz vardı. Meydana nikbin çıxdıq. Bəli, heç kim gözləmirdi ki, ilk qolu belə tez buraxacağıq. Yenə də öz səhvimizdən qapımızda top gördük. Belə götürəndə, məşqdə belə vəziyyətlər üzərndə işləyirik. Ancaq yenə də hansısa diqqətsizlik bizi pis vəziyyətə qoyur. Çox erkən qol buraxmağımız rəqibə döyüşkən əhval-ruhiyyə verdi. Onlar bizə 2-ci qolu vurmağı daha böyük istəklə arzulayırdılar. Sonda buna artıqlaması ilə nail oldular.
 
- Buna necə hazır deyildiniz? Axı, bu, gözlənilən ssenarilərdən biri idi ki, Kosovo birinci qol vura bilər...
- Əlbəttə, hər şeyə hazır idik. Təəssüf ki, futbolçularda bu gün diqqətsizlik, az konsentrasiya vardı. Bu, bir səbəbdir. İkinci, baş məşqçinin göstərişlərini tam yerinə yetirə bilmədik. Üçüncü də 60-cı dəqiqədən sonra komandanın necə yorğun olduğu görünürdü. Nəticədə kosovolulara heç cavab verə bilmirdik. Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var və meydanda açıq futbol getməyə başladı. Onu demək olar ki, Kosovo bu gün çox yaxşı idi.
 
- Açığı, rəqibin yüksək pressinqinə tam gətirə bilmirdik. Sanki buna hazır deyildik. Halbuki, Maltayla oyunda bunu edə bildiklərini göstərmişdilər...
- Bunu təhlil etmişdik və bilirdik. Özümüz də yüksək pressinq etmək istəyirdik, onlar da. Bizim futbolçuları dərhal bağlayırdılar və ona görə risk edə, mərkəzə ötürmələr verə bilmirdik. Bu üzdən daim topu irəli çıxarırdıq ki, bu da oyunumuzu "sındırırdı". Biz də yüksək pressqinlə onların oyununu "sındırmağa" çalışırdıq, ancaq fərdi keyfiyyətlərdə görünürdü ki, rəqib yaxşı hazırlaşıb. Futbolçularının fərdi oyun keyfiyyətlərinin yüksək olduğunu gördük. Buna görə nə deyəsən?
 
- Belə demək olar ki, həlledici amil rəqibin fərdi planda bizdən sadəcə, güclü olması idi? Ayrı-ayrılıqda futbolçuları götürsək...
- Deyə bilmərəm ki, onlar güclüdürlər. Sadəcə, bu gün o komandada hər şey alınırdı, bizdə isə hücumların çoxunu yekunlaşdıra, sakitcə onların qapısına çata bilmirdik. Necə ki, Farer adalarıyla matçda bunu etmişdik. Başlıca problemi bunda görürəm.

 
tarix: 21-11-2018 11:32


 
Xəbər lenti
21.08.2019

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az