(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
20 ildi uduzduğumuz oyun

20 ildi uduzduğumuz oyun

Bəzən stadionda 50 min adam olsa da, hər hansı ciddi ajiotaj hiss olunmur. Çünki bu sayın böyük əksəriyyəti üçün futbol sadəcə, istirahət, stressdən, yorğunluqdan can qurtarmaq vasitəsidi. Amma 15 min insan elə ajiotaj yaradır ki, ayaqların əsir. Onlar təkcə futbol barədə düşünmürlər, öz vətənlərinini, millətlərini daim ürək döyüntüsündə hiss edirlər, qələbəni ruhən, dırnaqlarının ucuna qədər arzulayırlar. Priştinanın mərkəzi stadionuna toplaşan kosovolular belələrindən idi...

Dünən millimiz həqiqətən də  soyuq burulğana düşdü. Artıq ikinci dəqiqədə qapımızda qol gördük, nəticə və sonluq isə hər kəsə məlumdur. Dövlət kimi tanımadığımız Kosovo bizi futbol xəritəsinin 4 tərəfindən sildi. 
Həqiqətən də çətin, məşum bir gecə idi. Milyonları təmsil edən seçilmişlər, cəngavər gözü ilə baxdıqlarımız çox aciz idilər.

Sözsüz, bizim üçün erkən final idi. Süni istək ajiotajı yaradılmışdı. Düşünülürdü ki, futbolçuların istəkli olması bütün problemi həll edə bilər. Bəlkə də həyat arzulardan, istəklərdən ibarətdir. Amma biz reallıqlarla birgə addımlayırıq, reallıqları hər an hiss edirik.

Dünən Kosovoya 0:4 hesabı ilə məğlub olmağımız şəxslərin adına yazılmamalıdır. Biz sistemsizlikdən, daxili parçalanmadan, milli komandanın mübarizə müstəvisi olmasından əziyyət çəkirik. Azərbaycan futbolu Kosovoya təkcə dünən uduzmadı, 20 ildi uduza-uduza gəlir.

Niyə?

1. Biz işıq gələn bütün pəncərələrin qarşısını kəsib, işıqlı bir otaq istəyirik. Gəncədə, Tovuzda, İmişlidə, Mingəçevirdə, Masallıda, Lənkəranda futbolun kökünü kəsib, çempionatı Bakı buxtasına yığmışıq. Futbolçu-işçi heyəti azarkeş sayından çox olan, konkret maraqlara xidmət edən klubcuqlar yaratmışıq. Bununla hansı inkişafdan, mübarizədən danışmaq olar?

2. Azərbaycan futboluna pul axın edən zaman 90 faiz şəxs ancaq öz cibini düşündü. Düzgün iş qurulması, akademiyalar yaradılması vacib olan bir dönəmdə Braziliya bazarlarında kofe satanları gətirib, elita klublarına sırıdılar. Ayrılan pulları beləcə havaya sovurdular. Nəticədə lələ köçdü, heç yurdu da qalmadı.

3. Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı imzalandı. 10 ili əhatə edən bir proqram çərçivəsində hansı işlər görüldü? Dövlətin güvəndikləri hansı qlobal yeniliklər elədilər? Futbolu futbolçu oynamalıdı - dövlət proqramı məhz buna xidmət etməli idi. Amma xidmət sahəsi süni yolla dəyişdirildi. Nəticədə futbolçusuz qaldıq.

4. Heyətlərə nəzər salın. Azərbaycan yığmasının heyətində bir neçə nəfər ölkə xaricində oynayan var. Onlar da dünənki milli mübarizənin ən zəifləri idi. Azərbaycanda milyonlar qazanan Almeyda, Nazarov, Paşayev və digər milli mənsubiyyət dərk etməyənlər ancaq mübarizədən ayaq çəkməklə yadda qaldı. Müstəqil Azərbaycan futbol tarixinin Avropada izi olan 1 futbolçusu belə yoxdu, istedadlar düzgün qurulmayan işin nəticəsində beşikdə boğulurlar. Amma Kosovonun heyətindəkilər bir bayraq, bir istək, bir mübarizə altında birləşən və  sıraları  Türkiyədə başlayıb, İngiltərə Premyer Liqasında bitən oyunçular idi. Onlar çətin yol keçiblər, mübarizə aparıblar, Avropa klublarında möhkəmləniblər. Belə qələbələr məhz onların haqqıdır!

5. Futbolçu harda yetişir? Akademiyalarda, aşağı yaş qrupları üzrə liqalarda. Ərazisi çox da böyük olmayan Azərbaycanı qısaca səyahət edin, hər şeyi görəcəksiz. Görəcəksiniz ki, atın qabağına ət, itin qabağına ot atıblar. Harda istedadlar yetişirsə, orada şərait yoxdur, harada ayağı top tutmayanlar varsa orda şərait var. Belə bir sistemsiz mühitdə hansı ümidverici gələcəkdən danışmaq olar? Liqalardan xəbəriniz varmı? Əgər bir liqa yoxdursa, əgər bir liqada texniki məğlubiyyətlərin sayı keçirilən oyunların sayından çoxdursa, hansı mübarizədən danışmaq olar? Sözün bitdiyi məqamdı.

6. Kosovo göstərdi ki, futbolu meydançada, başla maksimum ayaqla oynayırlar. Milli komandanın ətrarfında süni istək formalaşdırmaq və bütün paxırları ört-basdır etməklə iş olmur. İstək bir yerə qədərdir. Əksər mübarizələrin, qələbələrin son cümləsinin altında “səviyyə” adlı bir imza olur. Əgər sənin ustalıq səviyyən yoxdursa, Avropa təcrübən yoxdursa, futbolun inkişafına ayrılan pullar meydançaya yox, mənasız görüşlərə, bahalı otellərə, lazımsız xərclərə, çox mənasız, heç bir əhəmiyyət kəsb etməyən, sadəcə, yaxşı şərabın dadına baxmaq üçün keçirilən tədbirlərə xərclənirsə, futbol monopoliyadısa, biz uğursuzluğa məhkumuq!

7. Sözsüz, hər məğlubiyyətin bir səbəbi, hər uğursuz turnirin müzakirəsi var. Amma bütün bu uğursuzluğu təkcə dünənki oyuna bağlamayaq. Problemlər Lənkəran çökəkliyi qədər dərin, Kəpəz dağı qədər müşkül, Sumqayıt havası qədər qarmaqarışıq, Tovuz qədər uzaq, Səbail, Keşlə, Zirə qədər yaxın və göz önündədi. Amma məlum məsələdir ki, sizə problemlərin həlli yolunu axtarıb tapmaq yox, qurban lazımdı.

FƏRİD


 
tarix: 21-11-2018 14:27


 
Xəbər lenti
17.02.2019

01:41   “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30   “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14   Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55   “Mançester Siti” darmadağınla 1/4 finalda

16.02.2019

23:53  “Leyptsiq”dən səfərdə inamlı qələbə

23:45  “Fənərbaxça” evdə xal itirdi

21:23  “Neftçi”nin futbolçusu “Qəbələ”yə azarkeşlik edəcək

21:22  “Neftçi”də ciddi itki

20:57  Stuxlikin uduzdurduğu “Sumqayıt”

20:48  “Neftçi” belə xal itirdi - VİDEO

20:24  Abbasovun istefa qərarı son anda dəyişdi

20:14  “Onu özüm gətirmişəm, zəif olduğun deyə bilmərəm”

20:02  Roberto Bordin: “2 xal itirdik”

19:48  “Qarabağ”dan yeni endirim

19:23  “Neftçi” Zirədə büdrədi

18:43  “Sumqayıt”dan daha bir transfer - RƏSMİ

18:25  “Keşlə”nin “Sumqayıt” üzərində qələbəsi - VİDEO

17:30  Ayxan Abbasov: “Azarkeşlərə cavab vermək çətindi”

17:18  “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

16:47  “Sumqayıt” “Keşlə”yə məğlub oldu

16:07  “Keşlə” - “Sumqayıt” matçının baş hakimi fasilədə əvəzləndi

15:01  Naninin yeni klubu məlum oldu

13:20  “Səbail”də nigeriyalı forvard - RƏSMİ

13:03  “Neftçi” yeni transferini sifariş etdi

12:42  Premyer Liqa klubunda iki yeni müqavilə

11:07  Kamran Quliyev – “like”?

11:00  “Qarabağ” yenə Miçelsiz hazırlaşır

10:32  Əliyev İspaniya klubu ilə heç-heçəni kənardan izlədi

10:00  Dəniz Yılmaz oynadı, komandası qalib gəldi

09:32  “Traktorsazi”yə 1 qol bəs etdi

09:17  Ziya Əzizovsuz məhsuldar heç-heçə

09:00  Limitlə uyğun gəlməyən legioner bolluğu

02:23  İlk 1/4 finalçı bəlli oldu

02:04  Meydan sahiblərinin günü

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az