(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Təbliğat kampaniyasına qohumlar da qoşuldu

Təbliğat kampaniyasına qohumlar da qoşuldu

Milli komandanın son uğursuzluğu aranı qarışdırıb. Azarkeşlərin narazılığı bir yana, artıq cavabdeh şəxslər arasında da “müharibə” şiddətlənib.

Futbolinfo.az xəbər verir ki, indi AFFA-nın baş katibi Elxan Məmmədovla milli komandanın baş məşqçisi Qurban Qurbanovun xoş olmayan münasibətləri üzə çıxır. Əslində, bu, çoxdan bəlli idi və yalnız indi tərəflər açıq mübarizəyə başlayıb.

Qurbanov hələlik heç bir addım atmır. Həmişə xoşniyyətli olan və təmkinini qoruyan məşqçi sakit dayanıb, hücumlara heç bir reaksiya vermir. O, hətta olanı da demir, illərdi AFFA rəhbərliyinin heç bir iş görmədiyini, bu üzdən kadr ehtiyatının yetərsiz olduğunu qabartmır. Bununla rəhbərliyi pis vəziyyətdə qoymaq, onları ifşa etmək istəməyən Qurbanov zərbələrə sinə gərir.

Qurban bəyi heç vaxt xoşlamayan, yalnız yuxarı səviyyədə göstəriş və təyinat olduğu üçün onunla işləməyə razılaşmış Elxan Məmmədov isə hücumdadı. Zahirdə özünü dost kimi göstərsə də, əslində, pərdə altında oyunlar çevirir.

Məmmədov 12 ildi işlədiyi AFFA-da inkişafa yönəlik heç bir iş görməyib. Qurbanov isə “Qarabağ” rəhbərliyi ilə birləşib, son 5 ildə xəyal etdiyimiz nəticələri qazanıb. Düzgün işin yaxşı nəticəyə səbəb olmasının isbatı baş katibi daha çox narahat edir. 5 ildi “Qarabağ”ın avrokuboklarda daim qruplarda olmasına rəğmən, AFFA bir addım da irəli atmayıb, klub futbolundakı uğurun kölgəsində daldalanıb.

Ölkə rəhbərliyinin bu nəticələri görməsindən, Qurbanovun milliyə də rəhbərlik etməsini məsləhət bilməsindən sonra isə baş katib daha çox narahatdı. O, Qurban bəyin də uğursuz kimi qovulmasını istəyir. Belədə öz səriştəsizliyi aşkara çıxmaz və milli komanda səviyyəsində uğurun mümkünsüzlüyü fikri hakim kəsilər. Bu səbəbdən əlindən çıxmaq üzrə olan milli komandaların məşqçilərini qaralama kampaniyası start götürüb.

Məmmədov hər nə qədər bu məsələdən kənar olduğunu desə də, faktlar fərqli mətləblərdən xəbər verir. Milli komanda ilə daim səfərlərə aparılan bəzi mətbuat orqanlarının davamlı, birmənalı tənqidləri səbəbsiz deyil. Məmmədovun istəyi ilə müstəqil medianın kənarda tutulması, yalnız bir neçə jurnalistin daim səfərlərə aparılmasının məqsədi indi üzə çıxır. Məhz onlar baş katibi yox, məşqçiləri günahkar bilir, ancaq onları tənqid edirlər.

Maraqlıdı ki, tənqidçilər arasında “Sabah”ın Müşahidə Şurasının üzvü Rəhman Hacıyev də var. Halbuki onun AFFA hesabına səfərə çıxması, ümumiyyətlə, absurddu.

Sosial şəbəkədə ən maraqlı paylaşım isə Ayaz Əhmədova məxsusdu. Elxan Məmmədovun bibisi oğlu olduğu deyilən (qohum olduqları dəqiqdi – red.) bu şəxs Mini Futbol Liqasının rəhbəridi və AFFA-nın marketinq sahəsində bir çox işlərin icraçısıdı. Məhz o, baş katibin açıq deyə bilmədiklərini sosial şəbəkədə dilə gətirib. Qohumunu müdafiə edərək, Qurbanovu istefaya səsləyən bu şəxs yəqin ki, dost məclislərinin yekun qərarını paylaşır.

Paylaşımda bir nəfərin “Not Gurban, Elxan Məmmədov out” şərhindən sonra Əhmədov qəzəblənib. O, baş katibi müdafiə edərək bu futbolçuları məşqçinin bir araya gətirdiyini vurğulayıb, hətta milli üzvlərini təhqir edib. Lakin yazmayıb ki, illərdi səviyyəli futbolçular yetişməyibsə, bunun günahkarı papağını günə verən, Məmmədov olub. Baxmayaraq ki, hər cür səlahiyyətə sahibdi və faktiki ölkə futbolunun idarəçisidi.

Statusu bəyənənlər arasında AFFA-da departament rəhbəri olan Kamran Vəliyevin, şərh yazanlar içində digər futbol funksionerlərinin olması faktı da bu insanları baş katibin başçılığı altında birləşməsinin göstəricisidi. Məmmədovun dost-tanışdan, qohumlardan formalaşdırdığı, AFFA büdcəsini talamaqla məşğul olan dəstə indi də ölkə rəhbərliyinin təşəbbüsü ilə təyin olunan məşqçiyə qarşı təbliğala məşğuldular.

Məmmədov gözəl anlayır ki, Qurbanovu indi istefaya göndərə bilməsə, 6 illik müqavilə davam edəcək və qarşıda onun təkbaşına hakimiyyəti zəifləyəcək. Bu səbəbdən təzyiqi davam etdirir. Ciddi araşdırılsa, millinin son oyununda Dmitri Nazarov, Pavel Paşayev və Rüfət Dadaşovdan ibarət legioner üçlüyünün zəif oynamasının da səbəbi tapılar. Bütün qollarda birbaşa günahı olan Pavel, varlığı ilə yoxluğu bilinməyən Rüfət, top itkiləri, oyun intizamını pozması ilə yadda qalan Dmitri yığmaya Məmmədovun dostları tərəfindən gətirilib və onların menecerləri də katibin dostlarıdı. İddia etmirik, amma mümkündü ki, onlara da hansısa tapşırıq verilib və zəif oynamalarının onların milli karyerasına zərər vurmayacağı, gedənin yalnız məşqçi olması barədə zəmanət verilib.

AFFA İcraiyyə Komitəsinin yaxın günlərdə baş tutacaq iclasında bu məsələlərə də diqqət yetirilsə, pis olmaz.

FƏRİD

 


 
tarix: 22-11-2018 13:40


 
Xəbər lenti
21.07.2019

22:35   “Meydandakı mübarizə bizi qane etsə də, səhvlərimiz də var idi”

22:23   Şeydayev 1 hissə oynadı, “Dinamo”...

21:30   Əli oynamadı, “Dauqavpils” darmadağın oldu

20:20   “Sumqayıt”dan Rumıniya klubu ilə məhsuldar heç-heçə

18:43   Emil Balayevli “Tobol” 5 qola üzüldü - VİDEO

17:32   Xudiyevlə Hacıyevə UEFA-dan yeni təyinat

17:00   “Atletiko” braziliyalı ilə rəsmən vidalaşdı

16:30   “Qəbələ” “Feyenoord” və “Olimpiakos”a rəqib ola bilər

16:00   “Qarabağ”la oyuna biletlər bir gündə satıldı

15:27   “Neftçi” “Trabzonspor”la qarşılaşa bilər - Avroliqa

14:18   Emil Balayev baş məşqçisiz qaldı

13:39   “Neftçi” - “Speranta” matçının ən yaxşısı bilindi

13:35   Beyl “Real”dan gedir - Zidan açıqladı

13:00   Millimizin üzvü Avstriya klubunda - FOTO

12:45   “Qəbələ” “Dinamo” ilə oyuna Bakıda hazırlaşır

12:31   “Qəbələ” - “Dinamo” matçında şotlandiyalı hakimlər

12:00   Kökcü Türkiyə millisini seçdi

11:40   “Qəbələ” Avroliqa üçün 26 futbolçu sifariş etdi

11:30   “Roma”dan yeni transfer - RƏSMİ

11:00   Əliyev üçün 58 dəqiqə və 3 xal

10:47   İsrafilovsuz qələbə

10:30   “Traktor” Super Liqa klubuna qalib gəldi

10:00   Nazarov üçün 45 dəqiqə və heç-heçə

09:30   Millimizin futbolçusu İngiltərə klubunda qol hesabını açdı

09:14   Asif Məmmədov klub tapdı

09:00   İbrahimov sistemin təkmilləşməsini gözləyir: “Hələlik markanı yaratmaqla məşğuluq”

00:30   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

20.07.2019

21:00  “Dandalk”ın oyunu təxirə salındı - “Qarabağ”a görə

20:30  Nazarov enerji ilə doludu - “Əsas heyətdə oynamağa layiqəm”

20:00  Azərbaycanlı futbolçuların komandası yenə uduzdu

19:30  “Neftçi”nin rəqibindən çətin qələbə

19:00  Fransada 198 azarkeş saxlanıldı

18:30  “Sumqayıt”ın Türkiyədəki bütün rəqibləri bəlli oldu

18:00  “Qarabağ”la oyunlar üçün 22 futbolçu

17:30  “Qarabağ”ın “Dandalk”la oyunlar üçün heyəti

17:00  O da milli karyerasını başa vurdu

16:30  “Fənərbaxça”nın futbolçusu Belçika klubunda

16:00  “Qarabağ” ÇL-də mərhələ adlaya bilməsə...

15:30  “Qəbələ” ilə oyunlar üçün 24 futbolçu

15:00  “Sumqayıt” “Keşlə”ni 3 qolla yendi

14:30  “Sumqayıt”ın yeni formaları - FOTO

14:00  “Neftçi” də “Spartak” kimi xalq komandası sayılır” - Emin Mahmudov

13:30  "Qarabağ"ın avrokubok təcrübəsi var, amma..."

13:00  “Arsenal” - “Neftçi” matçında albaniyalı hakimlər

12:30  “Qarabağ”ın irlandlarla ilk oyunu polşalı hakimlərə tapşırıldı

12:00  La Liqanı Liqa 1-ə dəyişdi

11:31  Afrika Millətlər kubokunun ən yaxşı futbolçusu açıqlandı

11:00  Paşayevli “Aleksandriya”dan 5 cavabsız qol

10:30  Qrizmannın “Barselona”ya keçidi ilə bağlı araşdırma başladı

10:00  Meksika millisinin üzvü “Ayaks”da

09:30  “Real”ın hücumçusu rəsmən İtaliya klubunda

09:00  Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

00:55  Afrika Millətlər Kubokunun qalibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az