(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Samir Nəsri yenidən yaşıl meydanlarda

Samir Nəsri yenidən yaşıl meydanlarda

Son olaraq Türkiyənin “Antalyaspor” klubunda forma geyinmiş və orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Samir Nəsri yenidən yaşıl meydanlara qayıdıb.

Futbolinfo.az xəbər verir ki, fransız futbolçu “Vest Hem” klubuyla məşqlərə başlayıb. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Uzun müddət futboldan uzaq qalan Nəsrinin “Vest Hem”lə müqavilə imzalayacağı gözlənilir.

Premyer Liqada daha öncə “Arsenal” və “Mançester Siti”də oynayan Nəsri, “şəhərlilər”lə 2 dəfə ölkə çempionluğunu qazanıb.

 


 
tarix: 22-11-2018 15:39


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az