(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Cavad
Natiq Muxtarlı
Tahir Süleymanov
“Mən “İnter”də oynayarkən belə halla rastlaşmışdım”

“Mən “İnter”də oynayarkən belə halla rastlaşmışdım”

“Qəbələ”nin yarımmüdafiəçisi Asif Məmmədovun futbolinfo.az saytına müsahibəsi:

- “Qəbələ” son turda “Qarabağ”a qalib gəldiyi oyunu uduzdu. Həmin oyunu necə şərh edərdin?
- “Qarabağ”la matça yaxşı başlasaq da, 2-ci hissədə erkən qol buraxdıq. Fikrimcə, bu qol komandaya çox pis təsir etdi. Elə hər şey də ordan başladı. Həmin qoldan sonra sanki komanda yavaş-yavaş öz oyununu tamamilə itirdi. 

- Qeyri-sabit çıxışı nə ilə əlaqləndirərsən?
- Təzə heyət, təzə baş məşqçi var. Bizim bir az vaxta ehtiyacımız olduğu görünür. Amma son oyunlarda hardasa özümüzə gəlmişik. Qarşıdakı matçları fikirləşmək, qalib gəlmək lazımdı. Layiq olduğumuz pilləyə qalxacağımıza çox inanıram. 

- İlk pillə ilə aranızda 14 xal fərq var. Heç olmasa ilk “3-lüy”ə düşəcəyinizə inanırsan?
- Mən “İnter”də oynayan vaxt belə halla qarşılaşmışam. Həmin vaxt da hamı deyirdi ki, komanda liqada qalmaq uğrunda mübarizə aparacaq. Amma səhv etmirəmsə, həmin il yuxarı pillələrə qalxdıq. “Qarabağ”la aramızda 2 xal fərqi oldu. Onlar çempion oldu, biz isə gümüş medallara sahib çıxdıq. Halbuki çempionatın startında 7 oyuna 2 xalımız var idi. 

- Komandada ab-hava problemi yoxdu? Uzun illərdi ordasan və hər şeyi görürsən...
- Hər şey əvvəlki kimidi. Ab-hava necə idisə, indi də elədi. Yenə deyirəm ki, yavaş-yavaş komanda düzəlir. Əsas odu ki, ruhdan düşməmişik. Əminəm ki, bu heyətlə irəli gedəcəyik. 

- Fasilədən necə yararlandız?
- Bəzi futbolçularımız müxtəlif milli komandalarda idilər. Amma yenə də yaxşı hazırlıq keçdik. Fasilədən istifadə edib hazırlaşdıq. 

- Son 4 oyunda cəmi 45-50 dəqiqə meydanda olmusan. Bunu nə ilə əlaqələndirirsən?
- Heç bir problem yoxdu. Yəni zədəli deyiləm. Sadəcə, bu, baş məşqçinin qərarıdı. Nə zaman şans versə, meydana çıxmağa hazıram.

CAVAD


 
tarix: 22-11-2018 17:48


 
Xəbər lenti
27.05.2019

00:41   A Seriyasında mövsümə yekun vuruldu

00:25   Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

26.05.2019

22:36  Super Liqada mövsümə yekun vuruldu

20:46  Azər Əliyev üçün son turda 32 dəqiqə

19:28  Səfirlik: “Mxitaryan 3 dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib”

19:18  Ayaz Quliyevin komandası Avropa Liqasında

18:17  Ramil Şeydayev darmadağına üzüldü

17:17  Emil Balayev oynadı, “Tobol” qalib gəldi

16:12  İsrafilov üçün 45 dəqiqə və 1 xal

15:36  Balotelli Fransa klubundan ayrıldı

14:39  TFF prezidentliyinə 5 namizəd

14:06  “Qalatasaray”da ilk ayrılıq - RƏSMİ

13:33  “Barselona” finalda belə uduzdu - VİDEO

13:02  Bakı finalı: milyardların mübarizəsi

12:30  “Bavariya” darmadağınla kubok qazandı - VİDEO

11:31  “Qalatasaray”dan Fatih Terimlə yeni müqavilə - RƏSMİ

11:20  Şotlandiya kubokunda 39 qat qalib

11:00  “Qəbələ” heyəti gəncləşdirir: Volkovdan başqa hamı yola salınacaq

10:28  Portuqaliya kubokunun qalibi bəlli oldu

09:30  Amit Quluzadə mövsümün son matçında da oynamadı

01:05  “Napoli” mövsümü məğlubiyyətlə qapadı

00:58  İspaniya kubokunu “Valensiya” qazandı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az