(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Sabah” yeni sponsorla əməkdaşlığa başladı

“Sabah” yeni sponsorla əməkdaşlığa başladı

Bu gün ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Azərbaycan futbolunun gənc üzvlərindən “Sabah” Futbol Klubu arasında sponsorluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Futbolinfo.az xəbər verir ki, müqaviləni "Bank Respublika"nın İdarə Heyətinin sədr müavini Elnur Həsənov və “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov imzalayıb.

Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2018/19 mövsümünün qalan müddətində üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər. Bundan başqa, bank bu müddətdə klubumuzun ev oyunlarını keçirdiyi “Əlincə Arena”da özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov Bankın sosial məsuliyyət layihələrində idmana dəstəyin mühüm yer tutduğunu və layihənin əsas məqsədinin gənc və yeniyetmələri futbola cəlb etməklə futbolun kütləviliyini artırmaq və gəncləri sağlam həyata yönləndirmək olduğunu bildirib.

“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov futbol klublarının inkişafında sponsorların vacibliyini vurğulayıb, bankla birgə həyata keçiriləcək fəaliyyətlərin klubun oyunlarına, o cümlədən ölkə çempionatına olan marağın artmasına səbəb olacağına inandığını qeyd edib.

“Sabah” FK artıq şənbə günü, Topaz Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək “Qarabağ”la matça “Bank Respublika” yazılı forması ilə ilk oyununa çıxacaq.

Bu barədə xəbəri az öncə ilk olaraq "Futbolinfo" paylaşmışdı.


 
tarix: 23-11-2018 12:35


 
Xəbər lenti
20.02.2019

02:51   Çempionlar Liqasında qolsuz gecə

19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

09:14  “Sumqayıt”ın milliləşdirdiyi oyunçu: “Damarlarımda İsrail qanı axır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az