(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Kamran Ağayev Kosovoya niyə getməyib?

Kamran Ağayev Kosovoya niyə getməyib?

Kosovo - Azərbaycan matçının nəticəsinin (0:4) müzakirə olunduğu bir vaxtda başqa iddialar da gündəmdədi. Mətbuatda bəzi oyunuçların bilərəkdən zəif oynaması, baş məşqçi Qurban Qurbanovun istefasına nail olmaq üçün darmadağına çalışılması haqda söz-söhbətlər gəzir.

Futbolinfo.az xəbər verir ki, Dmitri Nazarov, Pavel Paşayev və Rüfət Dadaşovun zəif oyununu onların Riad Rəfiyevin müştəriləri olması ilə bağlayırlar. Əvvəllər milli komandanın meneceri olan, indi “Sumqayıt”ın prezidenti kimi çalışan şəxs sözügedən futbolçuların millimizə gəlişində rol oynayıb. Deyilənlərə inansaq, indinin özündə də milli komandadan aldıqları mükafatın, eləcə də transferləri zamanı əldə etdikləri pulun bir qismi məhz Rəfiyevə çatır. O da bu futbolçuların milliyə çağırılması, oynadılması üçün bütün imkanlardan yararlanır.

Riad bəyin hamisi AFFA-nın baş katibi Elxan Məmmədov olduğundan məsələ başqa səmtə yönəlir. Amma bunlar yalnız söz-söhbətdi, əldə ciddi fakt yoxdu.

Bu məsələdə adı hallanan digər futbolçu Kamran Ağayevdi. “Keşlə”nin qolkiperi Farer adaları ilə Bakıdakı matçda zədələndiyi üçün əvəzlənmiş, sonra ümumiyyətlə, heyətdən çıxarılmışdı. Deyilənlərə inansaq, Kamran Kosovo ilə vacib sınağa bilərəkdən getməyib. Və buna 2 səbəb göstərilir.

Guya ki, MRT müayinəsindən sonra Ağayevdə ciddi problem aşkarlanmayıb. Düzdü, onun ayağında əzilmə var, lakin bu, oynamağına mane olmamalıymış. Milli məşqçiləri də israrla onun düşərgədə qalmasını, matça kimi müalicə edilməsini təklif edib. Hətta Kamrana heyətdə olmasa da, Priştinaya turist kimi yollanmaq, kapitan olduğu üçün komanda yoldaşları ilə bir arada olmaq tövsiyə edilib. Kamran bundan boyun qaçırıb və Bakıda müalicəsini davam etdirib, çempionat matçına kimi sağalmaq istədiyini bildirib.

“Keşlə” ilə əlaqə saxlayıb, futbolçunun vəziyyəti ilə maraqlandıq. Mətbuat ximətindən Ağayevin həqiqətən zədəli olduğu və bu üzdən son məşqləri buraxdığı deyildi. Məşqçilər heyəti də “Qəbələ” ilə oyuna Davud Kərimini hazırlaşdırır, “çərçivə” böyük ehtimalla ona tapşırılacaq.

“Keşlə”dən aldığımız xəbərə inanmaq istəyirik və Kamranın durumuna qarşıdakı tur bir daha aydınlıq gətirəcək. Lakin Ağayevin hətta turist kimi Kosovoya getmək istəməməsinin başqa bir səbəbi də var. Yenə şaiyələrə inansaq, o, bəzi futbolçuların biərəkdən zəif oynayacağından xəbərdar imiş və bu kampaniyadan kənar qalmaq üçün belə edib.

Şaiyələrə yox, reallıqlara inanmaq istəyirik. Ağayev zədəlidi və “Qəbələ”yə qarşı da oynamayacağı gözlənilir. Qalan məsələlərə adı çəkilənlər, bir də zaman aydınlıq gətirməlidi, gətirəcək də…

FƏRİD


 
tarix: 23-11-2018 13:10


 
Xəbər lenti
23.02.2019

14:00   “Qəbələ” “Keşlə”yə qarşı - YENİLƏNİR

13:25   “Neftçi”də yeni müqavilə

11:53   Anatoli Banişevskinin doğum günündən 73 il ötür

11:00   “Mançester Siti”də yeni müqavilə

10:31   “Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu

09:52   “Keşlə”də qızıl alveri?

09:45   “Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

09:42   “Mil-Muğan” qayıdır?

09:30   “Qəbələ”dən 8 cavabsız qol

09:20   Ev sahibləri Bakıda bəlli olacaq

09:00   Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az