(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Slavik Alxasov: “Düzdü, bir az çətinlik çəkirəm”

Slavik Alxasov: “Düzdü, bir az çətinlik çəkirəm”

“Keşlə”nin müdafiəçisi Slavik Alxasovun futbolinfo.az saytına müsahibəsi:

- “Keşlə” son turda nəhayət ki, qalib gələ bildi. Bu qalibiyyət ab-havanı nə qədər dəyişib?
- Çempionatda 2 qələbə qazanmışıq, 3 heç-heçə etmişik. Pis durumda idik. Çünki mövsüm başlayandan “qara zolağ”a düşmüşdük. Tərlan Əhmədov gələndən sonra komandada ab-hava dəyişilib. Düşünürəm ki, artıq yaxşıya doğru irəliləyirik. 

- Mladen Milinkoviçin zamanında daxili ab-hava pis idi?
- Hər məşqçinin öz oyun tərzi var, oyunçularla davranış qaydası var, motivasiya vermək məsələsi var. Mən işlədiyim bütün məşqçilərə hörmətlə yanaşmışam. Onların verdiyi tapşırıqları yerinə yetirməyə çalışmışam. Deyə bilmərəm ki, hansı yaxşı və ya hansı pisdi. 

- Qarşıda “Qəbələ” ilə oyun var. Bilirsən ki, rəqibə də qələbə lazımdı…
- Bəli, “Qəbələ” ilə çətin oyunumuz var. Biz ciddi şəkildə bu qarşılaşmaya hazırlaşmışıq. Bu oyunda rəqib kimi bizə də mütləq 3 xal lazımdı. Əlimizdən gələni edəcəyik ki, oyundan maksimum nəticə ilə ayrılaq. 

- Tərlan Əhmədovun gəlişindən sonra bir çox dəyişikliklər gündəmdədi. Uzun müddətdi heyətdəsən və səncə, hansı dəyişikliklərə ehtiyac var?
- Bizim işimiz məşqçinin dediklərini yerinə yetirməkdi. Futbolçuların bu işə qarışması düzgün deyil. Transfer işləri məşqçilər korpusuna aiddir və görəcəyik ki, gələcəkdə kimlər komandada olacaq. 

- Son zamanlar “Keşlə”də müdafiədən fərqli mövqelərdə çıxış edirsən. İrəli xətdə oynamaq problem deyil?
- Məşqçi mənə harda oynamağı məsləhət görsə, orda canla-başla hazıram ki, meydanda gücümü göstərim. Əsas odu ki, komandaya xeyri dəysin. Hansı mövqedə oynamağımın bir o qədər də önəmi yoxdu. 

- Amma daim çıxış etdiyin mövqedən fərqli oynamaq sənə mütləq çətinlik yaradacaq...
- Əlbəttə, bir az çətinlik çəkirəm. İstənilən halda çətinlik olacaq. Çünki mənim üçün yeni mövqedi. Yarımmüdafiədə və hücumda oynamaq müdafiədəki qədər mənə rahat olmayacaq.

- Çempionatda birincilik mübarizəsində kimlərin olacağı müəyyən qədər bəllidi. Avrokuboklar uğrunda səncə, hansı komandalar döyüşəcək?
- Hələ ki, birinciliyə yaxın “Qarabağ”, “Neftçi” və “Səbail”di. İndiki halda demək olmaz ki, kim dəqiq çempion olacaq. Çünki çempionatın ilk yarısı hələ bitməyib. İkinci yarısı da var. Avrokuboklara gəlincə, bütün komandalar ora iddialıdı və hər cür situasiya mümkündü. 

- Milli komandanın Kosovoya 0:4 hesablı məğlubiyyəti haqqında nə fikirləşirsən?
- Vallah, nə deyim, bilmirəm. Səbəbini də heç kim bilmir. Amma indiki halda komandaya dəstək olmaq lazımdı. Çətin günlərdə azarkeşlər komandanın yanında olmalıdı. Bu məğlubiyyətlər azarkeşlər kimi futbolçuları da çox üzüb. Bizim də çətin günlərimiz oldu, irəli baxdıq və indi onlar da eynilə irəli baxmalıdılar. Hər kəs də bir şəkildə dəstəyini göstərməlidi. 

- Son oyunlara Qurban Qurbanovdan dəvət gözləyirdin?
- İnşallah, qarşıdakı toplanışlara çağırılaram. Özümüzə inanmaq lazımdı.

AĞA


 
tarix: 23-11-2018 15:00


 
Xəbər lenti
05.12.2019

19:33   “Liverpul” rekordunu yenilədi

19:05   Premyer Liqada ilin son turu rəqəmlərin gözü ilə

18:31   “Payız turniri”nin qalibi bəlli oldu

18:03   AFFA Həmkarlar İttifaqı Lənkəranı da “tutdu”

18:00   İspaniya superkubokunun təqvimi açıqlandı

17:37   Milli komandada baş məşqçi ayrılığı

17:15   Bir oyun, üç debüt

16:51   Qadze arxayınlığın qurbanı olduqlarını düşünür: “Ona görə cəzalandırıldıq”

16:36   İran yığmasının baş məşqçisi istefa verdi

16:14   Şenol Günəş Bakıda - FOTO

15:53   1/4 final mərhələsinin oyun cədvəli açıqlandı

15:34   “Qarabağ”ın futbolçuları tələbələrlə görüşdülər - FOTOLAR

15:16   “Zirə”nin ən böyükhesablı qələbəsi

14:54   “Azərbaycanda oynayacağımız matçlarda ev sahibi kimi olacağıq”

14:32   “Yuventus”un futbolçusu 3 ay oynamayacaq

14:11   Birinci Divizion: 13-cü turun hakimləri bilindi

13:54   Premyer Liqada 14-cü turun hakim təyinatları açıqlandı

13:36   “Roma”da “İnter”lə oyundan əvvəl ciddi itkilər

13:00   Kataloniyanın ən yaxşı futbolçusu

12:32   “Keşlə” 100-ü yarıladı

12:15   Millimizin üzvü həbs oluna bilər

12:03   Azərbaycan yığması Millətlər Liqasında sonuncu səbətdə

11:51   “Sabah” rekordunu təkrarladı

11:47   Ponomaryov tənqid etdi: "Mançester Yunayted" məktəbi. Hə, nə olsun?

11:35   Prosineçkiyə dönüş yersiz vaxt və maliyyə itkisidi

11:14   Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

10:52   “Fənərbaxça”da Mozes şoku

10:30   Təbriz klubu səfərdən 1 xalla döndü

10:12   Bülənt Korkmaz: “Bakıda evdəymiş kimi oynayaçağıq”

10:00   Super Liqa klubunda yeni baş məşqçi

09:30   Millimizin üzvü İngiltərə Futbol Liqası ilə vidalaşdı

09:00   “Qəbələ”nin Qisməti: “Kubokda qalib olmaq istəyirik”

02:11   MY Mourinyonu üzdü, “Liverpul” derbidə darmadağına sevindi

02:00   PSJ-dən inamlı qələbə

04.12.2019

23:47  “Qalatasaray”dan gözlənilməz məğlubiyyət

21:52  Tahir Süleymanov: “Qəbələ” xilas edilməlidi”

20:38  AÇ-2020-nin biletləri satışa çıxarıldı

20:18  “Sumqayıt” “Zaqatala” səddini belə keçdi - VİDEO

19:53  Ayxan Abbasov: “Əsas məqsədimiz turu keçmək idi”

19:39  “Sabah” 5 cavabsız qolla 1/4 finalda - VİDEO

19:03  1/4 finalın cütləri bəlli oldu

18:53  “Sumqayıt”, “Sabah” və “Zirə” 1/4 finalda

18:34  Millimiz Monteneqroya qalib gəldi

18:23  Elxan Məmmədov İcraiyyə Komitəsinə hesabat verdi

18:14  “Zirə”də yeni rekordçu

17:30  Jelko Sopiç: “Belə oyun görmək istəmirəm”

17:19  Zaur Həşimov: “İlk qola qədər psixoloji gərginlik var idi”

17:12  Şenol Günəş: “Bakıda Azərbaycanı və Türkiyəni təmsil edəcəyik”

16:54  “Zirə” darmadağınla 1/4 finalda - VİDEO

16:35  “Yuventus”un futbolçusu əməliyyat olunacaq

16:17  İbrahimoviç: “Tezliklə İtaliyada görüşərik”

15:47  “Atletiko” alman futbolçu ilə anlaşdı

15:29  “Napoli” qovur, PSJ istəyir

15:01  “Mançester Yunayted”də ciddi itkilər

14:34  “Barselona”nın sabiq üzvü karyerasını başa vurdu

14:16  Hakimləri söyən məşqçilərə sərt cəzalar

14:03  Səhv diaqnoza görə futboldan uzaq qalan Elnur: “Bu legionerlər qapıdan içəri girə bilmirdi”

13:46  Mahmud Qurbanova 5 oyunluq cəza

13:33  Bordin cəzalı duruma düşdü

13:11  Amerika kubokunun püşkü atıldı

12:54  Asiyanın ən yaxşı futbolçusu bəlli oldu

12:33  Millimizin rəqiblərindən biri uduzdu, digəri uddu

12:10  “Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi” – UEFA-nın prezidenti

11:51  Yuri Vernidub “Sabah”la niyə anlaşmayıb?

bütün xəbərlər >>>

Ən çox oxunan
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az