(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Qarabağ” xal itirdi, “Qəbələ” qalib gəldi

“Qarabağ” xal itirdi, “Qəbələ” qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Öncə autsayderlər qrupunda qərarlaşmış “Keşlə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Birinci dövrədə heç-heçəyə razılaşan (1:1) bu komandaların bu dəfə hansı nəticəyə imza atacağı maraq doğururdu. Bu oyunda isə bölgə təmsilçisi çətinliklə də olsa, 3 xala sahib çıxıb.

Günün digər matçı isə son çempion “Qarabağ”la mövsümün debütantı “Sabah” arasında baş tutub. Ağdam klubu ilk dövrədə 2 cavabsız qolla məğlub etdiyi bu rəqibinə yenə xal verməmək fikrində idi. Amma rəqibin də ən azı heç-heçəyə çalışacağı şübhəsiz idi. Belə də olub. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

Topaz Premyer Liqası
12-ci tur

24 noyabr

Keşlə - Qəbələ 1:2
Qol: A.Yunanov, 38 - C.Adeniyi, 17. V.Stankoviç, 20.
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu.
Bakı. “ASK Arena”, 16:30.

Keşlə: 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 17. Samir Məsimov, 9. Amil Yunanov, 14. Andre Klennon.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 11. Bahodir Nasimov, 7. Vaqif Cavadov, 80. Diallo Quydileye, 21. Herve Tçami, 31. Georgios Georgiadis, 94. Seymur Əsədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev.
Baş məşqçi: Sənan Qurbanov.

Qarabağ - Sabah 1:1
Qol: Y.Jezniçak, 45+1 - E.Nəbiyev, 44.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.

Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Markos Madera (k), 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov, 
14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 32. Elvin Yunuszadə, 11. Elgün Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 7. Vitali Kvaşuk, 33. Eltun Turabov, 2. Ülvi İbazadə, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.

Turun qalan iki oyunu sabah baş tutacaq: Zirə - Sumqayıt, Səbail - Neftçi.


 
tarix: 24-11-2018 20:55


 
Xəbər lenti
18.02.2019
17.02.2019

23:30  “Borussiya” “Ayntraxt”la heç-heçəyə razılaşdı

22:07  Daha üç komanda 1/4 finalda

21:04  40-cı heç-heçə

20:32  “Qəbələ” “Qarabağ”la yenə bacarmadı - VİDEO

20:01  Qurban Qurbanovdan “Qəbələ”yə tərif

19:48  “Məğlub olsaq da, futbolçularımı təbrik etdim”

19:22  “Qarabağ” “Neftçi” ilə xal fərqini minimuma endirdi

18:37  “Sabah” “Səbail”ə belə uduzdu - VİDEO

17:52  “Matçın gedişində söyüşə qətiyyən yol vermək olmaz”

17:34  Elşad Əhmədov: “Alınsa, yeni transfer edəcəyik”

16:58  “Səbail” “Sabah”ı məğlub yola saldı

15:42  Bundesliqada yeni rekord

14:01  “Zirə”də 25-ci ölkə təmsilçisi

13:09  İsrafilovlu “Alkorkon” yenə uduzdu

12:08  “Qəbələ”nin sabiq forvardı “Şaxtyor”da

11:18  Ufuk Budak oynamadı, komandası uduzdu

10:26  Dmitri Nazarov qələbəni kənardan izlədi

09:31  Rüfət Dadaşov üçün 8 dəqiqə və 1 xal

01:41  “Barselona” və “Atletiko”ya 1 qol bəs etdi

01:30  “Milan” “Atalanta”ya səfərdə qalib gəldi

01:14  Meydan sahibləri üçün növbəti uğurlu gün

00:55  “Mançester Siti” darmadağınla 1/4 finalda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az