(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Balıq başından, federasiya baş katibindən iylənir!

Balıq başından, federasiya baş katibindən iylənir!

Millətlər Liqasının D Liqasında qrup qalibi olan yığmaların federasiyalarına nəzər salaq. Görək, uğur qazanan ölkələrdə əsas söz sahibi kimdi, bizdə kim? Araşdırma zamanı ortaya çıxan ümumi mənzərə reallığı çılpaqlığı ilə ortaya qoyur.
 
Gürcüstan Futbol Federasiyasının baş katibi: David Muciri – 1998-ci ildə ölkəsində ilin futbolçusu seçilib. 14 il legioner həyatı yaşayıb. 2012-ci ildə peşəkar futbolçu karyerasını başa vurub, məşqçi, idman direktoru kimi çalışdıqdan sonra baş katib seçilib.
 
Makedoniya Futbol Federasiyasının baş katibi: Filip Popovski – İdarəetmə sahəsində təhsil alıb. 23 yaşında federasiyada işləməyə başlayıb. 6 il klublara lisenziya vermə komitəsində köməkçi, daha sonra departamentdə lisenziya təminatçısı kimi fəaliyyət göstərib. 2008-ci ildə UEFA-nın futbol idarəetməsi üzrə ən yüksək rəsmi diplomunu alıb. UEFA-nın analoji sahədə verdiyi təhsilin birinci ilinin məzunlarındandı. Makedoniya Futbol federasiyasında 15 illik fəaliyyətdən sonra (!) ötən ilin dekabrında baş katib seçilib. “Futbol dəlisi” hesab olunur.
 
Belarus Futbol federasiyasının baş katibi: Yuri Verqeyçik – illərlə öz ölkəsində, Belçika və Almaniyada futbolçu kimi çıxış edib. 18 il “Şaxtyor Soliqorsk” klubunda köməkçi-məşqçi, baş məşqçi, idman direktoru kimi fəaliyyət göstərdikdən sonra bu posta gətirilib.
 
Kosovo Futbol Federasiyasının baş katibi: Erol Salihu – Yuqoslaviya dağıldıqdan sonra keçirilən Kosovo çempionatları tarixində ilk qolun müəllifi. İllərlə Almaniya və Türkiyədə legioner həyatı yaşayıb, peşəkar futbolçu karyerasını 38 yaşında başa vurub. Azərbaycan çempionatları tarixinin ilk qolunu vuran Mehman Alışanov isə Mingəçevirdə balıq tutur.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibi: Elxan Məmmədov – 11 ildi postundadı. Futbolla yaxından-uzaqdan əlaqəsi yoxdu. Vəzifəyə “atılmamışdan” əvvəl heç bir futbol fəaliyyəti olmayıb (heç indi də yoxdu). “Natavan Residence”də direktor köməkçisi olub. Kosmetik məmulatların satışı sahəsində gözəl təcrübəsi olsa da, daha həyəcanlı mövqeyə – baş katibliyə gəlib. Məmmədovun arxivində futbol yox, biznes var. Bəlkə, elə buna görə də hər il AFFA-ya ayrılan 30 milyon manata yaxın vəsait Mərdəkandakı villasına (!) yox, UEFA adıyla ilin yarısından çoxunu keçirdiyi xarici ölkələrdəki biznesinə yönəldilir. Klubları AFFA-dan asılı salmaqla pul maxinasiyasının həcmini genişləndirən “qəhrəman”ımız ölkə rəhbərliyi tərəfindən milli komandaya gətirilmiş Qurban Qurbanova da quyu qazır. Çünki Qurbanov biznes adamı deyil, futbol adamıdı. Sanki baş katibimiz futbol sahəsinə yox, bazara gəlib. Qınamalı deyil, bu insanın təhsili biznesdi, hər şeyi biznes kimi görür. Məhşurlardan birinin dediyi kimi: “Əlində çəkic varsa, hər şey sənə mismar kimi görünəcək. Mismarı başdan əyri vuran adamın, konkretləşdirsək, Elxan Məmmədovun əlindən çəkic artıq alınmalıdı. (Futbolpress.az)


 
tarix: 25-11-2018 11:47


 
Xəbər lenti
23.02.2019

14:00   “Qəbələ” “Keşlə”yə qarşı - YENİLƏNİR

13:25   “Neftçi”də yeni müqavilə

11:53   Anatoli Banişevskinin doğum günündən 73 il ötür

11:00   “Mançester Siti”də yeni müqavilə

10:31   “Fənərbaxça”nın futbolçusu milli karyerasını başa vurdu

09:52   “Keşlə”də qızıl alveri?

09:45   “Qarabağ” “Sabah”la üz-üzə - YENİLƏNİR

09:42   “Mil-Muğan” qayıdır?

09:30   “Qəbələ”dən 8 cavabsız qol

09:20   Ev sahibləri Bakıda bəlli olacaq

09:00   Axundovla məhv olan futzal: milliləşənlər getdi, real mənzərə üzə çıxdı

02:11   “Sent-Etyen” qalib gəldi, “Lill” xal itirdi

01:55   “Espanyol” autsayderlə “sülh bağladı”

01:46   “Uotford”dan səfərdə, “Vest Hem”dən evdə inamlı qələbə

01:31   Hərəyə 1 qol, 1 xal

01:22   “Milan”dan darmadağın

00:14   “Trabzonspor”la “Rizəspor” 3 xalı 3 qolla qazandı

22.02.2019

23:12  Azərbaycanlı futbolçu Bosniya və Herseqovina klubunda! - RƏSMİ

21:01  “Qəbələ”dən məktəblilərlə növbəti görüş

20:53  “Neftçi” “Səbail”lə matça hazırlığı davam etdirir

19:11  Avroliqada həftənin ən yaxşısı bəlli oldu

18:55  Gəncədə olay: futbolçu meydana girməmiş cəzalandı

17:58  Qurban Qurbanov onu da əvəzedici komandaya göndərdi

17:04  “Qarabağ” 3 xalı 3, “Neftçi” 5 qolla qazandı

16:18  Avroliqada 1/8 finalın püşkü atıldı

15:32  ÇL-də həftənin ən yaxşısı bəlli oldu

14:48  FİFA “Çelsi”yə transfer qadağası qoydu

14:25  Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu

14:09  “Fənərbaxça”ya qol vurdu, İranın tarixinə düşdü

13:44  Premyer Liqada 18-ci tur rəqəmlərin gözü ilə

13:05  “Qarabağ”ın təxirə salınmış oyununun vaxtı bilindi

12:53  Stuxlikin mühakiməsi: avstriyalı cərimələrdən xəbərsiz imiş

12:43  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

12:33  “Qarabağ”la “Qəbələ” sədrlikdən yenə imtina etdi

12:25  Aqolli: “Bu komandaya qayıtmaq üçün alışıb-yanmıram”

12:12  Riad Rəfiyev: "Öz səhvlərimizə görə uduzmuşuq"

11:55  Millimizin heyəti açıqlandı

11:42  Millimizin oyunlarının təqvimi açıqlandı

11:31  Klublar Komitəsində yeni sədr

11:23  Ceyms Adeniyi: “Qarabağ”a qol vurmaq şansım yox idi”

11:01  “İnter”dən 4 cavabsız qol - VİDEO

10:42  “Çelsi” də darmadağınla 1/8 finala yüksəldi - VİDEO

10:31  Fellaininin gedişində Mourinyonun rolu

10:17  “VAR-ın öhdəsindən gəldik”

10:00  “Napoli” inamlı qələbə ilə növbəti mərhələdə - VİDEO

09:51  Klublar Komitəsi sədr seçir

09:37  “Ayntraxt” “Şaxtyor”u 4 qolla keçdi - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az