(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Roberto Bordin: “Ciddi məsələ olsaydı, dərhal əvəzləyərdim”

Roberto Bordin: “Ciddi məsələ olsaydı, dərhal əvəzləyərdim”

“Yaxşı oyun göstərmək istəyirdik. Uşaqlar böyük səylər göstərdilər və buna nail olduq. Yaxşı nəticələr göstərən komandaya qarşı səfərdə yaxşı çıxış etdik. Bu da çox xoşdur”.

Futbolinfo.az xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Roberto Bordin səfərdə "Səbail"I 2:0 hesabı ilə məğlub etdikləri Topaz Premyer Liqasının XII matçından sonra mətbuat konfransında deyib.
 
İtaliyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
 
- Heyətdəki itkilərlə bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı kollektivimiz var. Bu da bizim fərqimizi göstərir.

- Dario Frederiko oyunun əvvəllərində iradlarınıza cavab verdi və sonra mövqeyini dəyişdi. Onu cəza gözləyir?
- Bu normal haldır. Oyun vaxtı baş məşqçi oyunçu ilə danışa bilər. Sadəcə, aramızda söhbət oldu. Ciddi məsələ olsaydı, dərhal əvəzləyərdim. Amma Dario 88 dəqiqə meydanda oldu.

- Rəhman Hacıyevin oyunu sizi nə dərəcədə qane etdi?
- Rəhmanın oyunundan tam razıyam. Qol da vura bilərdi, müdafiədən hücuma keçidlərdə böyük rol oynayırdı.

- Qoran Paratski zədəli olmasa belə, Rəhman Hacıyevin daha çox hücuma qoşulmasını gələcəkdə də görəcəyik?
- Çox böyük kollektivimiz var. üstünlüyümüz odur ki, hər an futbolçuları dəyişə bilərik. Baş məşqçi kimi hər dəfə seçim edə bilirəm. Bu gün də belə seçim etdim. Fərqli xarakterli oyunçularımızın olması üstünlüyümüzdür. Turnir cədvəlində öndəyik, vurulan toplarda da.

- Növbəti turda "Sabah"la qarşılaşacaqsınız. Kirilo Petrovun yoxluğu sizə problem yarada bilər?
- Hardan bilirsiniz ki, Petrov oynamayacaq? Bu gün yaxşı oynadıq, növbəti matçı isə bundan sonra düşünəcəyik. Hələ bir həftə vaxtımız var. Hazırlıqlı futbolçularımızı buraxacağıq.

- Ehtiyatda cəmi bir legionerinizin olmasını "Səbail"ə texniki məğlubiyyətdən sığorta kimi qiymətləndirmək olar?
- Bu sualı başa düşmədim. Hamınıza uğurlar arzulayıram (gülür). (sportnet.az)


 
tarix: 25-11-2018 19:47


 
Xəbər lenti
24.04.2019

00:38   Almaniya Kubokunda ilk finalçı bəlli oldu

23.04.2019

21:24  “Sumqayıt”la “Zirə”dən heç-heçə - VİDEO

20:55  “İnanıram və bilirəm ki, əzmkarlıq bizi finala çıxaracaq”

20:50  “Əvvəl də belə oynasaydıq, indi kuboku düşünmürdük”

20:22  “Zirə” ilə “Sumqayıt”dan ilk oyunda heç-heçə

19:50  Moskva “Lokomotiv”indən Azərbaycan millisinə

19:03  Qurban Qurbanov: “Qələbə qazanmağı çox istəsək də, alınmadı”

18:55  Sənan Qurbanov: “İkinci matçda daha yaxşı çıxış etməliyik”

18:42  Erkən finalın ilk pərdəsi: “Qarabağ” 2019-da ilk məğlubiyyətini aldı

18:38  “Qarabağ” “Qəbələ”yə belə uduzdu - VİDEO

18:26  “Neftçi”nin sabiq futbolçusu: “Mərhələni keçsəydik, 21 min dollar qazanacaqdıq”

18:19  Ramin Musayev möcüzə gözləyir

18:09  “Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza

17:53  “Qarabağ” “Qəbələ”dən məğlub qayıdır

16:54  Millidə seks qalmaqalı: Baş məşqçi qovuldu

16:18  Təxirə salınmış oyun üçün hakim təyinatları açıqlandı

15:59  “Kəpəz”in məşqçi və futbolçu heyətindən azarkeşlərlə görüş

15:34  Bundesliqa klubunda yeni baş məşqçi

15:00  “Bizi çempionluqdan cəmi 2 oyun ayırır”

14:26  Millimizin sabiq futbolçusu döyülməsindən danışdı

13:52  AFFA-dan “Keşlə”yə texniki məğlubiyyət

13:31  Bakı finalına doğru: Teleyayımla bağlı işgüzar səfər başlayıb

13:17  25-ci turun ən yaxşısı da “Qarabağ”lı oldu

13:08  “Qarabağ”ın 9 futbolçusu rəmzi komandada - FOTO

12:53  AFFA Divizion klublarını cəzalandırdı

12:37  Aftandil Hacıyevin əvəzinə rus məşqçi?

12:33  Tərlan Əhmədovun cəzası açıqlandı

12:27  Bakı finalına doğru: Kiber Çempionatın iştirakçıları bəlli oldu

12:16  Stuxlik “Neftçi” üzərində təcrübə aparır

11:58  “Çelsi”nin futbolçusu üçün mövsüm bitdi

11:24  Birinci Divizion: 24-cü turun bütün təyinatları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az