(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Saxta görüntü üçün kölgələnmə

Saxta görüntü üçün kölgələnmə

İnsanların haqqına girmək, bədniyyətli olmaq, hamını görməzdən gəlmək, başqasının əsəbləri ilə oynamaq, arxadan zərbə vurmaq, ancaq özünü və bir qrup dost-tanışı düşünmək, layiq olanlara dəyər verməmək, yalnız özünü düşünmək, ayaq altı qazmaq, rəqiblərini bir-birinə qırdırmaq, şəxsi mənfəəti üçün dostunu da ayaq altına almaq, rəhbərinə xəyanət etmək, sənə etibar edilən əmanət pullarla özünə səltənət qurmaq, ancaq yemək, dağıtmaq, istifadə etmək...
 
Elxan Məmmədovu indiyədək bu qədər aciz görməmişdik. Məğlub olduğu anlar çox olub, amma həmişə qılığa girib, saqqız oğurlayıb, vəziyyətdən çıxıb. İndi isə daş qayaya rast gəlib, Qurban Qurbanov gizlicə ayağının altını qazan baş katibi bağışlamır. Bir il ərzində bir neçə dəfə səmimiyyətindən aldadılan, arxasından iş çevirilən yığmanın baş məşqçisi ayılıb. Artıq “dost”unu yaxşı tanıyır...
 
Şənbə günü baş tutan “Qarabağ” – “Sabah” matçından öncə Məmmədov Qurbanovun yanında idi. Təbii ki, məqsədli. Birgəlik jesti etmək, ictimaiyyətə aralarında problem olmadığını nümayiş etdirmək istəyirdi. Süni alındı, saxtalıq dərhal hiss olundu, hətta fotolardan da görünürdü – yox, Qurban bəy baş katibin ürək ovutmağa gəldiyini anlayıb...
 
Hətta Məmmədovun birgə brifinq keçirmək, milli ətrafında hansısa problemin olmaması barədə danışmaq təklifi də havadan asılı qaldı. Qurbanov saxta mehribançılıq nümayişindənsə, təkbaşına mətbuat konfransı keçirməyi üstün tutdu. Və katib oyuna baxmaq üçün yox, başqa məqsədlə gəldiyini gizlətmədi – matça tam baxmadı, erkən getdi...
 
Oyunun AFFA nümayəndəsi əmr quludu, lakin vəzifə səlahiyyətlərinə əməl etsəydi, heç Məmmədovu oyunöncəsi məşqə də buraxmamalıydı. Katib klubun daxili işlərinə niyə qarışsın, onların məşq prosesinə niyə mane olsun? Günahkar kimi ayağa gedibsə də belə, yerini bilməliydi. Əslində, siaysəti, diplomatiyası tam olsaydı, turun hansısa digər matçına baş məşqçi ilə birgə baxmaq, poz vermək daha uğurlu seçim idi. Lakin görünür, Elxan bəy nə üçünsə tələsir...
 
Bu ziyarət istənilən kimi alınmadı. Amma tələsiklik məsləhətdisə, baş katib Qurban bəyi yola gətirib AFFA-da birgə mətbuat konfransı ideyamızı reallaşdırsın. Qoy, bütün həqiqətlər orada açılsın. Bəlkə həqiqətən birgədilər, bəlkə fərqli düşüncələri üzə çıxacaq? Qılıncını boynundan açıb hüzura getməkdənsə, bu, daha məsləhətlidi...
 
Ən azı bu fakt göstərdi ki, Məmmədov 12 illik günahlarının fərqindədi. Ölkə futbolunun inkişafı naminə heç bir iş görməyib, yalnız büdcə dağıdıb. İndi isə o, çoxsaylı qurbanları sırasına daha birini əlavə etmək, öz eyiblərini, bacarıqsızlığını başqasına şələləmək istəyir. Qurbanov isə dürüst, əqidəli biridi, nə kimsənin haqqına girməz, nə də haqqını kimsənin tapdamasına icazə verməz. Məkrli insanlara qarşı isə kini də var. İkisini bağışladı, üçüncüdə haqlı olaraq körpüləri yandırdı...
 
“Qarabağ”ın oyunarının Olimpiya stadionuna hiyləylə salınması, uşaq liqaları ilə bağlı planın baş katibin əlaltıları tərəfindən, onun casusluğu sayəsində rədd edilməsi məsələsində Qurban bəy susdu. Ancaq iş milli komandayla bağlı oynanılan oyuna çatanda əsəblər dözmədi. Həm də aydınlaşdı ki, özünü yalandan “kimlərinsə” adamı kimi reklam edən, hamını məhz bu məqamla qorxudan katibi, sadəcə, “yuxarılar”a yaxşı tanıtmaq lazımdı. Tanıdılar və...
 
Elxan bəydə belə gedişlər tez-tez olur. Onun müstəqil jurnalistlərin üzünə bir çox qapıları bağlamasının arxasında da eyni hiylə var. Dostlarının vasitəsi ilə bizim telekanallara çıxmağımıza qadağa qoyan katib, hamını “SOCAR-dan edilən zəng”lə qorxudur. Əcəba, həmişə dövlətçiliyi dəstəkləyən, dövlətin pulunu dağıdanları ifşa edən bizlər niyə hansısa göstərişlə kənarda saxlanılaq ki? Deməli, yalançı məlumatlandırmalarla çoxlarını inandırmaq mümkün olub, daha bundan sonra olmayacaq...
 
FƏRİD

 
tarix: 26-11-2018 09:00


 
Xəbər lenti
22.08.2019

00:55   “Olimpiakos” “Krasnodar”ı darmadağınla yola saldı

21.08.2019

22:25  “Hiss olunur ki, “Linfild” olduqca istəklidi” - Qurban Qurbanov

21:22  David Hili: “Qarabağ”ın aqressiv olacağını düşünmürəm”

20:20  Maaşının azaldılmasına razı oldu - “Fənərbaxça”da qalmaq üçün

19:44  “Liverpul”un futbolçusu Türkiyə klubunda - RƏSMİ

18:55  “Kəpəz” yeni mövsümə 17 futbolçu ilə başlayır

18:21  Xorvatiyalı futbolçu İtaliyada klubunu dəyişdi

18:00  “Keşlə”də kadr dəyişikliyi

17:45  “Monako”da yeni hücumçu

17:12  “Qarabağ” - “Linfild” matçının biletləri satışda

16:50  Premyer Liqada 2-ci turun hakimləri bəlli oldu

16:36  Paytaxt klubunun zədəli futbolçusu sıraya döndü

16:16  “Qarabağ”la oyunlarda Avropaya yaxşı bir səs salmaq istəyirik”

15:50  I Divizionda mövsümün təqvimi açıqlandı

15:36  Super Liqa klubu milli üzvləri ilə “nikah təzələdi”

15:12  La Liqa klubunda 5 illik müqavilə

14:43  Riberinin yeni klubu rəsmən bəlli oldu

14:26  “İnanıram ki, bu mövsüm komandamız üçün çox uğurlu olacaq”

14:01  “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42  “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25  AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08  Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40  Ayaz Quliyev rəmzi heyətdə

12:21  Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00  AFFA-dan 1 illik müqavilə

11:40  Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21  Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00  DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41  Daha bir türk futbolçu A Seriyasında

10:23  Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00  Paytaxt klubunda daha bir yeni müqavilə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az