(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Traktorsazi” səfərdə xal itirdi

“Traktorsazi” səfərdə xal itirdi

Futbol üzrə İran çempionatında 13-cü turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Təbrizin digər təmsilçisi - “Maşinsazi” isə bu turda “Sepahan”la heç-heçəyə razılaşıb - 1:1.

Hazırda “Traktorsazi” 23 xalla 3-cü pillədə qərarlaşıb. “Maşinsazi” isə 13 xalla 10-cudu.


 
tarix: 26-11-2018 12:00


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az