(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Qarabağ” yanvardan sonra daha güclü olacaq” - Dilan Duventru

“Qarabağ” yanvardan sonra daha güclü olacaq” - Dilan Duventru

“Zirə”nin yarımmüdafiəçisi Dilan Duventrunun futbolinfo.az saytına müsahibəsi
 
- Zədən nə zaman sağalacaq?
- Nə zaman sıraya dönəcəyimi bilmirəm. Ümid edirəm ki, tezliklə məşqlərə qayıdacam.
 
- Növbəti oyunda oynamaq imkanın var?
- Həqiqətən bilmirəm. Tibbi personalımızla birlikdə çalışırıq ki, vəziyyəti düzəldək və daha yaxşı olsun. Amma növbəti oyunda meydana çıxacağımı demək çətindir.
 
- Dünən komandanız uzun müddətdən sonra qələbə qazandı. Mövsümdə ikinci qalibiyyətiniz idi…
- Dünən bizim üçün uğurlu gün oldu. Bu qələbə komandaya çox lazım idi. Fikrimcə, komandamız yaxşı çıxış etdi. Xüsusən ikinci hissədə meydanda ən yaxşı idik. Bu qələbəni haqq edib qazandıq. Bu cür davam etmək lazımdır. Əgər yaxşı çıxışımızı davam etdirsək, qarşıdakı oyunlarda daha  çox xal əldə edəcəyik.
 
- Amma vəziyyət pis olaraq qalır…
- Düzdür, biz sonuncu pillədəyik. Amma futbolda hər şey tezliklə dəyişə bilər. Bunu sonuncu oyunda göstərdik. Vəziyyəti dəyişib komandanı yaxşı yerlərə gətirə biləcəyimizi sübut etdik. Əminəm ki, biz hamımız bunu bacararıq. Əgər buna inanmasaq, oynamamaq daha yaxşıdır.
 
- Vəziyyəti bir az da yaxşıya doğru dəyişmək üçün yeni futbolçulara ehtiyac var?
- Bunu mən deyə bilmərəm. Samir Abasovdan soruşarsınız. Amma düşünürəm ki, yeni futbolçular olsa, bu, əlavə güc, əlavə kömək deməkdir. Belə vəziyyətdə komanda daha çox uğur qazanmaq şansı əldə edir. Yeni futbolçular komandamızı gücləndirər.
 
- Sizin iki qələbənizdən biri “Qəbələ” üzərində qazanılıb. Növbəti oyununuz da onlara qarşıdır. Ümid edirsən ki, səfərdən xalla dönəcəksiniz…
- Fikrimcə, çətin səfərdə yaxşı nəticə əldə edə bilərik. Amma hər qarşılaşma fərqli şəkildə çətindir. Səfərdə çətin olacaq, çünki “Qəbələ” yüksək keyfiyyətlərə malik komandadır. Ümid edirəm, “Sumqayıt”la oyundakı performansımızı orda da təkrarlayacağıq.
 
- Deyirsən ki, çempionatda komandalar ayrı-ayrılıqda güclüdür. Məsələn, mütəxəssislərə görə, “Səbail” bu gün layiq olduğu pillədə deyil.
- Çempionatın ilk hissəsində onlar 2 qələbə qazandılar. Hansı ki, bu qalibiyyətləri texniki səhvlər hesabına əldə etdilər. Amma digər matçlardakı qalibiyyətlərə layiq idilər. Deyə bilmərəm ki, onlar çox güclüdür və ya kimsə zəifdir. Mən öz komandama köklənmişəm. Məsələn, “Qəbələ” mövsümün startındakı komandadan çox fərqlənir və indi yaxşı formadadılar.
 
- Bu mövsüm Azərbaycana gəlmisən və çempionatın ilk yarısı başqa çatmaq üzrədir.  Liqa haqqında ümumi fikrilərin necədir?
- Mübarizə aparmaq üçün yaxşı liqadır. Həqiqətən rəqabət yaradacaq xeyli komanda var. Lakin komandaların əksəriyyəti açıq fubola üstünlük vermir, nəticədə az sayda oyunlarda çox qol görürsən. Stadionlar isə futbol oynamaq üçün yaxşıdır.
 
- Öz dogma meydanınızda oynaya bilmirsiz. Bu, nəticələrə təsir edir?
- Fanatlar olanda matçlara daha yaxşı motivasiya olursan. Düşünürəm ki, təsir edir. Çünki Zirədə azarkeşlərimiz həqiqətən bizə yardım edirlər.
 
- “Qarabağ”la “Neftçi”yə çempionluq rəqabətinə başqa hansı komanda qoşula bilər?
- İndi kimin sona qədər birincilik üçün mübarizə aparacağını demək çətindir. Düşünürəm ki, “Qarabağ” Avropa Liqasındakı oyunları başa vurduqdan sonra daha güclü olacaq. Bütün motivasiyasını çempionata saxlayacaq və çox çətin olacaq. “Neftçi” yəqin ki, bu cür də davam edəcək.
 
- Səncə, “Qarabağ” Avropa Liqasında qrup mərhələsindəki oyunları bitirdikdən sonra “Neftçi”yə bu qədər rahat xal toplamağa imkan verəcəkmi?
- Həqiqətən bu barədə danışmaq çətindir. Futbolda hər şey mümkündür. Məsələn, “Lester Siti” kimi. Onlar favorit olmasalar da, birinciliyi qazana bildilər. Niyə də belə olmasın? Amma razıyam ki, “Qarabağ” yanvardan sonra daha güclü olacaq.
 
- Azərbaycan milli komandasının oyununu izlədinizmi?
- Yox, baxa bilmədim. Sadəcə, icmalı izləmişəm. Azərbaycan yığma komandasını yaxşı tanımıram. Amma Kosovo millisi çox yaxşı futbolçulara sahibdir. Hansı ki, onlar Avropanın top çempionatlarında oynayırlar.
 
FƏRİD

 
tarix: 26-11-2018 12:13


 
Xəbər lenti
25.08.2019

01:06   “Fənərbaxça”dan əzmkar qələbə

00:55   “Real” doğma meydanda xal itirdi

00:41   “Yuventus”la “Napoli” qələbə ilə başladı

24.08.2019

23:55  “Bordo”dan səfərdə inamlı qələbə

23:16  Azərbaycanlı futbolçuların komandası “Zenit”ə qalib gəldi

23:03  Riad Rəfiyev AFFA-ya üsyan etdi: “Hakim qərəzli idi”

22:45  “Bavariya”dan darmadağın

22:00  “Səbail”dən “Sumqayıt”a 3 cavabsız qol - VİDEO

22:00  “Liverpul” “Arsenal”a qalib gəldi, MY evdə uduzdu

21:51  Ayxan Abbasov: “Hakim matçı alt-üst etdi”

21:37  “Səhvlərdən daha yaxşı istifadə edən biz olduq”

20:56  “Sumqayıt” “Səbail”ə böyük hesabla uduzdu

20:23  Bundesliqada yeni rekordçu

19:51  Emil Balayevli “Tobol”dan inamlı qələbə - VİDEO

19:11  Dadaşov üçün 90 dəqiqə və 1 xal

18:39  Vensan Kompaniyə daha bir zərbə

17:36  “Linfild”in oyunu təxirə salındı – “Qarabağ”a görə

17:10  “Dinamo”dan Şeydayevsiz qələbə

15:11  “Sumqayıt”la oyuna 4 itki ilə

15:01  “Zirə”nin “Neftçi” ilə 17-ci sınağı

14:21  “Neftçi”nin futbolçusu Qvineya yığmasında

13:47  Millimizin heyəti açıqlandı

12:49  Portuqaliyalı futbolçu rəsmən “Monako”da

11:59  İsrafilovsuz qələbə

11:03  UEFA “Qarabağ”ı cərimələdi

09:47  "Neftçi"nin legioneri Hindistan klubunda

09:21  “Bavariya”nın futbolçusu rəsmən “Lill”də

09:14  Kamran Quliyev oynadı, komandası yenə uduzdu

09:00  Əhmədov maksimum nəticə istəyir: “Kaş yadıma salmazdız”

01:52  “Sevilya” qalib gəldi, “Vilyarreal” uduzdu

00:58  “Aston Villa” “Everton”u məğlub yola saldı

00:48  “Qarabağ” - “Linfild” matçında rusiyalı hakimlər

00:25  “Borussiya”dan inamlı qələbə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az