(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Deviç: “Hələ karyeramı başa vurmağın zamanı gəldiyini hiss etməmişəm”

Deviç: “Hələ karyeramı başa vurmağın zamanı gəldiyini hiss etməmişəm”

“Mən gələcəyin məşqçisiyəm. Çünki hələ futbolçuyam”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun futbolçusu Marko Deviç deyib. 35 yaşlı hücumçu məşqçi kursunə öz işi ilə əlaqədar yazıldığını və bu peşəni həyatda hər şeydən çox sevdiyini vurğulayıb: 

"Hər böyük futbolçudan yaxşı məşqçi alınmaz. Deməli, mənim şansım var. Çünki özüm ortabab futbolçu olmuşam. Əlbəttə, bu, zarafatdı.  Məşqçilik xüsusiyyətləri fərdi məsələlərdi. Bu, oyunçudan, insandan asılıdı. Yaxşı məşqçi olmaq istəyirəm. Hər bir təhsil sessiyası mənə deyir ki, ora getmək lazımdı”. 

Serb əsilli futbolçu məşqçilikdə pillə-pillə irəliləmək istədiyini söyləyib: "Bəli, mən yaxşı oynamışam. Amma məqşçililk üçün təcrübə lazımdı. Ola bilsin, bir-iki il köməkçi-məşqçi kimi çalışmaq lazımdı. Harada məni görmək istəsələr, orada da çalışaram". 

Deviç karyerasını Ukraynada başa vurmaq istədiyini sözlərinə əlavə edib: "Bəzi variantlar var idi. Karyeramı başa vurmağı qərara alsam, son ilimdə Ukraynada oynamaq istərdim. Ukrayna Premyer Liqasına uyğun gəlib-gəlməməyim funksional vəziyyətimdən asılıdı. Qalan məsələlərə görə narahat deyiləm. Sağlamlığım imkan versə, düşünürəm ki, uyğun gələrəm". 

"Sabah"ın hücumçusu futbolçu karyerasını başa vuracağı vaxtı açıqlamasa da, hər bir məşq və oyuna sonuncu kimi çıxdığını söyləyib: "Başa düşürəm ki, böyük səhvlər və zədə karyerama təsir edə bilər. Qol vurub qələbə qazanmaqla özümü və azarkeşləri sevindirmək istəyirəm. Hələ karyeramı başa vurmağın zamanı gəldiyini hiss etməmişəm". 

Qeyd edək ki, Marko Deviç "Sabah"a bu mövsümün əvvəlində keçib. O, cari mövsümdə rəqib qapılarından 5 qol keçirib.


 
tarix: 26-11-2018 12:36


 
Xəbər lenti
20.02.2019
19.02.2019

22:55  Millinin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”

22:19  Ramil Şeydayev üçün 77 dəqiqə

20:50  Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu

18:10  AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə

17:21  “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır

17:04  “Sportinq”də daha bir erkən vida

16:24  “Espanyol”dan La Liqada yeni rekord

15:57  Premyer Liqa klubunun forvardı sıraya döndü

15:19  İqor Mitreski: “Həm “Neftçi”, həm də Bakı mənim qəlbimdədi”

14:55  Braziliya millisinin kapitanı “Barselona”da

14:34  Şeydayevsiz qələbə

13:51  AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi

13:32  Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar

13:03  Rəfiyev şikayət etməyəcək: “Öz günahımızdan uduzduq”

12:57  İngiltərə klubuna casusluğa görə cəza verildi

12:36  Kapitan 220 gün sonra qayıdır

11:51  Stuxlikin tələbi VAR

11:45  Rauf 10 gündən sonra qayıdacaq

11:40  Dadaşovun oynamamasının səbəbi

11:30  “Bavariya” və “Barselona” üçün çətin səfər - YENİLƏNİR

11:02  Paşayev ermənilərə qarşı oynadı

10:51  Şeydayev yenidən Türkiyədə

10:39  1/4 final cütlükləri bilindi

10:31  Erat oynadı, komandası məğlub oldu

10:23  Vengerin favoriti

10:12  De Xeaya yeni təklif

10:01  AFFA-nın faydalı limiti: daha nələr etmək olar?

09:47  Milli komandada yeni baş məşqçi

09:30  Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü

09:21  Nani rəsmən ABŞ klubunda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az