(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“Payız turniri”nin qalibi bəlli oldu

“Payız turniri”nin qalibi bəlli oldu

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

Futbolinfo.az xəbər verir ki, “Şimşək” komandası turnirin qalibi olub. “Azəri” və “Zirvə” isə müvafiq olaraq 2-ci və 3-cü yeri tutub. “Şimşək” komandasından Ümüd İbrahimov turnirin ən yaxşı oyunçusu, “Azəri”dən Rabil Şahbazov isə ən yaxşı qapıçı seçilib. Turnirin ən məhsuldar futzalçısı “Şimşək” komandasının üzvü İbrahim Qədirli olub. 

Sonda komandalara medallar, diplomlar və kuboklar təqdim olunub.


 
tarix: 26-11-2018 15:55


 
Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az