(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Braliç: “Hakimin penaltini verməməsi qələbəmizə kölgə salmamalıdı” 

Braliç: “Hakimin penaltini verməməsi qələbəmizə kölgə salmamalıdı” 

“Neftçi”nin futbolçusu Slavko Braliçin futbolinfo.az saytına müsahibəsi:

- “Səbail”lə matçda qalib gəldiniz. Rəqib 3-cü pillənin sahibi olmasına baxmayaraq, asan qalibiyyət idi…
- Düzdü, qalib gəldik. “Səbail”lə oyunda 3 xal bizə lazım idi. Çox vacib qələbədi. Düşünürəm ki, bu qalibiyyətə tamamilə layiq idik. 

- Amma penalti epizodu çox müzakirə olundu. Hakimin yanlış qərar verdiyi deyilir…
- Düzdü, razıyam. Hakim həmin epizodda yanlış qərar vermişdi. Amma bu, bizim qalibiyyətimizə kölgə sala bilməz. Çünki həqiqətən 3 xala layiq tərəf biz idik. 

- “Neftçi”yə gələrkən az oynamaq şansı qazanırdınız. Amma indi əsas heyət oyunçusuna çevrilə bilmisiz. Ruslan Abışovun zədələnməsi sizə sanki kömək etdi…
- Mən öz şansımı gözləyirdim. Bunu indi əldə etmişəm. Fikrimcə, şansı düzgün dəyərləndirmək lazımdı və hazırki vəziyyətdə yaxşı yoldayam. Komandama kömək edə bilirəmsə, bu daha vacib amildi. 

- “Neftçi”nin heyətində bir neçə futbolçu zədələndi. Elə kapitan Ruslan Abışovun uzun müddətə sıradan çıxması komandaya müəyyən mənada təsir edə bilər. Səncə, yeni oyunçulara ehtiyac varmı?
- Düşünürəm ki, bu komanda çempionluq üçün hazırdı. Amma yeni futbolçularla bağlı qərarı baş məşqçi və idman dirketoru verəcək. 

- Bundan əvvəlki çempionatlarda da bunun şahidi olmuşuq ki, “Qarabağ” mövsümün ilk yarısında avrokuboklarda iştirak etdiyi üçün digər rəqiblər önə keçir. Qış fasiləsində “Qarabağ” qrup mərhələsini başa vurur və gəlib asanlıqla çempion olur. Ötən il eyni hal “Qəbələ” ilə baş vermişdi. Düşünmürsən ki, analoji ssenari sizing də başınıza gələ bilər?
- Ola bilər ki, bu doğrudu. “Qarabağ” qış fasiləsindən sonra daha güclü ola bilər. Amma biz öz oyunlarımıza köklənməliyik, indiyə kimi əldə etdiyimiz konsentrasiyanı itirməməliyik. Bizim onlarla 5 xallıq fərqimiz var. Çalışmalıyıq ki, aradakı fərq əldən getməsin. 

- Azərbaycan çempionatında keçirdiyin ilk mövsümün ilk yarısı başa çatır. Hansı təəssüratlar yarandı?
- Düşünürəm ki, yaxşı çempionatdı. Çünki burada mübarizəyə davamlı 8 komanda mübarizə aparır. Hər komanda ilə oyunda xal itirmək mümkündü. 

- Sənin fikrincə, çempionluq mübarizəsinə başqa komanda qoşula bilər?
- Bu mövsüm üçün çətin görünür. Məncə, elə çempionluq üçün “Qarabağ” və “Neftçi” mübarizə aparacaq. 

- Azarkeşsiz stadionlar adətən legioner futbolçulara cansıxıcı gəlir. Bəs, sən necə fikirləşirsən?
- Daha yaxşı olacağına ümid edirəm. Əlbəttə, yaxşı olardı ki, azarkeşlər çox olsun. Çünki futbol onlar üçün oynanılır.

FƏRİD


 
tarix: 26-11-2018 17:28


 
Xəbər lenti
20.04.2019

12:34   Bezotosnının durumuna sabah aydınlıq gələcək

12:29   Vüqar Əsgərovun dublu “Dauqavpils”ə qələbə qazandırdı

12:14   Son oyunda turun rekordu

12:07   Bordinsiz qələbə

11:59   “Real” onu itirdi

11:32   Bəhlul Mustafazadə “Seltik”in hədəfində

11:07   Dadaşov oynadı, “Eştoril” qalib gəldi

10:15   İsrafilovsuz “Alkorkon” 4 qola üzüldü

09:11   “Traktorsazi”dən ardıcıl 2-ci məğlubiyyət

01:00   Dörd qolluq heç-heçə

00:41   Meydan sahiblərindən çətin qələbə

00:25   “Bursaspor” yenə qələbəyə həsrət qaldı

00:01   Avroliqada həftənin ən yaxşı futbolçusu bəlli oldu

19.04.2019

23:09  Ələsgərov: “Hədəfimiz qarşıdakı bütün oyunlarda qalib gəlməkdi”

21:24  “Neftçi”ni Ələsgərov sevindirdi - VİDEO

21:15  Elşad Əhmədov: “Həmin epizoda baxmaq lazımdı”

20:56  Bordin: “Qalib gəlsək də, üzüldüyüm məqamlar da var”

20:22  “Neftçi”dən inamlı qələbə

19:55  Samir Abasov: “Bu oyun bütün suallara aydınlıq gətirdi”

19:38  Bakı finalına doğru: Aleksanr Səmədov səfir seçildi

19:02  “Futbolçuya meydanda ehtiyatlı olmağı tapşıra bilmərik”

18:54  “Qəbələ” - “Zirə” matçında 3 qol - VİDEO

18:37  “Neftçi” Petrovu itirdi: 2-ci dəqiqədə

17:53  “Qəbələ” “Zirə”ni məğlub yola saldı

17:44  Mahirdən xəstəxanalıq etdiyi futbolçuya ziyarət – FOTO

17:35  Kapitanın 150-ci oyunu

17:14  “Qəbələ”də Bezotosnı şoku

17:03  ÇL-də həftənin ən yaxşı futbolçusu açıqlandı

16:41  Mədətovla Medvedevdən yubiley

16:22  “Qarabağ”dan mövsümün rekordu

16:04  Maksim Medvedev: “Bu sürprizi çox bəyəndim”

15:42  “Qarabağ”ın təxirə salınan matçının vaxtı bilindi

15:25  Premyer Liqada 26-cı turun oyun cədvəli

14:54  Birinci Divizion: Növbəti turun oyun cədvəli açıqlandı

14:26  Maksim Medvedevin 400-ü - FOTOLAR

13:55  “Valensiya”lı mövsümü erkən başa vurdu

13:05  Paytaxt klubunda ciddi itki

12:46  “Çelsi”də yeni rekordçu

12:23  “FC Baku” oyun alveri edib? – AFFA-dan gözlənilməz qərar

12:00  Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

11:42  Qaliblər mükafatlandırıldı

11:21  Region Liqası: Yarımfinal oyunlarının vaxtı bilindi

11:01  “Qəbələ”dəki yerdəyişmə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az