(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
Elhad Nəzirinin şok açıqlaması - AFFA və SOCAR araşdırma aparmalıdı!

Elhad Nəzirinin şok açıqlaması - AFFA və SOCAR araşdırma aparmalıdı!

İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki oradakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi.

Bunu milli komandanın formasını geymiş Elhad Nəziri deyib. 15 min manatın geri istənməsi!

Nəzirinin dediklərinə qarşı AFFA-dan təkzib yoxdur və deməli, deyilənlər hələ də həqiqəti əks etdirir. Bəs bu işdə məsuliyyə kim(lər)in üzərindədir? 

AFFA-da maliyyə məsələləri son instansiya olaraq, baş katibə tabedir. Bəli, ötən il "Kəpəz"dəki maliyyə mənimsəməsində adı hallanan, lakin heç bir cəza görməyən Elxan Məmmədovdan gedir söhbət.

Qurumun bütün maliyyə prosesləri aiddiyyati departamentə, departament də katibliyə tabedir. Departamentin rəhbəri Xanım Hüseynovadır. O, AFFA-ya baş katibin müavini kimi gəlmişdi. Bu illər ərzində bu postadək irəliləyib, lakin hansı əsaslarla, məlum deyil.  Bacısı Sevinc Hüseynova isə hələ də Elxan Məmmədovun köməkçisidir. Qəribə bağlılıqdır, deyilmi?

***                ***                 ***

Xatirinizdədirsə, ötən il bu bacıların AFFA-nın müvafiq şöbəsindəki bir həmkarıyla əlbəyaxa davasından xəbər vermişdik. Günay Fətəliyevaya hücum edən Hüseynova bacıları haqsız olsa da, hadisədən haqlı çıxmışdılar.

Xanım xanım davada Fətəliyevaya, "Elxançikə deyərəm, səni burdan rədd eləyər!" demişdi və elə də olmuşdu. Həm fiziki xəsarətə məruz qalan, həm də günahkar kimi qurumdan kənarlaşdırılan Fətəliyeva saytımıza danışmaqdan imtina etmişdi. O, yazılan xəbəri təsdiq etsə də, bildirmişdi ki, proses haqda heç nə danışmaq istəmir.

Niyə?

Çünki SOCAR-da işləmək potensialına xələl gətirilə bilərdi...

Qaydaq Nəzirinin açıqlamasına.

Həmin Xanım xanımın maliyyə departamentinin rəhbəri olmağı nə cür haqq etdiyini bilmirik. Bildiyimiz odur ki, Elxan Məmmədova istənilən göstərişi verə biləcək ixtiyar hiss edir özündə. Olmaya, əlində ona qarşı şantaj materialı var?

Mümündürmü, Nəzirinin şok effektli açıqlamasına qarşı açıqlama verilsin? Yox, danışmırlar, görünmürlər və bu haqda geniş yazan lap az sayda KİV var...

Nonsensdir, yox?

Nəzirinin mükafatının bir hissəsinin geri istənməsi biabırçılıqdır. Bu, hələ milinin əsas heyətində yer almayan oyunçunun dedikləridir. Hələ cəmi bir oyunçunun... Proses ciddi araşdırılmalıdır. Milliyə gətirilməsi üçün milliləşdirilən əcnəbilər, bütün yaş qrupları üzrə millilərin səfər xərcləri və s. bunlar ciddi yeyinti mənbəyinə çevrilib və bu haqda onlarla şübhəli məqam ortaya çıxıb. 

İstənilən halda, millinin bütün xərclərinin bundan sonra baş katiblikdən alınıb, milli komandalar üzrə departamentin yaradılması və ora həvalə edilməsi labüdləşib.

Baş katibinsə fəaliyyət ciddi araşdırılmalıdır. Hətta bu araşdırma artıq illərdir gecikir... (Futbolpress)


 
tarix: 26-11-2018 20:59


 
Xəbər lenti
21.08.2019

14:01   “Beşiktaş”ın futbolçusu Fransa klubunda

13:42   “Zirə”nin yeni transferi: “Burdakı səviyyəyə təəccübləndim”

13:25   AFFA yeni mövsümün ilk cəzalarını açıqladı

13:08   Azərbaycanla oyundan əvvəl yeni məşqçi

12:40   Ayaz Quliyev rəmzi heyətdə

12:21   Millimizin baş məşqçisi: “Bu iki oyundan maksimum istifadə etməliyik”

12:00   AFFA-dan 1 illik müqavilə

11:40   Uels millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

11:21   Millimizin futbolçusu oynadı, komandası ilk qələbəsini qazandı

11:00   DÇ-2022-nin loqosu nə vaxt təqdim olunacaq?

10:41   Daha bir türk futbolçu A Seriyasında

10:23   Millimizlə oyundan öncə klubunu dəyişdi

10:00   Paytaxt klubunda daha bir yeni müqavilə

09:30   “Səbail”in sabiq futbolçusu Super Liqa klubunda

09:00   David Hili: “Qarabağ” məni təəccübləndirdi”

00:55   “Ayaks” APOEL-lə ilk oyunda bacarmadı

20.08.2019

21:44  “Qarabağ” Belfasta getdi - FOTOLAR

19:30  Premyer Liqada yay bazarlığı - YENİLƏNİR

19:00  “Real”ın yeni transferi sıraya döndü

18:44  Honduras millisinin forvardı rəsmən “Sabah”da

18:33  Riberi İtaliya klubu ilə anlaşdı

18:05  “Fənərbaxça”da ciddi itki

17:44  Azarkeşlər AÇ-2020 fristaylerlərini seçir

17:23  “Real”da ciddi itki

17:00  “Zirə”nin 2 futbolçusuna milli dəvət

16:42  Yaşar Vahabzadə: “Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək”

16:21  “Qarabağ”ın maraqlandığı qapıçı B Seriyasında

16:00  İtaliya klubu müraciət etdi, millimizdən uzaqlaşdırıldı

15:41  “Neftçi”nin futbolçusu milliyə çağırıldı

15:20  Şehiçə görə 250 min avro?

15:00  “Linfild” - “Qarabağ” matçı canlı yayımda

14:48  “Azərsun Arena” təmirə bağlanır – “Qarabağ” harada oynayacaq?

14:36  Kamran Quliyev azarkeşlərin tribunadan uzaqlaşdırılmasına aydınlıq gətirdi

14:14  “Yuventus” yeni transferini icarəyə verdi

13:52  “Qarabağ”ın futbolçusu İngiltərə ilə oyuna dəvət aldı

13:38  “Azərbaycan aldadıcı komandadı”

13:15  “Arsenal”dan Bundesliqa klubuna – RƏSMİ

12:51  “Barselona”da itki – 4-5 həftə olmayacaq

12:30  “Səbail”in yubiley qələbəsi

12:19  Əliyev də legionerə ehtiyac duyur: “Futbolçu yetişdirmək heç kimə maraqlı deyil”

12:00  Emil Balayevdən yeni “quru seriya”

11:41  Dabonun xanımından incik mesaj: “Şansı başqalarına buraxaq”

11:31  İlqar Qurbanov rəsmən “Sumqayıt”da

11:23  Millimizin heyəti açıqlandı

11:12  Radikal qərar zamanı

11:01  Mahir üçün seçim anı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az