(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Natiq Muxtarlı
Tahir Süleymanov
“Roma” “Real”a uduzdu, “Yuventus”a 1 qol bəs etdi

“Roma” “Real”a uduzdu, “Yuventus”a 1 qol bəs etdi

Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub. Günün mərkəzi görüşü İtaliyada olub. ÇL-in son qalibi "Real" "Roma" ilə üz-üzə gəlib. Bu matçda qalib gələn komanda növbəti mərhələni təmin edəcəkdi. Bu xoşbəxtliyi Madrid təmsilçisi yaşayıb.

Qrupun digər oyununda isə ÇSKA Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edib. Çexiya təmsilçisi 1/8 final şanslarını itirsə də, Avropa Liqasına vəsiqəni itirməmək üçün qələbə qazanmağa borclu idi. Qonaqlar bu oyundan qələbə ilə ayrılıblar və ÇSKA-nın da növbəti mərhələyə adlamaq şansı itib. Beləcə, "Real"a uduzmasına baxmayaraq, "Roma" da artıq 1/8 finala yüksəlib.

"Yuventus" öz meydanında "Valensiya"nı qəbul edib. Turin təmsilçisi minimal hesabla qalib gəlib. "Mançester Yunayted" isə "Yanq Boyz”u qəbul edib. İngiltərə nəhəngi də son dəqiqə qolu ilə növbəti mərhələyə yüksəlib.

"Bavariya" doğma meydanda "Benfika"nı darmadağın edib. "Mançester Siti" isə səfərdə Lion “Olimpik”i ilə heç-heçəyə razılaşıb. 

UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur

27 noyabr

E qrupu

AEK (Afina, Yunanıstan) - Ayaks (Hollandiya) 0:2
Qol: Tadiç, 68; 72.

Bavariya (Almaniya) - Benfika (Portuqaliya) 5:1
Qol: Robben, 13; 30. Levandovski, 36; 51. Riberi, 76 - G.Fernandes, 46.

Bavariya - 13, Ayaks - 11, Benfika - 4, AEK - 0.

F qrupu

Olimpik (Lion, Fransa) - Mançester Siti (İngiltərə) 2:2
Qol: Korne, 55; 81 - Laporte, 62. S.Aquero, 83.

Hoffenhaym (Almaniya) - Şaxtyor (Donetsk, Ukrayna) 2:3
Qol: Kramariç, 17. Zuber, 40 - İsmaili, 14. Tayson, 15; 90.

Mançester Siti - 10, Olimpik - 7, Şaxtyor - 5, Hoffenhaym - 3.

G qrupu

ÇSKA (Moskva, Rusiya) - Viktoriya (Plzen, Çexiya) 1:2
Qol: Vlasiç, 10-pen. Proçazka, 56. Heyda, 81.

Roma (İtaliya) - Real (İspaniya) 0:2
Qol: Q.Beyl, 47. L.Vaskes, 59.

Real - 12, Roma - 9, Viktoriya - 4, ÇSKA - 4.

H qrupu

Yuventus (İtaliya) - Valensiya (İspaniya) 1:0
Qol: Mandzukiç, 59.

Mançester Yunayted (İngiltərə) - Yanq Boyz (İsveçrə) 1:0
Qol: Fellaini, 90.

Yuventus - 12, Mançester Yunayted - 10, Valensiya - 5, Yanq Boyz


 
tarix: 28-11-2018 01:58


 
Xəbər lenti
26.08.2019

00:05   “Qarabağ” - “Qəbələ” 3:0 - VİDEO

25.08.2019

23:51  Sənan Qurbanov: “Getmək mənim üçün problem deyil”

23:34  Qurban Qurbanov: “Yeni yarımmüdafiəçi axtarışındayıq”

23:10  “Volfsburq”dan darmadağın

22:53  “Qarabağ”dan darmadağın, “Keşlə”dən qələbə

22:29  “Mançester Siti” qalib gəldi, “Tottenhem” uduzdu

22:07  “Keşlə”yə 1 qol bəs etdi - VİDEO

21:59  Elşad Əhmədov: “Bu səhvləri təkrarlamamalıyıq”

21:57  Tərlan Əhmədov: “Onun bilərəkdən vərəqə aldığını düşünmürəm”

19:53  Turabov Super Liqada debüt etdi

19:19  “Volfsburq”un forvardı Super Liqa klubunda

18:35  Millimizin üzvü darmadağını kənardan izlədi

17:47  Premyer Liqada rekord təkrarlandı

17:37  Tanınmış futbolçu karyerasını başa vurdu

16:56  Argentinalı hücumçu Super Liqa klubunda

16:24  “Fənərbaxça” Reyeslə vidalaşdı, Ramini alır - RƏSMİ

15:38  Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə

14:31  İkardinin yeni forma nömrəsi bilindi

13:54  Qana millisinin üzvü Super Liqa klubunda

13:21  “Fənərbaxça” 6 mövsüm sonra

13:05  Dadaşov debüt etdi, yeni komandası ilk xalını qazandı

12:10  “Qarabağ”ın 200 minlik təklifini qəbul etmədilər

11:53  “Qarabağ” bizim qanımızı içmək istəyəcək”

11:30  Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

10:44  "Neftçi"nin məşqçisi təltif olundu

10:32  Mamadu Mbodj: “Yenilik olsa, biləcəksiz”

10:25  “Sabah”la “Keşlə”nin 5-ci dueli

10:08  “Qəbələ”nin “Qarabağ”la 54-cü qarşılaşması

09:43  Paşayev ehtiyatda qaldı, komandası darmadağına üzüldü

09:21  Əhmədov oyunu gözləyir: “Daha istəkli olmalıyıq”

09:12  “Beşiktaş” Kuaresmanı transferə çıxardı - RƏSMİ

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az